“Zəngin adət və ənənələrimiz”

 

 

Masallı RMİ-nin tabeliyindəki Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Zəngin adət və ənənələrimiz” mövzusunda tədbir keçirilib.

Tədbirdə Ə.İsmayılov adına Yeyənkənd, Səməd Vurğun adına Türkoba kənd tam orta məktəblərinin müəllim və şagird kollektivi iştirak edib.

Muzeyin əməkdaşı Heyran Lələyeva ölkəmizdə əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi, azsaylı xalqların mədəni irsinin qorunması, inkişaf etdirilməsi, həmçinin bölgənin folklorxalq tətbiqi sənəti nümunələri haqqında məlumat verib.

Sonda tədbir iştirakçıları muzeylə ətraflı tanış olub, burada qorunan eksponatlar barədə məlumat alıblar.

 

Mədəniyyət.- 2023.- 27 yanvar.- S.4.