Aktrisanın 100 illik yubiley gecəsi
keçiriləcək
Fevralın 10-da görkəmli səhnə xadimi, Xalq artisti
Firəngiz Şərifovanın 100 illiyi ilə əlaqədar
Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrında tədbir keçiriləcək.
Teatrdan verilən məlumata görə, xatirə
gecəsində sənətkarın zəngin
yaradıcılıq yoluna nəzər salınacaq, zaman-zaman
onunla bir səhnəni paylaşmış sənətkarlar
xatirələrini bölüşəcəklər.
Xatirə gecəsində teatrın repertuarındakı
maraqlı səhnə işlərindən “Dəli
yığıncağı” tamaşası da
göstəriləcək.
Mədəniyyət.-2024.-9 fevral,¹(11).- S.3.