Turizmi böhrandan necə xilas etməli?

 

BMÜTT-nin Avropa üzrə Komissiyasının Bakıda keçirilən 49-cu iclasında çıxış yolları arandı.

 

Bakıda keçirilən Ümumdünya Turizm Təşkilatının Avropa üzrə Komissiyasının 49-cu iclasında BMÜTT-nin Avropa Komissiyasına üzv ölkələrin nümayəndə heyətləri iştirak edirdi. Azərbaycan Respublikasının mədəniyyət turizm naziri Əbülfəs Qarayev, BMÜTT-nin Avropa üzrə Komissiyasının Baş katibi vəzifəsini icra edən Taleb Rifai, BMÜTT-nin sədri, eyni zamanda Kipr Turizm Təşkilatının direktoru xanım Poebe Katsouris, BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibi yanında baş iqtisadçı baş mütəxəssis Robert Şelburn, UNWTO-nun rəqabətlilik turistik xidmətlərin ticarəti, bazar tendensiyaları üzrə bölmə rəhbərinin müavini Sandra Karvao, Rusiya Federasiyası Turizm üzrə Federal Agentliyin sədr müavini Aleksandr Vasilyeviç Roçkov, Macarıstanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Zoltan Somogyi, Fransa İqtisadiyyat Nazirliyinin nümayəndəsi Federik Pierret digər tanınmış turizm mütəxəssisləri iştirakçılar arasında idi.

İclasın məqsədi ilə bağlı jurnalistlərə açıqlama verən mədəniyyət turizm naziri Əbülfəs Qarayev bu iclasda bir gün əvvəl keçirilən seminarda aparılan fikir mübadiləsi nəticəsində bir sıra tövsiyə xarakterli sənədlərin qəbul ediləcəyini bildirdi. Lakin nazirin dediyinə görə, bu sənədlər tövsiyə xarakteri daşımasına baxmayaraq, turizmin inkişaf istiqamətlərini müəyyənləşdirir: «Buna görə hər bir dövlət bu tövsiyələrə hörmətlə yanaşır. 49-cu sessiyada turist xidmətlərinin müxtəlifliyinin təmin edilməsində hansı istiqamətlərə daha çox üstünlük verilməsi, iqtisadi böhran nəticəsində özəl sektorla dövlət arasında münasibətlərin necə qurulması, bazar iqtisadiyyatında qiymətlərin tarazlaşdırılması necə getməlidir ki, dünya bazarında Avropa ölkələri rəqabətə davam gətirə bilsin s. məsələlər əsas müzakirə mövzusu olacaq. Bu toplantıda qəbul ediləcək qərarlarda Birləşmiş Millətlər Təşkilatının tərkibində fəaliyyət göstərən Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasında Avropa tərəfindən istənilən tövsiyə olunan məsələlərin qəbul edilməsi ciddi məsələ kimi qoyulacaq».

Avropanın turizm təcrübəsindən danışan nazir bildirdi ki, bu təcrübədən bütün dünyanın yararlanması lazımdır: «Biz istəyərdik ki, Avropanın təcrübəsi daha geniş yayılsın. Çünki Avropa əsas turizm istiqamətlərindən biri olduğu üçün buradakı ölkələrin təcrübəsi çox güclüdür. Əsas olan isə odur ki, Bakıda keçirilən 49-cu sessiyaya qatılan 40-a yaxın ölkənin nümayəndə heyətləri Azərbaycanın turizm potensialı ilə yaxından tanış oldular. Bizim istədiyimiz odur ki, Azərbaycanın turizm bazarı Avropa vasitəsilə dünya məkanına çıxsın Avropa ölkələri arasında özünəməxsus bir özəlliklə seçilən yeni turist istiqaməti kimi tanınsın. Əlbəttə ki, niyyətimiz Azərbaycanın gələcəkdə BMÜTT-nin tərkibində daha fəal iştirakçılardan birinə çevrilməsidir».

Ə.Qarayev onu da dedi ki, bu iclasda dünya iqtisadi böhranının turizm sənayesinə təsirinin azaldılmasına yönələn tövsiyələr hazırlanıb əlaqədar qurumlara təqdim ediləcək».

Sonra nazir Azərbaycanın turizm potensialı haqda tədbir iştirakçılarına geniş məlumat verərək, ölkəmizin BMÜTT-nin Avropa üzrə Komissiyasının tərkibinə daxil olduğu dövrdən indiyə qədər gördüyü işlər, həyata keçirdiyi islahatlar barədə danışdı. O, ümid etdiyini bildirdi ki, bu tədbir Avropada Azərbaycan haqqında təsəvvürlərin daha da çoxalmasına, mədəniyyətlər arasında dialoqun genişlənməsinə səbəb olacaq. Ə. Qarayev əminliklə vurğuladı ki, tezliklə Azərbaycan bu təşkilatın aparıcı üzvlərindən birinə çevriləcək.

Ölkələrin milli turizm nazirlərinə üz tutaraq onlara müraciət edən ÜTİ-nin Avropa Komissiyasının sədri, Kipr Turist Təşkilatının baş direktoru Poebe Katsouris isə onları iqtisadı böhrana qarşı birgə tədbirlər görməyə çağırdı: “Bu məsələdən narahat olan bütün tərəflər böhrana qarşı birgə tədbirlər görməlidir. Biz bütün ölkələrin nazirlərinə stimul verməli onlara öz köməyimizi göstərməliyik”.

F. Katsouris bildirdi ki, turizmə yalnız kommersiya sahəsi kimi baxmaq lazım deyil, bu sektor üçün qlobal etika, davranış kodeksi tətbiq edilməlidir.

ÜTT-nin Baş katibi vəzifəsini icra edən Taleb Rifai ölkələrin böhrandan xilas olması üçün birgə fəaliyyət planı hazırlanmasını vacib saydı: “Biz 2-3 aydan sonra olacağını bilmirik. Amma indidən 2010-2011-ci illər üçün fəaliyyət planını hazırlamalıyıq”.

 İclasın yekununda BMÜTT-nin Avropa üzrə Komissiyasının növbəti 50-ci 51-ci iclaslarının keçiriləcəyi yer müəyyənləşdirildi. Məlum oldu ki, 50-ci iclas Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində, 51-ci iclas isə Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçiriləcək.

  

 

   Fəxriyyə Abdullayeva.

 

   Mədəniyyət.- 2009.- 1 aprel.- S. 8.