Bizi daha böyük uğurlar düşündürür

 

Mədəniyyət və Turizm Nazirliyi Bakı Musiqi Akademiyasının Orta İxtisas Musiqi Məktəb - Studiyası ilə birgə ötən il görkəmli bəstəkar Qara Qarayevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş Gənc Musiqiçilər Təhlil və İfa Edir devizi altında I Respublika elmi-ifaçılıq müsabiqəsi keçirdi. Müsabiqədə T.Quliyev adına 12 saylı Uşaq Musiqi Məktəbinin 5 şagirdi qalib olmuşdur...

 

Bugünlərdə həmin məktəbdə olduq. Məktəbin direktoru Gülnarə Səfərova bizi müsabiqənin qaliblərindən: fortepiano sinfinin şagirdləri Aidə Əmirova Rəşidə Əliyeva ilə tanış etdi. Sonra dedi:

- Elmi-ifaçılıq müsabiqəsi, necə deyərlər, musiqiçilərin birgə təliminin bir formasıdır. Deyim ki, bu ənənə 25 ildən artıqdır ki, davam etdirilir. Məqsəd tədbirin bu müsabiqədən, növbəti müsabiqəyə kimi əhatə dairəsini əhəmiyyətini artırmaqdır, yəni bu təmayülə indiyə kimi qatılmayan musiqi məktəblərini cəlb etmək, istedadlı savadlı uşaqları üzə çıxarmaqdır. Bu cür yarışma formaları həm tədrisin təkmilləşdirilməsi prosesində yeni-yeni yolların aranması zəruriliyi yaradır...

Bu zərurətlər isə kollektivimizin prinsipində mövcuddur. Əlbəttə, işə məsuliyyətlə yanaşma bizə uğur qazandırmışdır. Belə ki, müsabiqədə məktəbimizin 5 şagirdi qalib oldu. Bu da diqqətdən kənarda qalmadı. Xalq çalğı alətləri üzrə I Respublika elmi-ifaçılıq müsabiqəsinə yüksək səviyyədə şagirdlər hazırladığımıza görə Mədəniyyət Turizm Nazirliyinin fəxri fərmanını aldıq...

Bir şeyi də qeyd etmək istəyirəm. Bu da bizim bir arzumuzdan ibarətdir. Belə ki, rəhbərlik etdiyim bu təhsil müəssisəsinin 11 illik olmasını istəyirik. İstəyirik ki, illərlə çalışıb hazırladığımız savadlı istedadlı şagirdlər sonadək öz məktəbimizdə oxusunlar... Çox istərdik ki, bu arzumuz tezliklə reallaşa... Çünki bizi daha böyük uğurlar düşündürür. Bilirsiz ki, qarşıdan II Respublika müsabiqəsi gəlir. İnanırıq ki, ötən ildəkindən fərqli olaraq, bu il daha böyük uğurlar qazanacağıq...

Aidə Niyazi qızı Əmirova 1995-ci il tarixdə Bakı şəhərində anadan olub. Ziyalı bir ailədə böyüyüb. Atası Niyazi Əmirov hərbçi olub. Qarabağ müharibəsində şəhid olub. Anası isə həkimdir.

- Göründüyü kimi, valideynlərin musiqiçi olmayıb. Bəs sizdə musiqiyə bu qədər maraq hardandı?

- Düz deyirsiniz, atam musiqiçi yox, hərbçi idi. Ancaq o, musiqini sevirdi. Fortepianonun dilini çox yaxşı bilirdi. Məndə musiqiyə marağı da o, yaratmışdı. Deyirdi: - qızım, səni fortepianoçu - musiqiçi görmək istəyirəm. Baxmayaraq ki, o, hərbçi idi, ancaq musiqinin gözəlliyindən, fortepianoçuluğun əvəzsiz sənət olmasından danışardı... Azərbaycan, rus bəstəkarlarının çoxunu tanıyırdı. Əsərlərini yaxşı ifa edirdi. Xüsusilə, görkəmli bəstəkar Tofiq Quliyevin mahnılarına, Cavanşir Quliyevin Azərbaycan əsgəri marşına tez-tez müraciət edərdi. Bu əsərləri həddən artıq çox sevərdi. Bəlkə bu onun hərbçi olması ilə bağlı idi. Fortepianoda ifa etdiyi əsərləri o vaxt lentə köçürüb. İndi boş vaxtımızda anamla birgə oxudur qulaq asırıq...

Onu da deyim ki, məndə musiqiyə marağı valideynlərim yaradıb. Ancaq onun elmi əsaslarını, sirrini müəllimim Nazilə Yaqubovadan öyrəndim. O, mənim yaxşı musiqiçi-fortepianoçu olmağım üçün çox zəhmət çəkir...

- Müsabiqədə ifa edəcəyiniz əsəri qabaqcadan özünüz seçirsiniz? Yoxsa..

- , müsabiqədə ifa edəcəyimiz əsəri qabaqcadan seçirik. Sonra onun üzərində xeyli vaxt çalışırıq. Bu işdə müəllimimin əməyi çoxdur. Onun mənə etdiklərini sözlə ifadə etmək çətindir. Onu da deyim ki, müsabiqədə görkəmli bəstəkarlarımızdan T.Quliyevin, Q.Qarayevin F.Əmirovun əsərlərinə müraciət etmək istəyirdim. Ancaq müəllimim M.Qlinkanın Ayrılıq əsərini məsləhət gördü. Bildirdi ki, bu əsərə müraciət etsən, qalib ola bilərsən. Onun məsləhətinə qulaq asdım müsabiqədə qalib oldum. Bütün bunlar üçün ona - müəllimimə minnətdaram.

Rəşidə Rüfət qızı Əliyeva V sinifdə oxuyur. O, bizimlə söhbətində dedi:

- Atam, istərsə də anam musiqi təhsili almağıma etiraz etmədilər. Əksinə, bunun üçün səy göstərdilər. Qeyd edim ki, anam müəllimədir. BDU-nun filologiya fakültəsini qurtarıb. Mənimlə çox maraqlanır. Xüsusilə, dərslərimə necə hazırlaşmağımı nəzarətdə saxlayır. Tez-tez məktəbimizə gəlir. Müəllimlərimlə ünsiyyət yaradır. Düzdü, valideynlərim musiqiçi deyil. Ancaq əmim Rauf Əliyev fortepianoçudu. Məndə bu sənətə marağı da o yaradıb. Hələ xeyli əvvəl o, mənə fortepiano görkəmli bəstəkarlar haqqında maraqlı söhbətlər edərdi. Deyərdi: fortepiano dünyada hamının sevdiyi musiqi alətidi. Bu musiqi alətində yaxşı mahnı ifa etsən, səni başqaları kimi televiziyada göstərəcəklər.

vaxt əmimgilə gedirdim, onu fortepiano arxasında görürdüm. O da hər dəfə mənimlə bu mövzuda söhbət edərdi. Bax, beləliklə məndə fortepianoçu olmaq həvəsi yarandı...

İndi fortepiano sinfində oxuyuram. Bu sənətin sirlərini elmi əsaslarını fortepiano müəllimim Nazilə Yaqubovadan öyrənirəm. O, bu sənətin sirlərinə dərindən yiyələnməyim üçün çox səy göstərir. Məhz buna görə onun digər şagirdləri kimi, mən ötən il I Respublika müsabiqəsində qalib oldum. Müsabiqədə D.Kramerinin Rəqs edən skripkaçı əsərini ifa etdim. Onu da qeyd edim ki, müsabiqədə başqa əsərlərə müraciət edə bilərdim. Lakin müəllimim bu əsəri məsləhət gördü. Mən onun sözündən çıxmadım. Nəticədə uğur qazandım. Ona görə hörmətli müəllimimə çox sağol deyirəm.

Tofiq Quliyev adına 12 saylı Uşaq Musiqi Məktəbinin qazandığı uğur, doğrudan da, təqdirəlayiqdir. Məlumdur ki, qarşıdan II Respublika elmi-ifaçılıq müsabiqəsi gəlir. Məktəbin kollektivi müsabiqəyə ciddi hazırlaşır. İnanırıq ki, ötən il olduğu kimi, bu il onlar qalib olacaqlar...

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2009.- 3 aprel.- S. 11.