Azərbaycan - Şərqi Qərbi birləşdirən ölkə

 

Bakıda bu adda konfrans başladı

Aprelin 1- Azərbaycan Milli Tarix Muzeyində Azərbaycan Milli Elmlər Akademiyası Almaniyanın Arxeologiya İnstitutu Almaniyanın ölkəmizdəki səfirliyinin təşəbbüsü dəstəyi ilə Azərbaycan - Şərqi Qərbi birləşdirən ölkə (b.e.ə. VII IV minilliklərdə) mövzusunda beynəlxalq arxeoloji konfrans öz işinə başlayıb. Qeyd edək ki, tədbir hər iki ölkənin arxeologiya institutları arasında birgə araşdırma fəaliyyətinin başlanğıcına həsr olunub. Eyni zamanda konfrans 2009-cu ildə Bakıda keçirilən Almaniya Mədəniyyəti Günləri çərçivəsindəki tədbirlər silsiləsinə aid idi. Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Mahmud Kərimov, Arxeologiya Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova, Almaniya Arxeologiya İnstitutunun Avrasiya Departamentinin direktoru, professor Sved Hansen, Almaniyanın Azərbaycandakı səfiri Pier Stankina, Azərbaycan Milli Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı iştirak edirdilər. Eyni zamanda konfransa ölkəmizdə səfərdə olan Almaniya xarici işlər nazirinin müavini, parlament üzvü Qernot Erler Amerika, Türkiyə Fransadan olan mütəxəssislər qatılmışdı.

Konfransda çıxış edən Almaniya Arxeologiya İnstitutunun Avrasiya Departamentinin direktoru, professor Sved Hansen bildirdi ki, bu, səfirliyin Azərbaycanda keçirdiyi ilk beynəlxalq konfransdır eyni zamanda xarici işlər nazirinin müavininin Bakıya ilk rəsmi səfəridir. Hər iki ölkənin arxeologiya institutları arasında əməkdaşlığın davamlı olmasına ümid edən cənab Hansen tədbiri yüksək dəyərləndirdi: Düşünürəm ki, bu gün elmi-mədəni sahələrdə inkişaf lazımdır. Bu baxımdan Azərbaycanla birlikdə arxeoloji konfrans keçirməyə, qarşılıqlı fikir mübadiləsi aparmağa böyük maraq göstəririk.

Almaniyanın Azərbaycandakı səfiri Pier Stankina isə bildirdi ki, ölkələr arasındakı elmi konfransların, birgə əməkdaşlığın aparılması səfirliyin maraq dairəsindədir. Səfir eyni zamanda onu da vurğuladı ki, gələcəkdə səfirliklə Elmlər Akademiyası arasında əməkdaşlığın davamlı olmasına çalışacaq: Bu bizi çox məmnun edir hesab edirik ki, elmi konfrans seminarlar bizim üçün böyük fürsətdir.

Konfransın ilk günündə Azərbaycanda eramızdan əvvəl VII-IV minilliklərə aid tarixi abidələrin tədqiqinə həsr edilən məruzələr dinlənildi. Məruzələr əsasən Şəmkir rayonunun Qaracəmirli kəndində aparılan qazıntılarla, Cənubi Qafqazda erkən əkinçilik maldarlıq mədəniyyətinin yaranması, Neolit dövründə Yaxın Şərqdə ictimai mərasim binalarının tikilməsi, Göytəpədə (Azərbaycan) bu dövrə aid qazıntılar sairlə bağlı oldu.

Qeyd edək ki, konfransın üçüncü günündə Qobustan qoruğu ilə tanışlıq planlaşdırılıb.

 

 

MEHPARƏ

 

Mədəniyyət.- 2009.- 3 aprel.- S. 9.