M.Rostropoviçin anadan olmasının 82 illiyi ilə bağlı tədbir keçirildi

 

Böyük sənətkar öz evində yad edildi

Leonid Mstislav Rostropoviçlərin adını daşıyan ev-muzeyi fəaliyyət göstərdiyi ilk gündən hər il M.Rostropoviçin anadan olması münasibəti ilə həmin məkanda musiqi gecəsi keçirir. Artıq ənənə halını almış konsert proqramı bu dəfə əvvəlkilərdən fərqlənirdi.

Martın 29-da keçirilən tədbirdə Polşa, Litva səfirliklərinin Rusiya İnformasiya Mərkəzinin nümayəndələri, Opera Studiyasının direktoru -Azad Əliyev, rejissor Ziya Şıxlinski, Bakı Musiqi Akademiyasının dosenti - Elmira Əliyeva, Asəf Zeynallı adına Musiqi Kollecinin, 6 8 saylı musiqi məktəblərinin müəllim şagird heyəti, BMA-nın tələbələri qonaq qismində iştirak edirdilər.

Əvvəlcə qonaqlar M.Rostropoviçin həyatının 17 anı adlı sərgini izlədilər. Sərgidə sənətkarın həyatının müxtəlif dövrlərini əhatə edən, onun ayrı-ayrı ölkələrdə Bakıda olduğu dövrləri əks etdirən fotoşəkillər nümayiş olundu.

Sərgidən sonra möhtəşəm konsert proqramı başlandı. Konsertdə xalq artisti, BMA-nın professoru, violonçelist Rasim Abdullayev Qərbi Avropa bəstəkarlarının klassik nümunələri rus klassikasından ibarət zəngin repertuarla çıxış etdi. Bu tədbirdə R.Abdullayevin konsert proqramı ilə çıxışı təsadüfi deyildi. Çünki muzey fəaliyyət göstərəndən bəri Azərbaycan violonçel musiqisinin görkəmli nümayəndələrinin fəaliyyətləri, həyat yaradıcılıqlarının müxtəlif dövrləri ilə bağlı olduqca zəngin materiallar toplanılıb. Bu materiallar içərisində M.Rostropoviçin R.Abdullayevlə bağlı yaradıcılıq əlaqələrini əks etdirən fotoşəkillər var.

R.Abdullayevin valehedici ifasından sonra 2007-ci ildə Rusiyada istehsal olunmuş Slava sənədli filminin ilk nümayişi oldu. Qeyd etmək lazımdır ki, muzeydə eksponatlar arasında ata Rostropoviçin oğluna ad günü münasibətilə 1942-ci ildə yazdığı məktub var. Bu məktubda L.Rostropoviç belə demişdir: Arzu edirik ki, bir violonçelist kimi Pablo-Kazal sərhədlərinə, pianist-bəstəkar kimi S.V.Raxmaninovun böyüklüyünə nail olasan. Ən əsası bir insan kimi həmişə centlmen, yüksək mədəniyyət təhsilə malik, hər zaman istəkli qonaq akademik olasan. O öz atasının arzusunu tək musiqi aləmində yox, həyatının bütün sahələrində həyata keçirərək, tarixi şəxsiyyət oldu. M.Rostropoviçə həsr olunmuş filmdə maraqlı xronikadan istifadə olunub. Filmin əvvəlində M.Rostropoviç öz həyatı haqqında xatirələr danışır, sonra onun haqqında Y.Başmet, M.Q.Şostakoviç, E.Neizvestnıy, L.Çirkova, N. Şaxovskinin söylədikləri fikir xatirələr göstərilir. D.Şostakoviç, M.Rostropoviç, Q.Vişnevskayanın birlikdə göstərildiyi kadrlar filmin ən maraqlı anlarından biridir. Qeyd edək ki, Slava filmində Rusiya Federasiyasının arxivindən əldə edilmiş unikal materiallardan da istifadə olunub.

Sonra rejissor Z.Şıxlinski film haqqında yüksək fikirlərini söylədi.

Filmin nümayişindən sonra A.Əliyev, E.Əliyeva, 8 saylı Musiqi Məktəbinin direktoru, violonçelist - K.Paşayevə söz verildi. Qeyd etmək lazımdır ki, A.Əliyev E.Əliyeva M.Rostropoviçlə ailəvi dost idilər onlar maraqlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər.

 

Cabir

 

Mədəniyyət.- 2009.- 3 aprel.- S. 3.