Ceyhun Mirzəyev

 

O, Qarabağ haqqında necə film çəkməyi öyrətdi

Ögey ana, Dəli Kür, Yenilməz batalyon s. O, filmlərində məşhur aktyorlarla birgə çəkilib, ancaq heç vaxt onların kölgəsində qalmayıb. Həmişə çılğın uşaq, çılğın gənc obrazını yaradan aktyor sonralar çəkdiyi filmlərdə çılğın azərbaycanlı obrazlarını göstərməyə çalışdı. O, özündən sonra gələn rejissorlarımıza Qarabağ haqqında necə film çəkməyi öyrətdi. Fəryad onun çəkdiyi, ancaq görə bilmədiyi film oldu.

Aprelin 4-də tanınmış aktyor rejissor Ceyhun Mirzəyevin 62 yaşı tamam olur. Ceyhun Qarabağın Abdal Gülablı kəndində dünyaya göz açıb. Atası Cəmil kişi briqada komandirliyindən general rütbəsinə qədər yüksəlib. Ancaq repressiya qurbanı olub. Əmiləri Murtuz Quliyev Azərbaycan Respublikasının Hərbi Komissarı, Seymur Mirzəyevsə Moskva teatrında dirijor işləyib.

Aktyor Rza Təhmasibin tələbəsi olub. Deyilənlərə görə, Ögey ana filmindən qabaq Ceyhun artıq 3 filmə çəkilmişdi. Onun həyatının bir hissəsi Mozalanla bağlı idi. Ceyhun hər kəsi istedadı ilə valeh edirdi.

O, başqa filmlərdə çəkilməsəydi belə, bircə Ögey ana filmindəki İsmayıl rolu ilə Azərbaycan xalqının qəlbində özünə əbədi yer tutacaqdı. Məhz bu rola görə, bir çox gənclər İncəsənət Universitetinə üz tutub kino sahəsinə gəlib. Hər kəsin sevimlisinə çevrilmək çoxlarına nəsib olmur. Ancaq bu xoşbəxtlik Ceyhun Mirzəyevə qismət olmuşdu. O, uşaqlıqdan bircə rolu ilə özünü xalqa sevdirə bildi. Onun filmlərindən parçalara baxanda istər-istəməz xatirələrə dalırsan.

Fəryadı Azərbaycanda kinonun ciddi böhran keçirdiyi bir vaxtda çəkdi. Bu filmə görə çox böyük çətinliklərlə qarşılaşdı. Amma qədər kədərlənsə , gözləri həmişə gülürdü.

 

 

Aytək

 

Mədəniyyət.- 2009.- 3 aprel.- S. 3.