Kitabla bağlı daha bir tədbir

 

Nazirliyin əməkdaşı MDB İcraiyyə Komitəsinin Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya məsələləri üzrə Dövlətlərarası Şurasının iclasından qayıdıb

 

Keçmiş ittifaq dağılandan sonra postsovet məkanında yerləşən respublikalar arasında mədəni əlaqələr sistemi də, demək olar ki, sıradan çıxdı və bir müddət bu respublikaları bürüyən siyasi-iqtisadi böhran mədəniyyət sahəsini, bir növ, ikinci plana atdı. Ancaq zaman keçdikcə dərk etdilər ki, müxtəlif tarixi dönəmlərdə eyni bayraq altında yaşamağa məcbur olan bu millətlərin, xalqların mədəniyyətində hardasa bir ortaqlıq, bir oxşarlıq yaranmışdır. Və bir dəyər ki, mədəniyyət sahəsi üzrə ortaqlaşır, artıq bu dəyər bəşəriyyətin mənəvi sərvəti sayılmalıdır.

 

Kitab sahəsi beləcə... Bir zamanlar Moskva, Kiyev, Minsk, Almatı kimi böyük şəhərlərdə nəşr olunan kitabları pulsuz əldə edib oxumaq imkanımız var idisə, eləcə Bakıda nəşr edilən kitablar ittifaqın əsas regionlarına çox asanca yayılırdısa, müstəqilliyimizin ilk illərində bu sahədə bir sıra labüd çətinliklər ortaya çıxdı. Bu günün özündə Rusiyanın ən ünlü nəşriyyatlarında işıq üzü görən kitabları əldə eləmək o qədər asan deyil. Kitabxanalar arasında əlaqələrin lazımi səviyyədə olmaması, elektron kitabxanalarda isə böyük əsərlərin yayımlanması ya əldə olunması imkanının məhdudluğu oxucuları kitab mağazalarına üz tutmağa məcbur edir. Burada isə kitablar olduqca bahadır.

MDB ölkələrinin kitab sahəsindəki qarşılıqlı əməkdaşlığı, sərgilərin, müsabiqələrin keçirilməsi, ortaq nəşr layihələrinin reallaşması bu problemi tədricən aradan qaldırmağın ən optimal yoludur.

Hər il postsovet məkanında kitabla bağlı onlarla tədbir keçirilir Azərbaycan bu tədbirlərin əksəriyyətində yüksək səviyyədə iştirak edir.

Bu cür maraqlı tədbirlərdən biri aprelin ilk günlərinə Düşənbə şəhərində baş tutub - MDB İcraiyyə Komitəsinin Dövri mətbuat, kitab yayımı poliqrafiya məsələləri üzrə Dövlətlərarası Şurasının XII iclası keçirilib. Tədbirdə Mədəniyyət Turizm Nazirliyinin Nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu iştirak edib. Çingiz müəllim Tacikistan təmsilçisi ilə birlikdə 2009-2010-cu il üçün Dövlətlərarası Şuranın həmsədri seçilib.

Səfər barədə təəssüratlarını bölüşən Ç.Əlioğlu öncə bunları söylədi: Azərbaycan əvvəlcə sözügedən şuranın iclaslarında məşvərətçi qismində iştirak edirdi. Sonralar biz bu şuranın üzvü olduq. Xatırladım ki, bütün postsovet məkanını əhatə edən bu şura adından göründüyü kimi, mətbuat, kitab nəşri, yayımı poliqrafiya sahəsində bir çox dəyərli işlər görür şuranın qəbul etdiyi qərarlar təsdiq üçün Hökumət Başçıları Şurasına təqdim olunur.

Çingiz müəllimin sözlərinə görə, hər dəfə bir çox maraqlı lazımlı məsələləri müzakirə edən şura iclasında bu dəfə ilk olaraq XI iclasın qərarlarının nəticələrinə baxılıb, Kitabı Himayə Deklarasiyasının layihəsi müzakirə olunub. Daha sonra çap məhsullarının qarşılıqlı mübadiləsinə əlverişli şərait yaradılması haqda müqavilə, MDB ölkələrinin VI Kitab Sənəti Beynəlxalq Müsabiqəsinin keçirilməsinə hazırlıq işləri MDB-nin müştərək çap orqanlarının təsis edilməsi daxil olmaqla ümumiyyətlə doqquz məsələ müzakirə edilib.

Çingiz müəllim MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedevin imzası ilə dövri mətbuat, kitab nəşri, kitab yayımı poliqrafiya sferasında əməkdaşlığın möhkəmlənməsində aktiv iştirakına böyük töhfələrinə görə Fəxri Fərmanla təltif edilib.

Şuranın fəaliyyət göstərdiyi müddət ərzində bir sıra vacib işlər görülsə həllini gözləyən məsələlər vardır. Hər il tədbirlər planı əsasında fəaliyyət göstərən şura əsasən ölkələr arasında çap məhsulları mübadiləsinin yüksək səviyyədə təşkili, kitab mübadiləsində gömrük rüsumu poçt tariflərindən tutmuş bir sıra vacib məsələlərin əlverişli şəkildə həllini prioritet sayır.

Şuranın tədbirlər planına daxil olan ən maraqlı tədbirlərdən biri Beynəlxalq Kitab Sənəti Müsabiqəsidir. Sözügedən iclasda artıq Moskvada keçiriləcək VI Beynəlxalq Kitab Sənəti Müsabiqəsinə hazırlıq işləri müzakirə olunub. Xatırladaq ki, bu müsabiqənin formalaşmasında Azərbaycan naşirləri yaxından iştirak edib indiyədək Azərbaycan kitabı bu müsabiqənin müxtəlif nominasiyalar üzrə ən yüksək mükafatlarına layiq görülüb.

Şura MDB ölkələrinin mədəni inteqrasiyası sahəsində bir sıra işlər görür bu sahəni tənzimləyir, lazımi normativ sənədləri qəbul edir.

2009-9010-cu ilin tədbirlər planına sərgilər, müsabiqələr s. vacib tədbirlərlə yanaşı ümumi Birlik adı altında bir sıra nəşr layihələri nəzərdə tutulur. Məsələn, MDB dövlətləri ədəbiyyatı, MDB dövlətləri mükafatları laureatları, MDB dövlətləri mədəni irsi, MDB dövlətləri uşaq ədəbiyyatı, MDB dövlətlərində turizm istirahət, MDB xalqlarının nağılları s.

Azərbaycan tərəfi MDB İcraiyyə Komitəsinin Dövri mətbuat, kitab yayımı poliqrafiya məsələləri üzrə Dövlətlərarası Şurasının növbəti iclaslarında müxtəlif irili-xırdalı tədbirlərində yaxından iştirak etməyi qarşısına məqsəd qoyur.

Çingiz müəllimin fikrincə, Azərbaycan kitabı dünyanın bütün sərgi müsabiqələrində yüksək səviyyədə iştirak etməyə qadirdir yaxın gələcək üçün bu sahədə daha böyük uğurlar gözlənilir.

 

Şərif

 

Mədəniyyət.- 2009.- 8 aprel.- S. 12.