80-90-cı illərin mənzərəsində Azərbaycan kinosu

 

90-cı illərin əvvəllərində respublikamız SSRİ-nin tərkibindən ayrılır, öz müstəqilliyini elan edir. Daha sonra müstəqilliyi uğrunda mübarizə aparır, torpaqlarımızın bütövlüyünü qorumaq üçün məcburi müharibəyə cəlb olunur. SSRİ dağılır, idarəçilik sistemi, ictimai quruluş dəyişir, sosializmdən kapitalizmə keçid başlayır. Bütün bunlar - şəhidlər, müharibə, çevriliş cəhdləri, hakimiyyətdəki qarşıdurmalar, bitmək bilməyən keçid dövrü xaosun yaranmasına səbəb olur. Yaranmış qarışıqlıqların mənbəyində Sov.İKP-nin sonuncu lideri Mixail Qorbaçovun yürütdüyü "aşkarlıq yenidənqurma" siyasəti dayanırdı. Siyasi iclaslarda, qəzet televiziya kanallarında çıxışlar, söhbətlər "aşkarlıq" yarlığı ilə təqdim olunurdu: gizlinlər aşkara çıxır hər şey yenidən qurulur

 

Bağışla, ölməyəcəm...

 

Təbii ki, kinematoqraf da yeni ideoloji axından kənarda qala bilməzdi. Bu illərdə çəkilən filmlərdə dövr aydın təsvir olunur. Qəhrəmanlar, situasiyalar dövrə uyğun olaraq dəyişir, mürəkkəbləşir. Məhz, bu dövrdə rejissor O.Mirqasımov "Şeytan göz qabağında", V.Mustafayev "Yaramaz", R.Ocaqov "Ölsəm, bağışla", Ş.Ələkbərov "Sahilsiz gecə", E.Quliyev "Təxribat", N.Musayev Y.Abramov "Lətifə", Ə.Mahmudov "Gecə qatarında qətl" filmlərini çəkirlər. Aşkarlıq dövrü milli kinomuzda yeni mövzulara meydan açır. Oqtay Mirqasımovun "Şeytan göz qabağında" filmi (1987) rəhbər orqanlarda baş alıb gedən cinayətkarlıqdan, qruplaşmalardan, dövlət orqanlarında kök salmış mafiyadan onların məğlubedilməzliyindən bəhs edirdi. Filmin qəhrəmanı, gənc jurnalist (Fəxrəddin Manafov) redaksiyalarına gəlmiş bir məktubun izi ilə gedir bütün cəhdlərinə baxmayaraq, mübarizəsində məğlub olur.

Rasim Ocaqovun "Ölsəm, bağışla" (1989) filmi İkinci Dünya müharibəsinin başqa üzünü göstərirdi. O vaxta qədər kinoda, ədəbiyyatda müharibə sovet cəmiyyətinə həmişə qəhrəmanlıq eposu kimi təqdim olunurdu. Doğrudur, bəzən "Belarus vağzalı" kimi müharibə veteranlarının sülh zamanında qarşılaşdıqları çətinliklərdən, onların lazımınca qiymətləndirilməməsindən, gənclərin müharibə veteranlarına xor baxmasından danışan filmlər çəkilirdi. Amma bir qayda olaraq bu filmlərin finalında müharibə iştirakçıları bizim stabil, firavan həyatımızı borclu olduğumuz qəhrəmanlar kimi qalırdılar. "Ölsəm, bağışla" filmində isə müəlliflər yaşam uğrunda əsl mübarizənin, ölüm-dirim savaşının döyüş meydanında yox, arxada getdiyindən danışırdı. Oranı əbəs yerə "cəbhə" adlandırmırlar. Arxa cəbhədə gedən müharibə daha dəhşətlidir, çünki düşmənin kimliyi məlum deyil, o, buqələmun kimi simasını dəyişir. Bu cəbhənin öz qəhrəmanları var.

Vaqif Mustafayevin "Yaramaz" filmində (1987) müasir qəhrəman, tamaşaçı üçün yeni bir rakursdan açılır. Bu rakurs Azərbaycan kinematoqrafiyası üçün təzədir. Söhbət "balaca adam" mövzusundan gedir.

"Yaramaz" filminin qəhrəmanı balaca adamdır. Heç kim onu görmür, o, diqqəti cəlb etmir. Hətəm çox təmiz, sadə, buna görə səfeh təsiri bağışlayan bir şəxsdir. Ancaq bir gün o, kiminsə diqqətini cəlb edir tədricən böyüyür. Vəzifəsi artdıqca Hətəm dəyişir, öz təmizliyini qədər qorumağa çalışsa da, buna nail ola bilmir. o, hakimiyyətdən istifadə etməyə başlayır. Getdikcə simasızlaşır, yaramazlaşır. Ona aid olan hər şeyi itirir özü məhv olur.

Bu, yalnız onun başına gəlmir. V.Mustafayevin "Fransız" videofilmində, Hüseyn Mehdiyevin "Özgə vaxt" digər filmlərdə müasir qəhrəman özünü itirmiş şəkildə təsvir olunur. O, qədər cəhd etsə , özünü dərk edə bilmir. Cəmiyyətdəki xaos onun şüuruna daxil olub, baxmayaraq ki, o hər vəchlə cəmiyyətdən qaçmağa çalışır.

 

Kim etdi edəcək?

 

90-cı illərin əvvəllərində müstəqil Azərbaycan dövləti yaranır. 70 ildə kökləri çox dərinlərə işləmiş idarəetmə sistemi, əlaqələr dağılır, yenisi isə yaranmır. Həm iqtisadiyyat, həm mədəniyyət ağır böhran keçirir. Beynəlxalq aləmin maraqları Azərbaycanın maddi sərvətlərinə yönəldiyindən, daxili qüvvələr daha çox iqtisadiyyatı, sənayeni diqqət mərkəzində saxladığından mədəniyyətdəki böhran daha da dərinləşir. Azərbaycanlıların başı bir-birinin ardınca baş verən, ölkədə az qala vətəndaş müharibəsi səviyyəsinə gətirib çıxaran daxili çəkişmələrə qarışır. Torpaqlarımızın 20 faizi işğal olunur. Belə bir xaosun içində dövlət ideologiyası kimi mühüm bir məsələ unudulur. Onsuz da məişət problemləri içində boğulub qalmış insanlar, günü-gündən həyat şərtlərinin daha da çətinləşdiyi bir dövrdə artıq kimə nəyə inanacaqlarını bilmirlər. Ümumi şəkildə hamıya aydın idi, dövlətin müstəqilliyini qorumaq lazımdır, Qarabağ daim Azərbaycana aid olub olacaq, torpaqlarımız geri alınmalıdır s. Lakin bütün bunların hansı ssenari əsasında həyata keçiriləcəyi heç kimə məlum deyildi. Cəmiyyət bu problemlərə yaxınlaşmaq, onlarla yaşamaq əvəzinə, sanki saatbasaat ondan uzaqlaşır. Problemin həllinə təkan verə biləcək ideologiya isə yox idi. Təbii ki, incəsənət bu xaosdan kənarda qala bilməzdi. Lakin əgər musiqinin, ədəbiyyatın yaranması üçün bir kağız bir qələm, teatr üçün səhnə kifayət idisə, kino ilə məsələ başqa cür idi. Kinonun fəaliyyətini davam etdirməsi üçün böyük maliyyə vəsaitinə ehtiyac vardı. Həmçinin dövlətin bütün sahələrində olan xaos kinodan da yan keçməmişdi. Əgər bu vaxta qədər ssenarilərə, mövzulara, filmləri çəkən rejissorların adına qədər hər şey yuxarıdan müəyyən olunurdusa, indi bu sistem pozulmuşdu. Respublikada mühüm siyasi -ictimai proseslərin getdiyi bir vaxtda kino heç kimi maraqlandırmırdı. Bu qarışıqlığın yeganə müsbət cəhəti o oldu ki, bir-birinin ardınca, kapitalizmin, bazar iqtisadiyyatının havasına müstəqil kino şirkətlər: "Aqa", "Tilsimfilm", "JF prodakşn", "İbrus LTD" s. yarandı. Baxmayarq ki, indi bu şirkətlərin onların istehsal etdikləri filmlərin adları ancaq bəzi şəxslərə kinoşünas Aydın Kazımzadəyə məlumdur. Müstəqil studiyalarda maliyyə çatışmazlığı səbəbindən qısametrajlı filmlər istehsal olunurdu. Şamil Əliyevin "Təsadüfi görüş", Murad İbrahimbəyovun "Adi əhvalatlar", Xəyyam Aslanın "Son döyüş", Vaqif Mustafayevin "Hər şey yaxşılığa doğru" filmləri (siyahı yetərincə uzundur) neçə illər boyunca bir çox beynəlxalq kinofestivallarda Azərbaycan kinosunu təmsil edib.

90-cı illərin ortalarından etibarən respublikada tədricən, stabillik yaranır. Dövlətin ideoloji siyasəti müəyyənləşir. Bütün sahələrdə olduğu kimi, kino da müharibə mövzusunu cəmiyyətin diqqət mərkəzinə çıxarmağa çalışır. Rejissor Ənvər Əbluç " atlı oğlan", Oruc Qurbanov "Haray" filmlərini çəkir. Ancaq bu filmlərdə müharibənin dərk olunmaması faktı aydınca hiss olunur. Görünür həmin zaman suların durulması üçün vaxt lazım olduğunu iddia edənlər yanılmırdılar.

 

 

İntiqam Hacılı

 

Mədəniyyət.- 2009.- 8 aprel.- S. 11.