Yevlax teatrı yeni binada

 

Son illər ölkəmizin paytaxtında yerləşən teatr binalarının əsaslı təmiri yenidən qurulması ilə yadda qalacaq. S.Vurğun adına Dövlət Rus Dram Teatrının, Kukla Teatrının binalarının təmiri, başa çatmış, Azərbaycan Akademik Milli Dram Teatrında bərpa yenidənqurma işləri isə davam edir. Dövlət Gənclər Teatrının yenicə təmir olunmuş binasının yaxın günlərdə açılışı olacaq. Artıq teatrların bina təminatının yaxşılaşdırılması prosesi paytaxtdan əyalətlərə keçməkdədir. Mingəçevir Dövlət Dram Teatrının binasının təmirindən sonra Bəşir Səfəroğlu adına Yevlax Xalq Teatrının ikimərtəbəli binası yerli tamaşaçıların ixtiyarına verildi. Yeni tikilmiş teatr binasının səhnəsində Pantomim Teatrı öz repertuarını yevlaxlılara təqdim etdi.

 

Teatr binasının açılışında çıxış edən Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Azərbaycan teatr ənənələrinin regionlarda da yaşandığını önə çəkərək yeni binanın istifadəyə verilməsini rayonun mədəni həyatında böyük rol oynayacağını bildirdi. Mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev isə ölkə prezidenti İlham Əliyevin mədəniyyət sahəsinə göstərdiyi qayğı diqqətdən danışdı. Hər bir regionun inkişafının həm mədəni yüksəlişdən keçdiyini söyləyən Ə.Vəliyev, bu sırada teatr sənətinin xüsusi çəkiyə malik olduğunu vurğuladı. O, həmçinin bildirdi ki, yerli teatrla yanaşı, paytaxt teatrlarının da burada yüksək səviyyədə çıxışına imkan verən binanın tikilməsi bölgənin mədəni həyatında əlamətdar hadisədir.

Xalq artisti Afaq Bəşirqızı isə atasının adını daşıyan Yevlax Xalq Teatrının bina təminatından sevindiyini bildirərək, rəhbərlik etdiyi Bəşir satira teatrının da tezliklə yevlaxlılara qonaq gələcəyini söylədi.

Sonra tamaşaçılar Pantomim Teatrının çıxışını izlədilər. Yeni binanın istifadəyə verilməsi yerli teatrın kollektivinə ikiqat sevinc bəxş etmişdi. Kollektiv üzvləri bu sevinclərini qəzetimizlə bölüşür.

Zöhrə Adıgözəlova (Yevlax Xalq Teatrının bədii rəhbəri): Teatrımız 1976-cı ildən fəaliyyət göstərir, indiyə qədər 60-dan şox əsərə səhnə həyatı verib. İndi biz yüksək əhval-ruhiyyədəyik, 25 nəfərlik kollektivimiz Kamal Nemətin Təzə xadimə əsərini yeni səhnəmiz üçün hazırlayır. Binada qrim, yardımçı rəhbərlik otaqları var. Daxili xarici görünüşün sintezi, interyerdə milli ornamentlərin əks etdirilməsi, akustikanın işıq sisteminin müasir standartlara uyğun olması binanın teatr imkanlarını genişləndirir.

Ceyran Cəfərova (gənc aktrisası): Bu yeni teatr binasının səhnəsində çox məşhur obrazlarla çıxış etmək istərdim. İndi gözəl əsərləri tamaşaya qoymaq üçün böyük imkanlarımız var.

Mehriban Məmmədova (gənc aktrisa): Hər kəs kimi mən teatrımızın yeni bina ilə təminatına sevinirəm. Yeni aktyor nəslinin yetişməsində bu amil böyük rol oynayacaq.

Maya Əliyeva (aktrisa): Teatr yaranandan aktrisa kimi fəaliyyət göstərirəm. Heç vaxt tamaşalarımızı səhnədə rahat oynaya bilməmişik. Hətta tamaşa zamanı sürətli yerimək istəyəndə büdrəyirdik. Binanı araya-ərsəyə gətirənlərə təşəkkür edirik. Sevinirəm ki, əsl səhnə həyatımız başlayır.

Beləliklə Yevlax Xalq Teatrının binasında yeni tamaşa ilə başlanan bayram saatı bitir səhnə pərdələri enir. Amma sözsüz ki, qarşıda yerli teatrın iştirakı ilə bu səhnənin pərdələri hələ çox qalxacaq.

 

 

Mədəniyyət

 

Mədəniyyət.- 2009.- 8 aprel.- S. 3.