Azərbaycanın ilk rəngli filmi çəkən operatoru

 

Aprelin 12-də tanınmış operator, əməkdar incəsənət xadimi Əsgər İsmayılovun 102 yaşı olur

 

Operatorları tamaşaçı heç vaxt görmür, onların çəkiliş vaxtı hansı əziyyətlərlə rastlaşdıqlarından xəbəri olmur. Tamaşaçı ancaq ekranda baş verən hadisəni, aktyorları görür. İkinci bir tərəfdən hər bir rejissor çalışır ki, onun fikirlərini anlayan operatorla işləsin. Əsgər İsmayılov rejissorlarla tez dil tapa bilirdi. Buna görə bir çox rejissorlar onunla işləməyi xoşlayırdı. Həmkarlarının dediyinə görə Əsgər İsmayılov çox diqqətcil insan idi. Bəzən televiziyadakı kadrları onlara izah edə, oradakı səhvlərdən danışardı. Həmişə deyirmiş ki, fikir məqsədini qısa göstərməlisən - bu istedadın göstəricisidir. Əsgər İsmayılov haqqında rejissor Ağarza Quliyev belə demişdi: O, çox istedadlı, savadlı həddən ziyadə mədəni insan idi.

Ə.İsmayılov Moskvada Kinematoqrafiya İnstitutunu bitirəndən sonra Bakıya gələrək Cəfər Cabbarlı ilə Almaz filmində işlədi. Filmin çəkilişləri zamanı C.Cabbarlı vəfat edir. O vaxtkı Kommunist qəzetində çıxan məqaləsində Ə.İsmayılov yazır: Biz Almaz filmini Cəfər Cabbarlıya həsr edirik.

Almaz filmində operatorun qarşılaşdığı bir çox çətinliklər (yağış səhnəsi, rakurslar s.) olub. Amma operator bunun öhdəsindən bacarıqla gəlib.

Operatorluqla rəssamlığın eyniliyi onların hər ikisinin rənglərlə işləməsidir. Rəssamlar operatorlar hansısa əşyanı elə çəkərlər ki, o, öz görünüşünü dəyişə bilər. Əsgər İsmayılovun da rəssamlığa böyük həvəsi olduğunu deyirlər. Məlumdur ki, 40-cı illərin sonlarında Azərbaycanda rəngli filmlər çəkilməyə başladı. İlk dəfə olaraq Azərbaycandan Əsgər İsmayılov Moskvaya göndərilərək orada rəngli filmlərin texnologiyasını öyrənib geri qayıtdı. O, Bakıdan Göygölədək filmini çəkdi. Artıq həmin filmin rəngi gedib. Buna səbəb o dövrün kinoplyonkalarının indikilərdən fərqli olmasıdır.

Əsgər İsmayılov bir çox filmlərdə operator quruluşçu operator işləyib. Onun lentə aldığı Almaz, Kəndlilər, Səbuhi, Bir ailə, Qara daşlar, Kölgələr sürünür, Səhər s. filmlərin Azərbaycan kino tarixində öz yeri var. Sənədli filmlərdən Sovqat, Bəxtiyar, Sabahın xeyir, Bakı s. o dövrün yaşam tərzini göstərən filmlərdəndir.

Sabahın xeyir, Bakı sənədli filmi Bakının 40-cı illərdəki yaşam tərzini, görünüşünü özündə əks etdirir. Həsrətlə köhnə Bakıya baxan tamaşaçılar tanış binaları gördükcə reaksiya verməyə bilməzlər. Çünki tamaşaçıların əksəriyyəti köhnə Bakını görmək arzusunda olurlar.

Əsgər İsmayılovun operatoru olduğu, rejissor Şua Şeyxovun Maraqlı əhvalat filmində hamama yollanan qəhrəman dostarı ilə içki məclisinə başlayır. Nəticədə dostunun çamadanını götürərək, özü bilmədən qatarla başqa şəhərə gedir başına müxtəlif hadisələr gəlir.

Tanınmış operator sonralar Azərbaycanfilm kinostudiyasında qruplar təşkil edərək, rəngli filmin texnologiyasını gənclərə öyrətməklə məşğul olub. Alman dilindən rəngli filmlər haqqında kitabı dilimizə tərcümə edib.

 

 

Aytək

 

Mədəniyyət.- 2009.- 10 aprel.- S. 10.