Azərbaycan teatrı "PRO-Teatr-2009" sərgisində

 

Azərbaycan Akademik Milli Dram Teatrı Moskvada keçirilən "PRO-Teatr-2009" Beynəlxalq Teatr Sərgi-Yarmarkasında iştirak edib. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, sərgi-yarmarkada teatra həsr edilmiş stend son bir neçə il ərzində ən uğurlu tamaşaların afişa proqramları, eləcə videoyazılar nümayiş olunub. İştirakçılar tərəfindən böyük maraqla qarşılanan Azərbaycan Akademik Milli Dram Teatrının stendi ilə çoxsaylı teatr peşəkarları rəsmiləri, o cümlədən Rusiya prezidentinin mədəniyyət məsələləri üzrə müşaviri M. Şvıdkoy "Qızıl Maska" festivalının baş direktoru M.Revyakina da tanış olublar. Onlar teatrın loqotipi ilə hazırlanmış hədiyyə suvenirləri məmnuniyyətlə qəbul ediblər. Görüş zamanı Azərbaycan Rusiya teatrları arasındakı uzunmüddətli əlaqələrin bərpasının vacibliyi vurğulanıb. Sərgi-yarmarkada Azərbaycan Akademik Milli Dram Teatrı sərgi-yarmarkanın diplomu ilə təltif olunub.

 

Mədəniyyət.- 2009.- 10 aprel.- S. 3.