Tofiq İsmayılovun yubileyi keçirilib

 

Aprelin 8-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında kinorejissor, yazıçı və pedaqoq, xalq artisti Tofiq İsmayılovun anadan olmasının 70, sənət fəaliyyətinin 50 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.

Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Tofiq İsmayılovun Azərbaycan milli kino sənətinin inkişafındakı fəaliyyətdən söz açıb, onun yaradıcılıq yolunun özünəməxsus çalarlarla seçildiyini diqqətə çatdırıb.

Başqa natiqlər də T.İsmayılovun xidmətlərini, mlli kinomuzun inkişafı istiqamətindəki fəaliyyətini qeyd ediblər.

Yubiley gecəsində T.İsmayılovun yaradıcılığından bəhs edən fotosərgi, çəkdiyi filmlərdən fraqmentlər nümayiş olunub.

Xatırladaq ki, T.İsmayılov 30-a yaxın bədii və sənədli filmə quruluş verib, 6 bədii kitabın, “Türkdilli xalqların sineması” adlı 3 cildlik elmi nəşrin, kino sənəti problemlərinə dair 100-dən artıq elmi məqalənin müəllifidir.

 

 

Mədəniyyət.- 2009.- 10 aprel.- S. 1.