Filmlərimizin təzə evi

 

Mədəniyyət sahəsində aparılan məqsədyönlü siyasət artıq öz bəhrəsini verməkdədir. Ölkəmizin mədəni həyatındakı müsbət dəyişikliklərlə müşayiət olunan bu siyasət ildən-ilə daha dinamik xarakter almaqdadır. Mədəniyyətimizin xaricdə geniş miqyasda təbliği ilə yanaşı, şəhər rayonlarımızdakı mədəniyyət ocaqları müasir standartlara uyğun təmir olunur, yenidən qurulur. Bu sıraya təzə tikilən mədəniyyət obyektlərindən olan Dövlət Film Fondu da daxildir. Filmlərin saxlanması arxiv faktlarının qorunması baxımından unikal təşkilat olan fond 1994-cü ildə yaranıb. Ölkəmizdə istehsal olunmuş bədii, sənədli cizgi filmlərinin toplandığı fonda həmçinin vaxtilə Bakı ümumilikdə Azərbaycan prokatlarında saxlanılan xarici filmlər daxildir. Hazırda fondda 64 mindən artıq saxlama vahidi qorunur. Bu saxlama vahidlərində yerli xarici filmlərlə yanaşı, müxtəlif kino materialları - maqnit lentləri, kantratip lentlər, neqativlər s. qorunur.

 

Ümumilikdə kino tariximizin daşıyıcısı olan bu qurum əvvəllər kinoteatr kimi fəaliyyət göstərən binada yerləşdirilmişdi. Təbii ki, bu bina filmlərin qorunub saxlanma tələblərinə cavab vermədiyindən, ölkə başçısının Azərbaycan kino sənətinin inkişaf etdirilməsi barədə 23 fevral, 2007- ci il tarixli sərəncamında problemin həlli xüsusi bəndlə müəyyənləşdirildi. Belə ki, Azərbaycan kinosunun tarixini əks etdirən kinofilmlərin lazımi səviyyədə mühafizəsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyinə Azərbaycan Dövlət Film Fondu üçün yeni binanın inşası tapşırıldı. Qısa müddətdən sonra C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının həyətində yeni binanın inşasına başlanıldı.

Tikilinin layihələndirilməsi bu sahədə ixtisaslaşan Büllur layihə firmasına, inşaaat və quraşdırma işləri isə Azkond məhdud məsuliyyətli müəssisəsinə həvalə olundu və işlər nəzərdə tutulmuş vaxtda tam başa çatdırıldı.

Görülən işlərlə tanış olmaq məqsədilə aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyev fondda oldu.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə binanın foyesində ulu öndər Heydər Əliyevin Azərbaycanda mədəniyyətin, o cümlədən kino sənətinin inkişafındakı xidmətlərini əks etdirən fotoguşəyə, habelə Dövlət Film Fondunun tikintisi ilə bağlı şəkillərə baxdılar.

Dövlətimizin başçısına məlumat verildi ki, ümumi sahəsi təxminən 6,6 min kvadratmetr olan binanın birinci mərtəbəsində texniki avadanlıqla təchiz edilmiş inzibati otaqlar, laboratoriya, 120 yerlik salon yardımçı otaqlar yerləşir. Bu mərtəbədə dünya kinosunun tarixini özündə əks etdirən kinokameralar, o cümlədən 1902-ci ilin istehsalı olan Edisson kinoproyektoru, 1910-cu ildə istehsal olunan Debri kinokamerası, habelə Kaspi qəzetinin Azərbaycan kinosunun tarixi baxımından qiymətli yazının dərc olunduğu nadir nüsxəsi sair nümayiş etdirilir.

Dövlət Film Fondunda, ümumilikdə 64 min 373 ədəd saxlanma vahidi, 10 mindən çox müxtəlif arxiv sənədləri, Azərbaycanda istehsal edilmiş filmlər saxlanılır. Burada xüsusi temperatur rejimi tətbiq olunur. Mənfi 5 dərəcədə qorunub saxlanan filmlərin təhlükəsizliyi diqqətdə saxlanılır. Fondda siqnalizasiya videomüşahidə sistemi qurulmuşdur. Ən qədim tarixi olan filmlərin qorunması məqsədi ilə xüsusi boks yaradılmışdır. Onların sayı təxminən 1000 ədəddir. Bundan əlavə, indiyə qədər Rusiya arxivlərində saxlanılan 30-a qədər Azərbaycan filminin nüsxələri Bakıya gətirilmiş onlar fondun arxivinə daxil edilmişdir.

Fondda kino tarixi ilə bağlı 12 mindən çox foto da qorunur. Fotoarxivə dünyanın müxtəlif yerlərində istehsal edilən filmlərin fotoşəkilləri daxil edilmişdir. Fondun əməkdaşları bu şəkilləri iki ilə yaxın müddətdə şəxsi arxivlərdən yığmışlar. Ötən əsrin 60- illərindən 90-cı illərin ortalarınadək istehsal edilən 3500 ekran əsərindən çıxarılan fotolar üzərində bərpa işləri aparılmışdır. Bu arxivə Avropa Amerikada istehsal edilən filmlərlə yanaşı, Baltikyanı ölkələrdə çəkilən filmlərin fotoşəkilləri daxil edilmişdir.

Prezident İlham Əliyev videomontaj və bərpa otaqlarında yaradılmış şəraitlə tanış oldu.

Fondda 60 əməkdaş çalışır. Burada onların işinin daha səmərəli qurulması üçün yeni texnikalar alınıb.

Dövlət Film Fondunda görülən işlər Azərbaycan kinosu incilərinin daha mükəmməl etibarlı qorunmasına imkan verir. Burada kino tarixi ilə bağlı tədqiqatların aparılması üçün lazımi şərait var.

Tikilinin zirzəmisi, beş mərtəbəsi mansard tipli çardağı olan damı var. Əsasən texnoloji avadanlıqların yerləşdirilməsi üçün nəzərdə tutulmuş zirzəmidə mərkəzi kondisionerlər qazla avtomatik yanğınsöndürmə sisteminin qurğuları yerləşir. Kommunikasiya xətləri əsasən zirzəmidə toplanmışdır. Zirzəminin döşəməsi mərmər, divarları emulsiya ilə rənglənmiş, tavanı isə asmadır. Bütün zirzəmi SPOT tipli lampalarla işıqlandırılır.

Binanın 2- ci mərtəbəsinin laboratoriya mütəxəssislər üçün xidmət otaqlarından ibarətdir. Burada əsasən lentlərin köçürülməsi, bərpası, yuyulub təmizlənməsi, səs rənglərin bərpası, pozitivlərin köçürülməsi işləri yerinə yetiriləcək. Laboratoriyaların bütün avadanlıqları Fransanın bu sahə üzrə dünyada tanınmış STM Derbri firmasına məxsusdur. Həmin avadanlıqların fonda, təkcə respublikamızın deyil, xarici ölkələrin sifarişlərini tam kefiyyətlə yerinə yetirilməsinə imkan verəcək. Eyni zamanda 2-ci mərtəbədə filmlərin dövlət komissiyası tərəfindən qəbulu üçün ən müasir kinoproyeksiya, səs avadanlıqları akustik sistemlə təmin olunmuş otaq da qurulub.

Dövlət Film Fondunun 3- 4-cü mərtəbələri isə rəngli pozitivlər, bokslar nitro əsaslı kino materialları saxlanan anbardan ibarətdir. Burada kinofondların qorunması üzrə ən son sistemdən istifadə olunub.

Bokslar anbarlarda müxtəlif temperatur rejimləri olduğu üçün bu nüansa xüsusi fikir verilib. Belə ki, saxlanan materiallar əvvəlcə boksun qarşısındakı tambura çıxarılır. Həmən tamburda materialların temperaturu tədricən təyin olunmuş həddə qədər dəyişdirilir, sonra material növbəti tambura keçirilir həmən proses təkrar olunur. Burada yol verilə biləcək ən adi yanlışlıq təbii ki, məhsulun sıradan çıxmasına gətirib çıxara bilər. Elə bunu nəzərə alaraq boks anbarlarda vahid temperatur rejimi müəyyənləşdirilib.

Texniki yeniliklər bununla da məhdudlaşmır. Belə ki, binanın zirzəmisində 1-ci mərtəbəsində İngiltərənin DSC firmasının infıraqırmızı şüalı hərəkət dedektorları qurulub. Bu sistem bina daxilində hərəkətə nəzarət etməyə mühafizə sisteminin qurulmasına xidmət edir. Bundan başqa, əməkdaşların məsuldar işləməsi üçün Cənubi Koreyanın İnter-M firmasının istehsal etdiyi daxili xəbərvermə radiolaşdırma sistemi qurulub. Bu qovşaq yanğın ya hər hansı fövqəladə hadisə baş verdikdə avtomatik olaraq bütün otaqlara xəbər verir. Binada məlumat mübadiləsinin operativliyini təmin etmək məqsədilə yüksək sürətli elektron şəbəkə tətbiq olunub. Ünvanlı yanğın-xəbərvermə dedektorları vasitəsilə yanğının baş verdiyi yer mühafizəçiyə ünvanlı şəkildə çatdırılır. Bu da yanğının operativ söndürülməsinə imkan yaradır.

Dövlət başçısına bildirildi ki, yaxın gələcəkdə Azərbaycanfilmin binasında, çəkiliş pavilyonlarında da təmir yenidənqurma işlərinin aparılması, kinostudiyanın texniki avadanlıqla təchiz olunması planlaşdırılır.

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2009.- 15 aprel.- S. 2.