AİTF-2009 Beynəlxalq Turizm Sərgisi açıldı

 

Sərgi maraqlı yeniliklərlə zəngindir

 

Böyük Britaniyanın İTE Group PLC onun Azərbaycandakı tərəfdaşı İteca Caspian şirkətinin təşkilatçılığı ilə dünən Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində AİTF 8-ci Beynəlxalq Turizm Səyahətlər 3-cü Qafqaz Beynəlxalq Mehmanxana, Restoran Supermarketlər üçün Avadanlıq Ləvazimatlar sərgilərinin açılış mərasimi keçirildi. Açılışda mədəniyyət turizm naziri Əbülfəs Qarayev, Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə səlahiyyətli səfiri Hulusi Kılıç, İteca Caspian şirkətinin direktoru Fərid Məmmədov, Azərbaycan İxracat İnvestisiyaların Təşviqi Fondunun prezidenti Rəhim Hüseynov, dünyanın bir çox ölkələrinin turizm təşkilatlarının yetkililəri mətbuat nümayəndələri iştirak edirdi.

 

Əbülfəs Qarayev: Azərbaycan maraq kəsb etməkdədir

 

Turizm sənayesinin artıq dünyada ən gəlirli perspektivli sahəyə çevrildiyini deyən nazir bildirdi ki, hazırkı böhran iqtisadiyyatın bütün sahələrinə təsir etdiyi halda, turizm öz inkişaf tempini azaltmayıb. Azərbaycanda da bu baxımdan vəziyyət qənaətbəxşdir: 2008-ci ildə Azərbaycanın sərhədlərini 1 milyon 899 min nəfər keçib ki, bunun da 1 milyon 400 min nəfəri turist hesab edilir. Bu, əvvəlki illə müqayisədə 40 faiz artım deməkdir.

Azərbaycanın regionlarında turizm infrastrukturu getdikcə genişləndirilir. İndi ölkədə 35 mehmanxananın tikintisinin davam etdiyini deyən nazirin sözlərinə görə, Azərbaycanda hazırda 300-dən çox hotel fəaliyyət göstərir: Bundan başqa, ötən il ərzində bütün ölkə üzrə 4 hava limanı açılıb. Turizm sahəsinin belə sürətli inkişaf tempindən çıxış edərək əminliklə demək olar ki, çox yaxın vaxtlarda yüksək standartlara cavab verən turizm-istirahət kompleksləri öz qapılarını səyahətçilərin üzünə açacaq.

Bütün bunların fonunda sərgilər böyük əhəmiyyətə malikdir. Ə.Qarayev bildirdi ki, AİTF-2009 sərgisində 22 ölkədən 98 şirkət iştirak edir: Həmçinin sərgidə iştirak etmək məqsədilə bir çox xarici ölkələrin turizm yetkililəri, o cümlədən İraqın turizm mədəni irs naziri, Almaniya Bundestaqının senatoru turizm üzrə komissarı, müxtəlif ölkələrin KİV nümayəndələri Bakıdadır. Azərbaycan Böyük İpək Yolunda yerləşdiyindən malik olduğu coğrafi imkanları ölkə boyunca gedən inkişafı ilə artıq dünyada çox böyük maraq yaradan turizm istiqamətinə çevrilib.

 

Türkiyədə yeni evlənənlər üçün mehmanxana var

 

Qeyd edək ki, builki sərgidə yeniliklər çox idi. Əvvəlcə onu bildirək ki, sərginin ekspozisiya sahəsi 30 faiz artmışdı. Bakı-İslam mədəniyyətinin paytaxtı-2009 mədəniyyət ili çərçivəsində Mədəniyyət Turizm Nazirliyinin dəvəti ilə İslam Ölkələri Elm, Təhsil Mədəniyyət Təşkilatına (İSESKO) üzv ölkələr, o cümlədən Mərakeş, Malayziya, İordaniya, İndoneziya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İran ümumi stenddə turizm potensiallarını nümayiş etdirirdilər. Sərginin ənənəvi iştirakçısı olan Türkiyə isə bu il sponsor kimi çıxış edirdi. Bu ölkənin yeni evlənənlər üçün xüsusi mehmanxanası hər bir ziyarətçinin marağına səbəb oldu. BƏƏ Dubay şəhərindəki məşhur hotellərdən ibarət şəbəkəni turizm biznesi sahəsində çalışan şirkətləri təqdim edirdi.

Yeniliklərdən biri İspaniyanın sərgidə ilk dəfə olaraq öz milli stendi ilə iştirak etməsi idi. Mavriki adalarının turizm şirkətləri bu gözəl guşə haqqında qonaqlara ətraflı məlumat verirdilər. AİTF sərgilərində bir neçə il iştirak etmiş Çexiya şirkətləri isə builki sərgidə ekzpozisiyalarının sayını iki dəfə artırmışdılar. Onlar Çexiyanın zəngin turizm potensialı ilə yanaşı, ali təhsil məktəblərində təhsil almaq imkanlarını da nümayiş etdirirdilər. Ukrayna nümayəndələri isə özlərinin mineral sularının müxtəlifliyi ilə seçilən kurort mərkəzi Truskavetsi təqdim edirdilər.

 

Qarabağ stendi böyük marağa səbəb oldu

 

Azərbaycanın regionları da AİTF-2009 sərgisində fəal iştirak edirdi. Ölkəmizin daxili regional turizmi Qəbələ, Nabran, Quba, Naxçıvan Lənkəran regionlarının mehmanxana istirahət mərkəzləri ilə təmsil edilirdi. Bundan başqa, Abşeron zonasının mehmanxana şəbəkəsi sərgidə geniş təmsil olunurdu. İştirakçıların ən çox marağına səbəb olan isə Qarabağ stendi idi. Ənənəyə sadiq qalaraq, Mədəniyyət Turizm Nazirliyi tərəfindən təşkil edilən Qarabağ stendində əsrarəngiz zonanın mədəni irsi gözəl təbiəti nümayiş etdirilirdi.

Beləliklə, son zamanlar dünyanın inkişaf etmiş ölkələrində iqtisadiyyatın inkişafına təkan verən vacib elementlərdən biri olan turizm sahəsinə Azərbaycanda xüsusi diqqət yetirilir. 2008-2017-ci illər üçün nəzərdə tutulan Turizmin inkişafına dair Dövlət Proqramına müvafiq olaraq rəqabətli bazarın yaradılması, pansionat mehmanxanaların maddi-texniki bazasının gücləndirilməsi, habelə servis səviyyəsinin beynəlxalq standartlara cavab verməsi üçün belə sərgilərin təşkili mühüm əhəmiyyət kəsb edir. Bir sözlə, turizm səyahətlər sərgisi turizm sənayesinin peşəkarları üçün görüş yeridir. Bu sərgiyə gəlməklə ziyarətçilər dünyanın məşhur turizm marşrutları ilə tanış olacaq, xarici ölkələrə getmək üçün tələb olunan sənədlərin rəsmiləşdirilməsi ilə bağlı lazımi məsləhətlər ala biləcəklər.

Qeyd edək ki, AİTF-2009 sərgisi Mədəniyyət və Turizm Nazirliyi, Ümumdünya Turizm Təşkilatı, Turizm Sərgilər Təşkilatçıları Assosiasiyası Beynəlxalq Qeyri-Kommersiya Həmkarlığı, Respublika Turizm Şirkətləri Assosiasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəsmi dəstəyi ilə keçirilir.

 

 

Fəxriyyə ABDULLAYEVA

 

Mədəniyyət.- 2009.- 17 aprel.- S. 8.