Mədəniyyət yazarları mükafatlandırıldı

 

Sirr deyil ki, bu gün bəşəriyyət mədəniyyətlərarası dialoq sığalı ilə sivilizasiyaların toqquşması xofundan yaxa qurtarmağa çalışır. Deməli, biz Azərbaycan mədəniyyətinin varlıq faktını, özünü isbat dairəsini daha da genişləndirməli, qloballaşdırıb, dərinləşdirməliyik.

 

Bəlkə elə bu səbəbdəndir ki, bu gün mədəniyyət mətbuatın, ümumilikdə KİV-in ən çox müraciət etdiyi mövzulardandır. Amma burada kəmiyyətlə yanaşı, keyfiyyət faktı da üzə çıxır. Yəni, mövzu mədəniyyətdən gedirsə, onu təbliğ edənin - əlinə qələm alıb söz deyən şəxsin ideya, fikir, mənəviyyat çəkisi önəm daşıyır. Elə Mədəniyyət qəzeti olaraq Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə keçirdiyimiz məlum müsabiqəmiz bu önəm ehtiyacdan yarandı. Artıq ikinci dəfə baş tutan hər dəfə ətrafına ölkənin ən nüfuzlu, zəhmətkeş qələm sahiblərini, mədəniyyət yazarlarını toplayan yarışma bu missiyanın öhdəsindən gələ bildi.

Bu fakt aprelin 15-də M.F.Axundov adına Milli Kitabxanada düzənlənən mərasimdə gerçəkləşdi. Belə ki, Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə Mədəniyyət qəzeti redaksiyası tərəfindən keçirilmiş Mədəniyyət mövzusunda ən yaxşı jurnalist işi müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi reallaşdı.

Tədbirdə mədəniyyət turizm naziri Əbülfəs Qarayev başda olmaqla, nazirlik aparatı, tanınmış ziyalılar, mədəniyyət ədəbiyyat sahəsinin nümayəndələri, ölkənin aparıcı mətbu orqanlarının baş redaktorları mədəniyyətimizi mövzu edən səbəbkarlar - yəni həmkarlarımız iştirak edirdi.

Mərasimi giriş sözü ilə açan qəzetin baş redaktoru Nigar Mənsimli bu gün Azərbaycan mədəniyyətinin hər kəsin gözləri qarşısında inkişaf etməkdə, zənginləşməkdə, şöhrət sədalarının respublikamızın sərhədlərini aşmaqda olduğu faktlarını xatırlatdı. Təbii ki, mədəni həyatımızda baş verən bütün uğurlu işlərin arxasında dövlətimizin başçısı cənab İlham Əliyevin diqqəti, biri-birindən maraqlı təşəbbüsləri durur. Bu gün Azərbaycan Qərb Şərq mədəniyyətlərinin mərkəzinə çevrilməkdədir. Beynəlxalq miqyaslı, böyük əhəmiyyətli mədəniyyət layihələrinin respublikamızda keçirilməsi bunun bariz nümunələrindəndir. Belə mötəbər tədbirlərə ünvan ola bilmək üçün neçə illərdir ki, dövlətimiz mədəniyyətimizə sərmayə qoymaqdadır. Biri-birinin ardınca mədəniyyət obyektləri təmir edilir, yenidən qurulur, yeniləri tikilir müasir standartlara uyğun avadanlıqla təchiz olunur. Düşünürəm ki, onların adını sadalamağa ehtiyac yoxdur. Mədəniyyət mövzusunda yazan sizlər - yəni həmkarlarımız - yəqin ki, möhtəşəm Heydər Əliyev Sarayının, Muğam Mərkəzinin, Rus Dram Teatrının, Gənc Tamaşaçılar Teatrının, təmirdən yenicə çıxmış yeni tikilmiş digər mədəniyyət ocaqlarımızın açılış mərasimlərində iştirak etmiş, canlı şahidlər olmusunuz.

Sözsüz ki, mədəni həyatımızda quruculuq işləri hələ davam etdirilir qarşıda bizləri çox sürprizlər gözləyir. Hələ biz çox fundamental işlərin, layihələrin, mötəbər açılışların iştirakçıları olacağıq.

Belə bir müsabiqənin təşkilinin Mədəniyyət Turizm Nazirliyinin Azərbaycan mədəniyyətində baş verən prosesləri izləyən onu geniş ictimaiyyətə çatdıran kütləvi informasiya vasitələrinin fəaliyyətinə verdiyi önəmin təzahürü olduğunu diqqətə çatdıran nazir Əbülfəs Qarayev müsabiqəyə marağın artmasından məmnunluq ifadə etdi.

Rəhbərlik etdiyi nazirliyin fəaliyyətinin mətbuat üçün açıq olduğundan, mətbuatla əməkdaşlıq kursunun vacibliyindən söz açan natiq cəmiyyətin informasiya ilə təminatında KİV-in müstəsna rolunu qeyd etdi: Bu gün mədəni həyatımızda baş verənlərin cəmiyyət tərəfindən maraqla qarşılandığı, xalqımızın hər şeydən məlumatlı olduğu sevindirici haldır. Cəmiyyətin məlumatlandırılması işində mətbuat, jurnalistlər əvəzsiz rol oynayır. Tərəddüdsüz deyə bilərəm ki, mədəniyyət mövzusu daha maraqla qarşılanan, daha dərindən araşdırılan bir sahədir. Bu, çox təbiidir. Çünki cəmiyyət inkişaf edir bu fondda hamı mədəni siyasət prosesini izləyir. Bu gün hörmətli prezidentimiz İlham Əliyev Azərbaycan mədəniyyətinin daha dinamik inkişafı dünya arenasında təbliği işinə çox böyük diqqət göstərir. Ölkənin mədəniyyət ocaqları təmir edilir, mədəniyyət incəsənət xadimləri dövlət rəhbərinin xüsusi qayğısı ilə əhatə olunur. Milli musiqinin, teatrın, kinonun, rəssamlığın mədəniyyətimizin ayrılmaz hissəsi olan digər sahələrin inkişafına yönəlik addımlar atılır. Təbii ki, bütün bu işlərin qavranılması təbliğində mətbuatın öz rolu var. Mən buna sevinirəm bu müsabiqədə qalib adını qazanan dəyərli, istedadlı yazarları təbrik edirəm. Çox şadam ki, bu müsabiqə növbəti dəfə Mətbuat Şurası ilə birgə keçiriləcək daha çox jurnalist dostlarımızı əhatə edəcək.

Daha sonra çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov müxtəlif sahələrdə belə musabiqələrin keçirilməsinin əhəmiyyətindən söz açdı: Azərbaycan bu gün inkişaf edir. İnsanlar cəmiyyətdə cərəyan edən prosesləri maraqla izləyir. Cəmiyyətdə məlumatlanma ehtiyacı yaranıb. Bu məsuliyyətli işi - cəmiyyətin məlumatlandırılmasını - Azərbaycan jurnalistikası həyata keçirir. Mən istərdim ki, başqa nazirliklər Mədəniyyət Turizm Nazirliyi kimi, jurnalistlər arasında belə musabiqələr keçirsin. Ənənə halını almış bu müsabiqənin məqsədi respublikanın kütləvi informasiya vasitələrində mədəniyyət mövzusunun geniş yüksək peşəkarlıqla işıqlandırılmasına, mədəni sərvətlərin yeni forma üslublarla əks etdirilməsinə nail olmaq üçün ölkə jurnalistlərini bu işə daha məqsədyönlü cəlb etməkdən ibarətdir.

Ötən ilin ikinci yarısından start verilmiş müsabiqəyə respublikanın müxtəlif televiziya, radio, qəzet jurnallarından 170-ə yaxın təqdim olunmuşdur. Tanınmış yazıçı jurnalistlərdən ibarət münsiflər heyəti - Vaqif Bəhmənli, Rəşad Məcid, Ümid Rəhimoğlu, Maarif Soltan, Nigar Mənsimlinin yekdil rəyi ilə isdedadlı qələm ustaları aşağıdakı nominasiyalar üzrə qalib adını qazandılar. Qəzet jurnallar üzrə R. Hüseynzadə (Qafqaz plyus jurnalı) S. Mürvətqızı (525-ci qəzet) I yerə , H. Nizamiqızı (Mədəniyyət qəzeti) E. Qasımova (Füyuzat jurnalı) II yerə, C. Səlimqızı (Mərkəz qəzeti) T.Məhərrəmova (Kaspi qəzeti) III yerə layiq görüldülər.

Televiziya radiolar üzrə I yeri D. Hacıyeva (Almanax verilişi - İctimai Televiziya), II yeri R. Ələkbərov (Kinozal proqramı - Xəzər TV) V. Məmmədov (Mən aktyor olmaq üçün doğulmuşam sənədli film - Kəpəz televiziyası), III yeri Əli Əlioğlu (Sözdən səsə verilişi - Azərbaycan Radiosu) qazandılar.

Qaliblərə diplom pul mükafatları təqdim olundu.

Beləcə, ikinci dəfə baş tutan yazar yarışması Azərbaycan mədəniyyətinin təəssübünü çəkən bunu mövzu edən bir qrup jurnalisti fərqləndirdi.

 

 

Mədəniyyət.- 2009.- 17 aprel.- S. 2.