Kinomuzun tənqid immuniteti çatışmır

 

Fehruz

 

Tərif çox gözəl şeydir. Bunu əziyyət çəkənlər bildirir, çəkməyənlər . Gəlin, bu tərifin istiqamətini bizim kinematoqrafiyaya yönəldək. Deyək ki, Azərbaycanda istehsal olunan filmlərin hamısı bir-birindən gözəldir. İnsan istəmir ki, bu filmlərin birini nəzərdən qaçırsın. Məncə, kinoteatrlarımız normal işləsəydi, həmin filmlərə baxmaq istəyən tamaşaçıların bilet növbəsi Bayıla qədər uzanardı. Hələ bilet növbəsinə düşə bilməyənlərin xahiş-minnətlə başqalarından bilet istəmələrini gözləriniz önünə gətirin.

Vallah, sağ olsun rejissorlarımız ki, belə filmlər çəkirlər. Onlar olmasaydı, tamaşaçılarımız, görəsən, vəziyyətə düşərdilər? Hər gün bir filmə baxıb yatan tamaşaçımız bu filmlərin qədər poetik, qədər, emosional olduğunu anlamaqda çətinlik çəkmir. Düşünürəm ki, tamaşaçılarmız son 5 ilin filmlərini bir dəfə görəndən sonra ikinci, üçüncü dəfə bilet almağa cəhd edəcək. Təssüflənirəm ki, belədə kinoteatrlarımız tamaşaçıların tələbatını ödəmək iqtidarında olmayacaq.

Rejissorlarımız evlərindən kənara ancaq cangüdənlərlə çıxacaqlar ki, tamaşaçıların onlara toxunmaq istəyi faciə ilə başa çatmasın.

 

Kinematoqrafçıların problem həll etməyi

 

Kinematoqrafçılarımız kinomuzun problemlərini həll etmək üçün bir neçə il bundan öncə uzun-uzadı təkliflər verirdi. Bu təkliflərin 99 faizi olsa-olsa ara söhbətlərinə bənzəyirdi. Rəsmi təkliflər isə, nədənsə gözə dəymirdi. Problemlər isə üst-üstə yığılırdı.

İndi isə filmlərin təqdimatından sonra tanınmış kino işçiləri çaşqın halda bir-birilərinə baxırlar, görəsən, fikrimi buna bildirsəm, gedib rejissora çatdırmayacaq? Birinin cəsarətindən sonra digəri Bu filmdir? - deyə pıçıldayır. Təxminən buna oxşar söhbətlər müxtəlif peşəkarlar arasında tez-tez olur. Amma sabahısı gün elə həmin məşhur rejissor, ssenarist ya operator jurnalistlərin suallarını cavablandırarkən filmi ağızdolusu tərifləyir. Bu da milli kinematoqrafiyamızın daha bir uğuru.

Azərbaycan kinematoqrafçılarının kinomuzu inkişaf etdirmək üçün atdığı addımları qiymətləndirmək çətindir. Nəzərə alaq ki, kinomuzun getdikcə irəlilədiyi bir dönəmdə bu inkişafı Mədəniyyət Turizm Nazirliyindən kənarda axtarmaq çətindir. Kinomuzdakı müsbət dönüş yalnız Mədəniyyət Turizm Nazirliyinin köməkliyi sayəsində yaranmışdır. Şəxsən mən bu günə kimi, bir dəfə olsun görmədim ki, tanınmış kinematoqrafçılarımız ciddi şəkildə kütləvi informasiya vasitələrinin iştirakı ilə bu problemlərin həlli üçün hansısa təkliflər hazırlayıb irəli sürsün. Amma filmlərin istehsalına gələndə, aralarındakı çəkişmə həmin KİV- müntəzəm işıqlandırılır. Əcəba, onlar danışmasa həmin fikirlər KİV- necə əks oluna bilər? Deməli, maraq başqadır.

Hazırda ölkəmizdə yetərincə tammetrajlı film istehsal olunur. bu filmlərin sayı hər il artır. Sözsüz ki, onların hamısı yüksək səviyyədə alınmır. Amma hansısa rejissor ya ssenaristə bu haqda sual ünvanlananda tərifdən başqa bir söz deməyə çətinlik çəkir. Budurmu kinomuzun inkişafı? Budurmu kinomuzu inkişafa aparan yol?

Yeri gəlmişkən, təcrübəmdə gördüyüm bir məlumatı qeyd edim ki, bizim kino sahəsində çalışan möhtərəm şəxslərin ən qorxduğu nəsnə məhz TƏNQİDDİR. Onların buna immuniteti çatmır.

 

 

Mədəniyyət.- 2009.- 22 aprel.- S. 11.