Uşaqlar bizim gələcəyimizdir

 

Ötən həftə Tərtər Rayon Mərkəzləşmiş Kitabxana Sistemində Uşaqlar bizim gələcəyimizdir adlı tədbir keçirildi.

 

Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə 2009-cu ilin Uşaq ili elan edilməsi çərçivəsində gerçəkləşən mərasimdə rayon ziyalıları, ümumtəhsil məktəblərinin müəllim və şagird heyəti iştirak edirdi.

Müstəqil dövlətimizin gələcəyinin məhz bu günün istedadlı, yüksək təlim və təhsil olaraq mükəmməl formalaşmış uşaqlardan asılı olduğu fikrinin önə çəkildiyi tədbir maraqla qarşılandı.

Rayonda yaşayan azyaşlılara həsr olunmuş silsilə tədbirlərin davamı olan bu mərasimdə giriş sözü ilə çıxış edən Tərtər rayon MKS-in direktoru Ulduzə Qurbanova dövlətimizin başçısının və onun xanımının Azərbaycanın gələcəyi olan uşaqlara diqqət və qayğısından danışdı.

Tədbirin davamında məktəblilərin iştirakı ilə keçirilən bədii qiraət, əl işləri, rəsm, mahnı və rəqs müsabiqəsinin nəticələri açıqlandı. Fərqlənən 17 istedadlı məktəbliyə Tərtər Rayon Mədəniyyət və Turizm Şöbəsinin fəxri fərmanları təqdim olundu.

 

 

Mədəniyyət.- 2009.- 22 aprel.- S. 9.