Mədəniyyət turizmimizin ən son mənzərəsi

 

Nazir Əbülfəs Qarayev:

 

«Dünyanın məşhur telekanallarında Azərbaycanın turizm imkanları haqqında reklam çarxlarının nümayiş etdirilməsi artıq ənənəyə çevrilib»

 

Bu gün ölkədə sabitlik və ahəngdar inkişaf müasir Azərbaycan Respublikasının reallığına, xalqımızın həyat tərzinə çevrilir. Dövlət başçısı İlham Əliyev tərəfindən müəyyən edilən strategiya davamlı olaraq həyata keçirilir, ölkənin sosial-iqtisadi inkişafı təmin olunur nəticədə xalqın rifahı ildən-ilə yüksəlir. Qeyd edək ki, yaranan işgüzar mühit bir sıra iqtisadi, sosial, mədəni proqramların reallaşmasını təmin etməklə yanaşı, mədəniyyət turizm sahəsinin inkişafına səbəb olub.

Mətbuatdan da məlum olduğu kimi, aprelin 22-də Prezident İlham Əliyevin sədrlyi ilə Nazirlər Kabinetinin iclası keçirilmişdir. 2009-cu ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasda iqtisadi inkişaf naziri Şahin Mustafayev, səhiyyə naziri Oqtay Şirəliyev, mədəniyyət turizm naziri Əbülfəs Qarayev, Ailə, qadın uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova başqaları çıxış edərək birinci rübün yekunlarını diqqətə çatdırdılar. Ölkədə mədəniyyət turizmin inkişafı ilə əlaqədar son üç ildə ölkə başçısı İlham Əliyevin imzaladığı 200-dən çox fərman sərəncamlardan danışan Əbülfəs Qarayev bildirdi ki, bütün bunlar ölkədə mədəniyyət turizmin inkişafına əlverişli şərait yaratmış, bir-biri ilə sıx bağlı olan bu iki sahənin sabit, müasir tələblərə uyğun inkişafını, başlıca istiqamətlərin mərhələlərlə həyata keçirilməsini təmin etmişdir.

Bildiyimiz kimi, hazırda Azərbaycan inkişaf edən dünyanın dinamik bir hissəsi, mədəniyyətlərarası dialoqun tərəfdaşlarından biridir. Bu məsələyə toxunan nazir, son üç ildə teatr sənət kollektivlərimizin yaradıcılıq üfüqlərini genişləndirərək Fransa, Almaniya, Rusiya, Türkiyə, Finlandiya, Misir, Mərakeş, Estoniya, İtaliya digər ölkələrdə, YUNESKO Avropa Şurasının müxtəlif tədbirlərində tamaşa konsert proqramları ilə çıxış etdiklərini müxtəlif sərgilər düzənlədiklərini diqqətə çatdırdı: «Rusiya Almaniyada Azərbaycan Mədəniyyət illəri, 10-dan çox xarici ölkədə isə qarşılıqlı şəkildə Mədəniyyət günləri təşkil olunmuşdur. Azərbaycan bu günVenesiya Biennalesi”, “Montrecaz festivalı kimi nüfuzlu beynəlxalq tədbirlərin iştirakçısıdır».

Son illər Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilir. Prezident İlham Əliyevin yüksək dəstəyi şəxsi iştirakı sayəsində Azərbaycan Avropa Şurasının birgə təşkilatçılığı ilə 2008-ci ilin dekabr ayında Avropa dövlətlərinin Mədəniyyət Nazirlərinin Konfransı Bakı şəhərində keçirildi. Məruzəsində bu hadisəni xatırladan Əbülfəs Qarayev bildirdi ki, 48 ölkənin, 14 beynəlxalq təşkilatın qeyri-hökumət təşkilatlarının təmsil olunduğu bu konfransda mədəniyyətlərarası dialoqa dair Bakı prosesinin əsası qoyulmuş, Bakı Bəyannaməsi Sənətçilər dialoq naminəlayihəsi qəbul edilib.

Nazir çıxışında Bakının İslam mədəniyyətinin paytaxtı elan olunması ilə əlaqədar mart ayında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və bilavasitə təşkilatçılığı ilə Bakıda keçirilən “Muğam aləmi” Beynəlxalq Muğam Festivalına da toxundu.

Məlumdur ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən mədəniyyətin maddi-texniki bazasının inkişafı və möhkəmləndirilməsi nəticəsində Heydər Əliyev Sarayı, Dövlət Rus Dram Teatrı, Dövlət Kukla Teatrı, Dövlət Gənc Tamaşaçılar Teatrı ən yüksək memarlıq prinsiplərinə uyğun şəkildə əsaslı təmir edilib, az vaxtda Azərbaycan Dövlət Film Fondu, nadir memarlığa malik “Muğam evi” tikilib istifadəyə verilib. Ə.Qarayev qeyd etdi ki, hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində, “Nizami” kinoteatrında, Azərbaycan Dövlət Milli Dram və Mingəçevir Dövlət teatrlarında bərpa və yenidənqurma işləri, Bakı şəhərində Azərbaycan Xalça Muzeyinin yeni binasının tikintisi, Qobustan Dövlət tarix-bədii qoruğunun muzey və inzibati binasının inşası və ətraf sahənin abadlaşdırılması istiqamətində mühüm işlər aparılır, M.F.Axundov adına Milli Kitabxananın və Gəncə Dövlət Filarmoniyasının layihələndirilməsi işləri başa çatdırılmaqdadır.

Mədəni irsin qorunması ilə əlaqədar prezidentin verdiyi tapşırıqlara əsasən, son iki il ərzində ölkədə yerləşən abidələrin monitorinqinin keçirilməsi, dövlət mühafizəsinə götürülən daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə yeni siyahısının hazırlanmasını da diqqətə çatdıran Ə.Qarayev, son iki ildə “Atəşgah məbədi”, “Xınalıq”, “Keşikçidağ” və “Yanardağ” qoruqlarının yaradılması, qədim Şəmkir və Göygöl şəhərlərinin tarixi hissəsinin qoruq elan edilməsi ilə bağlı da təkliflər verdiyini bildirdi.

Sonra turizm sənayesindən söhbət açan nazir 2008-ci ilin yekunlarına aid aparılan təhlillərə diqqət yönəltdi: «Dünyada baş verən ciddi maliyyə böhranına baxmayaraq, Azərbaycana gələn xarici turistlərin sayı 2008-ci ildə 2007-ci ilə nisbətən 39,4 faiz artaraq 1 milyon 400 mini aşmışdır.

Bu gün respublikada 230 turizm şirkəti, 370 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Ötən ilin yekunlarının təhlilinə görə mehmanxanaların sayı 2008-ci ildə 2007-ci ilə nisbətən 16,9 faiz artmışdır. Hazırda ölkəmizdə daha 35 mehmanxana binası inşa edilməkdədir.

Bu göstəricilər, cənab Prezidentin rəhbərliyi ilə sosial-iqtisadi inkişaf sahəsində aparılan uğurlu siyasətin, regionlara göstərilən diqqətin, yaradılan infrastrukturun, turizmin yüksəlişinə verilən xüsusi önəmin sayəsində mümkün olub».

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının, Dünya Turizm Təşkilatının Avropa üzrə Komissiyasının Bakı şəhərində keçirilmiş 49-cu iclası zamanı təşkilatın təmsilçiləri ilə yanaşı, tədbirdə iştirak edən 32 ölkənin nümayəndələri də Azərbaycan turizminin sürətli inkişafını xüsusi vurğulayıb.

Respublikanın turizm imkanlarını təbliğ etmək məqsədi ilə Azərbaycan 2009-cu ilin birinci rübü ərzində 7 beynəlxalq turizm sərgisində iştirak edib. Sevindirici haldır ki, CNN və “EuroNews” kimi dünyanın məşhur telekanallarında Azərbaycanın turizm imkanları haqqında reklam çarxlarının nümayiş etdirilməsi artıq ənənəyə çevrilib.

Əbülfəs Qarayev tikilməkdə olan yeni turizm kompleksləri haqqında məlumatı da diqqətə çatdırdı: «Bildiyiniz kimi, möhtərəm prezidentin şəxsi tapşırığı ilə Qusar rayonunun dağlıq ərazisində müasir tipli möhtəşəm “Şahdağ” Qış-Yay Turizm Kompleksinin yaradılmasına başlanmışdır. Üç ilə yaxındır ki, Azərbaycan, Avstriya, Almaniya və İsveçrə şirkətləri bununla bağlı müxtəlif layihələndirmə, o cümlədən memarlıq-planlaşdırma, texniki-iqtisadi əsaslandırma, mühəndis-axtarış, iqlim ölçüləri və geoloji kəşfiyyat işləri aparmış və onları tamamlayıblar».

Ölkədə turizmin inkişafını daha da sürətləndirə biləcək “Turizmin inkişaf Proqramı”nın qəbul olunması, Azərbaycanın turizm sahəsində yeganə ali məktəbi olan və Avropa diplomları təqdim edən Turizm İnstitutunun genişləndirilməsini də vacib məsələlərdən biri kimi önə çəkən nazir bildirdi ki, rəhbəri olduğu qurum qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün daha qətiyyətlə çalışacaq, mədəniyyətimizin inkişafı, təbliği, dünya müstəvisində daha əhəmiyyətli yer tutması, yeni-yeni uğurlu yaradıcılıq nümunələrinin meydana çıxması, mədəni irsimizin qorunması və turizmin inkişafı istiqamətində genişmiqyaslı proqramları, qarşıda duran bütün tapşırıqları yerinə yetirəcək.  

 

 

ZÜMRÜD

 

Mədəniyyət.- 2009.- 24 aprel.- S. 2.