Numizmatika: VIII-IX əsrdə Azərbaycanda pul zərbinin səciyyəviliyi

 

   Hər bir xalqın tarixi, istərsə mədəni həyatında numizmatikanın - yəni pul zərbinin hərtərəfli tədqiqi, onun dəyərinin (əyar çəkisinin), zahiri əlamətlərinin (təsvir yazısının) öyrənilməsi bir siyasi-ideoloji təbliğat vasitəsi, eyni zamanda mədəniyyət, incəsənət örnəyi qədər zəruridi... Azərbaycan Tarix Muzeyinin etnoqrafiya epiqrafiya şöbəsinin kiçik elmi işçisi Aygün Məmmədova ilə söhbətimiz elə bu mövzudadır.

  

   - Hörmətli xanım, Azərbaycan ərazisində arxeoloji axtarışlar zamanı aşkar edilmiş hansı dövr sikkə dəfinələri xüsusi əhəmiyyət, maraq kəsb edir?

   - Əvvəlcə onu qeyd edim ki, Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar ya təsadüfi tapıntılar nəticəsində aşkar olunan VIII-IX əsr sikkə dəfinələri dövlətçilik mədəniyyət tariximizin bir sıra problemlərinin həllinə yardımçı olub. Məlumdur ki, ərəblər Azərbaycanı işğal etdikləri zaman ölkənin paytaxtı Ərdəbil, sonra Marağa təkrar bir Ərdəbil şəhəri, Albaniya-Aranın paytaxtı isə Bərdə şəhəri olub...

   1935-ci ildə Ağdam Naxçıvan, 1958-ci ildə Masallı, 1964, 1967-ci ildə Gədəbəy Yardımlı rayonlarında aparılan arxeoloji axtarışlar zamanı VII əsrin ikinci yarısına dair sikkə dəfinələri tapılıb. Həmin sikkələr o dövrdə - Qərblə (Bizans) Şərq (Sasanilər) mübarizəsinin, Şimal (xəzərlər) ilə Cənub (ərəblər) mübarizəsi ilə əvəz edildiyini göstərən ən tutarlı-səhih faktlardandı... Xilafətin ilk hakimiyyəti illərinin iqtisadi-siyasi vəziyyəti barədə aydın təsəvvür yaradan iki dəfinə: 1961-ci ildə Qazax, 1969-cu ildə isə Zaqatala rayonlarında aşkar edilib. Bu dəfinələr Sasani İranı, Xəzər xaqanlığı, Bizans yeni yaradılmış Ərəb Xilafətinin Azərbaycan uğrunda apardıqları mübarizəsini əks etdirən maraqlı faktlardı...

   Ayrı-ayrı sikkə nümunələri, dəfinələr yazılı mənbələrin təhlili göstərir ki, Xilafətin canişinləri hakimiyyətlərinin ilk 50 ili ərzində hökmranlıq etdikləri ölkələrin pul bazarlarındakı ənənələri müvəqqəti pozmurlar. Sadəcə olaraq əhalinin yeni iqtisadi şəraitə uyğunlaşdırılması məqsədilə Sasani Bizans sikkələrinə bəzi əlavələr edirlər. Onu da qeyd edim ki, numizmatik ədəbiyyatda «ərəb-dirhəmləri » (bəzən isə ərəb-sasani), «Ərəb-Bizans» «Təbəristan» adlandırılan belə sikkələrin Sasani Bizans sikkələri ilə eyni dəfinələrdə aşkarlanması faktı da qeydə alınıb. Bu da o deməkdir ki, həmin dövrdə bu sikkələrin hamısı ərəblərin pul dövriyyəsində mövcud olub...

   - Ərəblər üçün işğal etdikləri ölkələrin pul vahidini saxlayıb, daha doğrusu, həmin sikkələrin eyni olan sikkələri zərb edərək yenidən dövriyyəyə buraxıblar?

   - Bu, doğrudan da, belədi. Ərəblər işğal etdikləri ölkələrdə özlərindən əvvəlki təcrübəyə söykənərək mövcud olmuş idarə vergi sistemlərinə hörmətlə yanaşıblar. Yəni, köhnə qayda qanunu saxlayıblar. Beləliklə, həmin ölkələrdə istifadə olunan sikkələrə təqlidən sikkə zərb edərək iqtisadiyyata ciddi ziyan dəyməsinin qarşısını alıblar. Eyni zamanda gümüş sikkəyə olan tələbatı ödəmiş olurlar. Suriya Fələstində bizans-ərəb, Şimali Afrika İspaniyada latın-ərəb, sonrakı illərdə isə Təbəristan Orta Asiya əyalətlərində Sasani sikkələrinə təqlidən sikkələr zərb edilib.

   İlk ərəb-pəhləvi sikkələrinin tədqiqi göstərir ki, onlar ilk sikkə zərbinə III Yəzdigərdin (632-651) dövründə başlayıblar. Xəlifə Ömər (634-644) dövründə ilkin sikkə zərbi zamanı onların ümumi görünüşü eynilə son Sasani şahənşahları - IV Hörmüz (579-590), II Xosrov (590, 591-628) III Yəzdigərd (632-651) dövründə kəsilmiş draxmalara bənzər formada saxlanılır. Yalnız möhürün kənarına «Bismillah» ifadəsi əlavə edilir. Zərb ili isə pəhləvi hərfləri ilə saxlanılsa da, yeni eraya müvafiq olaraq hicri təqvimlə həkk edilir. Xəlifə Ömərin fərmanı ilə 638-ci ildən etibarən bütün rəsmi sənədlərdə müsəlman təqviminin - yəni hicri-qəməri təqviminin başlanğıc günü elan edilir. Məhz ona görə dövlət sazişi funksiyasını daşıyan sikkə zərbində bu təqvimə riayət edilir. Həmin təqvimə əsasən yeni era - Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə köçdüyü 622-ci ildən etibarən hesablanır.

   Sikkələrin xəlifə Osman (644-645) dövründəki təqlidi zərbində isə II Xosrov dövründəki zərb növü əsas götürülmüşdü.

   Ərəb - Sasani dirhəmləri 3 mərhələ üzrə həyata keçirilən tədrici keçidlə dəyişikliyə uğrayaraq zərb edilib...

   - Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda ayrı-ayrı dövrlərdə, ayrı-ayrı şəhərlərdə zərb edilmiş müxtəlif çeşidli sikkələr var. Həmin sikkələr hakimiyyətin məxsus olduğu xəlifə ya onun canişininin adından deyil, onların aşağı rütbəli, yerli əyalət vilayətlərin hakimi - din xadimləri (mərzban, dehkan ya mobəd) tərəfindən kəsilib. Mülki hərbi hakimiyyətə malik yerli idarəçilik mərkəzi hakimiyyətin zəiflədiyi anda özlərini tam müstəqil hakim kimi aparıblar. Malik olduqları rütbədən asılı olaraq bir ya bir neçə zərbxananı nəzarətdə saxlayıblar. Bu işin müqabilində xəlifədən məvacib alıblar.

   II Varahranın (276-293) hakimiyyəti illərində Sasani sikkələrinin reversində zərbxana adının monoqram formasında həkk edilməsi, onun müxtəlif formada oxunması üçün əsas verir. Belə monoqramlar əsasən Cənubi Azərbaycan şəhərlərinə (Həmədan, İsfəhan, Mərv, Rey, Şiz, Nişapur) aid edildiyi göstərilir. Lakin buna baxmayaraq, görkəmli Azərbaycan numizmatlarının (Y.Paxomov, Ə.Rəcəbli) təqiqatları bu sikkələri Şimali Azərbaycanda da istehsal olunduğunu sübut etmişdir. Tədqiqatlardan aydın olmuşdur ki, Sasani, həm sasani - ərəb draxmalarının bir hissəsinə zərbxana adı olaraq müəyyən şəhər, digərinə isə ümumi inzibati bölgənin adı həkk edilmişdir.

   Bu sikkələrin təhlili göstərir ki, belə zərbxanalar Cənubi Azərbaycan şəhərlərində olduğu kimi, Şimali Azərbaycan - Naxçıvan, Gilan (Lənkəran ərazisi), Bakı, Bərdə Dərbənd şəhərlərində fəaliyyət göstərmişdir.

   - Pul islahatı, sikkələrin zərbində «sırf müsəlman üslubu»nun tətbiqi belə sikkələrin əsas səciyyəviliyi haqqında deyərdiniz?

   - Yalnız Əməvi xəlifəsi Əbd əl-Məlik İbn Mərvan 696-cı ildə pul islahatı keçirir. Bu islahat nəticəsində kəsilən ümumişlək sikkənin tətbiqi xəlifəyə sikkə zərbi hüququnu öz əlində cəmləşdirməyə imkan verib. Xilafətin əhatə etdiyi Asiya Afrika ölkələri arasında ticarət əlaqələrini yüngülləşdirməyə xəzinə vergisinin toplanmasına şərait yaradıb...

   Numizmatik ədəbiyyatda «kufi», «müsəlman» sikkələri kimi tanınan belə sikkələrin əsas səciyyəviliyi onların üzərində yalnız müsəlmanlığın əsas hökmlərini bildirən yazıların olmasıdır.

   Sikkələrin təhlili onu da göstərir ki, məlum pul islahatı nəticəsində sikkə tipologiyasının əsasını təşkil edən aversdə insan təsvirinin zərbi qadağan olunur. Əvəzində İslam şəriətinin buyurduğu hökmlərə yer ayrılır... İslami zərbin təsisindən sonra Azərbaycanda zərb edilən ümumxilafət sikkəsi olan gümüş dirhəmlərin bir hissəsinə Azərbaycan, Aran Ərminiyə adlı inzibati bölgələrin adları həkk edilir. Digər hissəsinə isə Bərdə, Cənzə (Gəncə), əl-Mütəvəkkiliyyə (Şəmkir), əl-Yəzdiyyə (Şamaxı), əl-Bab (Dərbənd) şəhər-zərbxanalarının adı həkk edilir.

   Qeyd edim ki, Şimal-şərqi Avropa Asiya ölkələrində, o cümlədən Rusiyanın Avropa hissəsində vaxtilə aşkar edilmiş dəfinələrdə Azərbaycan zərbxanalarında kəsilmiş sikkələr aşkar edilmişdi. Bu da o deməkdir ki, Azərbaycanda zərb edilmiş gümüş dirhəmlər iki əsrdən artıq bir müddətdə ticarət əlaqələri vasitəsi ilə şərqi Avropa ərazisinə daşınmışdı. Bu faktlar orta əsrlərdə əlverişli təbii-coğrafi mövqeyə malik Azərbaycanın həm yüksək iqtisadi potensiala malik olduğunu göstərir...

   Numizmatik tədqiqatlar göstərir ki, VIII-IX əsrdə Azərbaycan zərbxanalarının sikkələri Ərəb Xilafətinin sikkə sisteminin tərkib hissəsini təşkil etmişdi...

  

 

   Söhbəti qələmə aldı:

   Savalan Fərəcov

 

   Mədəniyyət.- 2009.- 29 aprel.- S. 14.