Tomas Qoltzun "Azərbaycan Gündəliyi" mükafat aldı

 

Montana Universitetinin professoru, "Azərbaycan Gündəliyi" kitabının müəllifi Tomas Qoltzun Azərbaycanın "Qədim Şərq" muğam qrupu haqqında çəkdiyi 15 dəqiqəlik sənədli filmi Kaliforniyada keçirilən festivalda "Şərəf" mükafatı alıb.

Təqdimat mərasimində çıxış edən Professor T. Qoltzun vaxtilə müharibə və siyasi fəlakət həddində olan ölkənin indi mədəniyyət və incəsənətini təbliğ etdiyinə görə şad olduğunu bildirb. Filmin ərsəyə gəlməsində Azərbaycan-Avropa Birliyi Cəmiyyətinin sədri Tale Heydərov, Montanada yaşayan Dağlıq Qarabağdan olan məcburi köçkün Vahid Ələkbərov, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov iştirak ediblər.

Qeyd edək ki, Kaliforniyanın La Jolla şəhərində keçirilən festival bu il 15 illik yubileyini qeyd edir.

 

 

Mədəniyyət.- 2009.- 7 avqust.- S. 2.