Biləsuvarda gördüklərim...

 

Rayondakı oxucuların acınacaqlı vəziyyəti

 

Adətən, şəhər camaatı isti yay günlərində ya vaxtilə yaşadıqları, ya da xoşladıqları əyalətə dincəlməyə gedirlər. Xırda bir üçün bir neçə günlüyə Biləsuvar rayonuna getməli oldum. Üç saatlıq yolun uzunluğunu nəzərə alıb yol tədarükümü qabaqcadan görmüşdüm. Yemək, içməyə su bir neçə qəzet. Yolboyu başım oxumağa qarışdığından bir o qədər darıxmadım.

Rayonda işlərimi yoluna qoyduqdan sonra qərara aldım ki, elə gəlmişkən kitabxanaya, mədəniyyət evinə dəyib, bir neçə yaradıcı insanla görüşüm. Düzdü, xoşagələn mənzərə ilə qarşılaşmasam da, gördüklərimi yazmaq məcburiyyətindəyəm. Ən azından biləsuvarlı oxucularımızın xahişinə onların ağrılı vəziyyətlərini gördüyüm üçün.

İlk olaraq rayonun mərkəzində yerləşən kitabxanaya üz tutdum. Qarşılaşdığım mənzərədə oxucu, kitabxana işçilərini ayırd etmək olmurdu. (Sonra bildim ki, kitabxanada bir mən oxucu kimi gəlmişdim. Sən demə, işçilərin dost-tanışları onların halını sormaq üçün bura üz tuturlar. Əsl qeybət yeri.) Sözüm onda deyil. Özümü oxucu kimi diqqətə çatdırmaq üçün oxumağa qəzet istədim. Kimə dedimsə, dedi mən burda işləmirəm. isə, yaşlı bir qadın üstümə qışqıra-qışqıra qəzeti axtarmağa başladı. Kitabxanada olduğum həmin gündən düz bir həftə öncə çıxmış qəzeti tapa bilmədilər. Soruşanda ki, Xanım, bəs niyə yoxdur?, cavabında sənlik deyil, mənə əmr etmə, yəqin, gəlməyib dedi. Mən etmə tənbəllik düz üç həftə qabaq çıxmış qəzetin nüsxəsini istədim. Kitabxananı ələk-vələk edib əzilmiş bir qəzet gətirdilər. Onu da baxmağa vermədilər. Dedilər ki, hələ bu qəzeti qeydiyyata salıb üstünə möhür vurmamışıq. Niyə belə ləng işləyirsiz, bəs bu vaxtacan niyə qeydiyyat aparmamısız? deyəndə az qaldı kitabxanaçı qızlar məni öldürə. Başımı tutub qaçdım.

Düzdü, qabaqcadan oxuculardan bir neçəsi məni xəbərdar etmişdi ki, ora getməyim. Amma mən buna baxmadım. Sonra da üç saat kitabxananın qapısında gözlədim, bir nəfər olsun, oxucu gəlmədi.

Kənd sakini Abbasəli dayı da kitabxanadan şikayətləndi. Mənim köhnədənqalma kitablarım çoxdu. Həm dostlarımdan kitab alıb oxuyuram. Mənə kitab lazım deyil. Sadəcə bu kitabxanaya gəlirəm ki, qəzet oxuyum. Özüm vaxtilə qəzetdə işləmişəm. Ona görə mənə maraqlıdır. Burada da qəzet tapmaq çətin məsələ olub deyir Abbasəli dayı. Onun da qəzet oxumaq sarıdan problemi var. Tək o yox, həm rayon camaatı əziyyət çəkir. Bilirsiz, indiki dövrdə kitabxanaya gəlib qəzet, kitab oxuya bilməyəndə, adam necə əsəbiləşir. Dövlətimiz nəfis təribatlı kitablar nəşr etdirir. Hələ cənab prezidentimizin göstərişi ilə kitabları tərcümə edirlər. Daha bundan artıq olmalıdır ki? deyən Abbasəli dayının sözlərindən sonra bildim ki, vəziyyət acınacaqlıdır.

Mədəniyyət evinin qapısı bağlı idi. Orda da bir adam tapa bilmədik. Daha sonra rayon qəzeti olan Məhsulun redaksiyasına yollandım. İş vaxtı olmasına baxmayaraq, orda da bir adam tapa bilmədik. Rayonda az-çox tanınmış yazarlar da çox gileyləndilər. Problemlərinin işıqlandırılmasını çox istədilər. Bir sözlə, Biləsuvarda yaman qanım qaraldı.

Elə şəhərə gəlmək istəyirdim ki, Biləsuvardan olan şair dostum Əli Aşiq zəng vurdu. Şəhərdə görüşməyimizi istədi. Deyim ki, dostum ədəbi mühitlə maraqlanmaq üçün tez-tez Bakıya gəlir. Rayon ədəbi mühiti onu bir o qədər qane etmir.

isə... Mən qayıdandan sonra bu yazını yazmağı özümə borc bildim.

 

 

Elmin Bədəlov

 

Mədəniyyət.- 2009.- 12 avqust.- S. 7.