Tünzalə İsraildə konsertlər verib

 

Yayda bekar oturmayan Tünzalə Ağayevanın sorağı xaricdən gəlib. Hər il bir neçə ölkəni ziyarət edən müğənni bu il ənənəsinə sadiq qalıb. Xarici səfərdən qayıdan Tünzalə Türkiyənin TRT kanalında çıxış edib. Oradan da birbaşa İsrailə gedib. Yerusəlim, Tel-Əviv Hayfa şəhərlərində olan müğənni bu ölkəyə ilk səfərinin uğurlu olduğunu qeyd edib. Deyib ki, İsraildə onu çox mehriban qarşılayıblar: “Orada bir vaxtlar Bakıda yaşayan kifayət qədər yəhudi var. Onların hər biri vətənimiz haqqında yüksək fikirdədirlər. Hətta yəhudi olmalarına baxmayaraq, Bakıda doğulduqları üçün özlərini azərbaycanlı hesab edənlər az deyil”.

 

 

Mədəniyyət.- 2009.- 12 avqust.- S. 15.