Cəbrayıl Füzuli rayonlarının işğalı Salyanda anıldı

 

Salyan rayonundakı Nizami Gəncəvi adına Mərkəzi Kitabxananın oxu zalında Cəbrayıl və Füzuli rayonlarının işğalına həsr olunmuş gecə keçirilmişdir. Gecəni giriş sözü ilə mədəniyyət və turizm şöbəsinin inspektoru Lətif Zərbəliyev açaraq həmin rayonların işğalı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. O, xüsusən həmin rayonlarda qədim memarlıq abidələri haqqında məlumat verdi.

Kitabxananın direktor müavini Səidə Əliyeva Füzuli və Cəbrayıl rayonlarında ermənilər tərəfindən işğal olunmuş şəhər və kəndlər, mədəniyyət müəssisələri haqqında geniş məruzə ilə çıxış etdi.

Rayonda nəşr olunan УQələbəФ qəzetinin redaktor müavini yazıçı-jurnalist Fəxrəddin Fərzəliyev işğal olunmuş torpaqlar haqqında öz xatirələrini danışdı.

Tədbirdə rayon icra hakimiyyətinin məsul işçisi Şəmsəddin Əbilov ölkə başçısı cənab İlham Əliyevin işğal olunmuş torpaqların qaytarılması ilə bağlı atdığı qətiyyətli addımlarından ətraflı söz açdı.

Gecə məktəblilərin vətənpərvərlik mövzusunda söylədiyi şeirlərlə başa çatdı.

 

 

Lətif Zərbəliyev,

Salyan rayonu

 

Mədəniyyət.- 2009.- 26 avqust.- S. 2.