Bakıda pinxol-fotoqrafiya ilə bağlı seminar keçirilib

 

Avqustun 22-də Azərbaycan Fotoqraflar Birliyində pinxol-fotoqrafiya (əldə düzəldilmiş linzasız fotoaparatla çəkilən şəkillər) ilə bağlı maraqlı seminar keçirilib. Seminarın təşəbbüskarı tanınmış Azərbaycan fotoqrafı Sitarə İbrahimova, təşkilatçısı isə fotoqraf həvəskarları kulubu - PH['0']TO CLUB olub.

Seminarda peşəkar həvəskar fotoqraflardan ibarət 30 nəfər iştirak edib. Seminara qatılanlar özləri ilə iynə, karton, qayçı, Pepsi Fantanın dəmir bankasını gətiriblər. Müvafiq video çarxları izləyərək təlimat alan fotoqrafların hər biri fotoaparat quraraq bir neçə şəkil çəkiblər.

 

 

Mədəniyyət.- 2009.- 28 avqust.- S. 2.