Emma Məlikovanın 60 illik yubileyi

 

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Musiqili Komediya Teatrının aktrisası Emma Məlikovanın 60 illik yubileyi münasibəti ilə mükafatlandırılması barədə sərəncam verib. Teatrdan verilən məlumata görə, Emma Məlikova 30 ildən artıqdır ki, teatr sahəsində fəaliyyət göstərir. O, olsun ki? (Nargilə), Görüşənədək (Jalə), Qızıl toyda (Ballı), Özümüz bilərik (Nabat), Ulduzlar barışanda (Leyla), Qayınana (Mülayim), Kələkbazlar (Səməni) s. tamaşalarda iştirak edib. Hazırda aktrisa Şəhərdə manyak var tamaşası üzərində işləyir. Tamaşa mövsümün sonunda teatrın 100 illiyi münasibətilə səhnəyə qoyulacaq.

 

 

Mədəniyyət.-2009.-5 fevral.-S.2.