Azərbaycan rəssamının əsərləri Berlində

 

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən bildirilib ki, Berlindəki “Berlin-Bakı” rəsm qalereyasında soydaşımız, Azərbaycanın əməkdar incəsənət xadimi Cavad Mircavadovun alman heykəltəraşı Bernard Mayer ilə birgə sərgisi açılıb.

Hər iki sənətkarın yaradıcılığı mövzu baxımından bir-birinə çox yaxındır. C.Mircavadovun rəsm əsərlərində olduğu kimi, Mayerin heykəllərində döyüşçü müdafiəçi kişi obrazı üstün yer tutur. Bu, Berlin ekspozisiyasında da müşahidə edilir. Sərgi Almaniyanın müasir incəsənət pərəstişkarlarının Berlində yaşayan soydaşlarımızın marağına səbəb olub. Ekspozisiya fevralın sonunadək davam edəcək.

 

 

Mədəniyyət.-2009.-5 fevral.-S.2.