Səhranın bəyaz günəşindən...

 

Rüstəm İbrahimbəyovun 70 yaşına

 

Onun haqqında ictimaiyyət yetərincə məlumata malikdir. Buna görə bu yazı sadəcə onun 70 yaşına bir hədiyyə olaraq, dəyərləndirilməlidir. Başlayaq standart cümlələrdən. Çünki tərəfsizlik qaydalarına riayət edərək, onun haqqında yalnız yalnız tərəfsiz yazmağa qərar verdik.

Rüstəm İbrahimbəyov 1939-cu ilin fevralın 5-də, qış ayında anadan olmasına baxmayaraq, həmişə öz ətrafı ilə çox isti münasibətdə olub. Bunu mən kiçik araşdırmamdan aydın etmişəm. R.İbrahimbəyov respublikamızın aparıcı ziyalılarından sayılır. Amma təəssüf ki, bu böyük ziyalı nədənsə öz yaradıcılığını uğurlarını daha çox xarici ölkələrlə əlaqələndirir.

Onun yazdığı ssenarilər, pyeslər dünyanın tanınmış kinostudiyalarında, teatrlarında ekranlaşdırılıb səhnələşdirlib. Amma görəsən, vaxt Sibir bərbəri kimi ssenari Azərbaycan kinematoqrafiyasında yazılacaq. Elə bu anda ağlıma qəribə fikir gəldi mən Rüstəm müəllimin Azərbaycan kinematoqrafiyası üçün yazdığı ssenariləri özlüyümdə yüksək qiymətləndirməli oldum. - Yəqin ki, həmin ssenarilərə quruluş verən sanballı rejissorumuz yoxdur ki, yazılan materialdan ortaya ciddi film çıxara bilsin.

Rüstəm müəllimlə yalnız bir dəfə həmsöhbət olmuşam. Bakıdakı evində, bəlkə bir saatdan da çox davam edən müsahibədə keçmiş uğurlardan çox danışdıq.

Özünün dediyinə görə, Azərbaycanda Rüstəm İbrahimbəyovun bir ssenarist kimi tanınmasında mərhum rejissor Rasim Ocaqovun böyük əməyi olub. Tanınmış ssenarist, yazarımız həmin söhbətdə Rasim müəllimdən çox danışdı. Onun fikirlərinə etiraz etmək çətin idi. Doğrudan da, Rüstəm İbrahimbəyov-Rasim Ocaqov cütlüyü Azərbaycan kinosunda ən yaddaqalan filmləri ərsəyə gətirdi - Ad günü (1977), "İstintaq" (1979), "Bağlı qapı" (1981), "Park" (1983), "Özgə ömür" (1987), "Ölsəm, bağışla" (1989), Həm ziyarət, həm ticarət.

Rüstəm İbrahimbəyov həm Azərbaycanda, həm ondan çox-çox kənarda istedadlı ssenarist, dramaturq rejissor kimi tanınır. Lakin onun ilk təhsili bu sahə ilə bağlı olmamışdır. Belə ki, o, Azərbaycan Neft Kimya İnstitutundan sonra Moskvada Gerasimov adına Kinematoqrafiya İnstitutunun iki illik ssenarist rejissorluq kurslarını bitirdi.

Dediyimiz kimi, tanınmış ssenaristin imzası Azərbaycan yox, əsasən, Rusiya istehsalı olan filmlərlə dünya kino ictimaiyyətinə təqdim olunub. İlk dəfə Səhranın bəyaz günəşi (1970) ssenarisi ilə Rusiya kinematoqrafiyasında imzasını tanıdan R.İbrahimbəyov, sonralar, "Çekist haqqında povest" (1969), "Müharibənin sonunda sakit gün" (1970), "O vaxt mən yox dedim (1973), "Talismanım, qoru məni (1986), "Vurulmayan sillə (1987), "Sərbəst enmə (1987) s. filmlərin ssenari müəllifi oldu.

Qeyd edək ki, İbrahimbəyovun Nikita Mixalkovla birgə işlədiyi filmlər Avropa Amerika kinobazarına girə bilib. R. İbrahimbəyovun ssenarisi əsasında N.Mixalkovun quruluş verdiyi Günəşdən usanmışlar filmi Ən yaxşı xarici film nominasiyasında Oskar mükafatını əldə etdi. Sonralar Rusiyanın ən baxımlı iribüdcəli filmlərindən hesab olunan Sibir bərbəri (1998) onların birgə əməyinin məhsuludur. Rüstəm İbrahimbəyovun Nikita Mixalkovla birgə işlədiyi filmlər Kann, Venesiya kinofestivalllarının proqramlarına daxil edilib, müxtəlif mükafatlara layiq görülmüşdür. Amma yazıçı, dramaturq, ssenarist R. İbrahimbəyov son müsahibələrində bildirib ki, artıq Nikita Mixalkovla onun işbirliyi bundan sonra davam etməyəcək.

Rüstəm İbrahimbəyov bir çox kino təşkilatlarının, o cümlədən Amerika Kino Akademiyasının üzvüdür. Rüstəm İbrahimbəyov Azərbaycan, Rusiya Fransa kimi ölkələrin yüksək səviyyəli dövlət mükafatlarına layiq görülmüşdür.

MDB Baltikyanı ölkələrin Kinematoqrafçılar Konfederasiyasının, Azərbaycan Kinematoqrafçılar İttifaqının Azərbaycan Oskar Komissiyasının sədridir. Bundan başqa, R.İbrahimbəyov İbrus Teatrının Bakı Beynəlxalq Kino Məktəbinin təsisçisidir. Ümid edirik ki, bundan sonra da onun ssenarisi əsasında hazırlanan Azərbaycan filmləri beynəlxalq kinofestivallardan mükafatla dönəcək. İndi isə biz tanınmış ssenaristə, böyük yazıçıya 70 yaşın mübarək olsun deyirik.

 

F.Cabir

 

Mədəniyyət.-2009.-5 fevral.-S.5.