Bəstəkar Arif Məlikovla görüş

 

Zəngin mədəniyyəti olan Azərbaycan xalqı öz milli və klassik musiqisi,eləcə də dünya səviyyəli bəstəkarları ilə daim inkişaf etmiş və yüksəklərdə olmuşdur. Bəstəkarlarımızın yaradıcılığına xüsusi diqqət yetirilmiş, onların əsərləri hər zaman müxtəlif ölkələrin konsert salonlarında səsləndirilmişdir. Bir sıra teatr səhnələrində tamaşaya qoyulan Məhəbbət əfsanəsi baleti əsərləri ilə dünyanı gəzən Arif Məlikov belə bəstəkarlarımızdandır.

Məlumdur ki, bu yaxınlarda dünyaşöhrətli bəstəkarımız, SSRİ xalq artisti, professor Arif Məlikovun 75 illik yubileyi böyük təntənə ilə dövlət səviyyəsində qeyd edildi. Bu münasibətlə keçən il noyabrın 19-dan 30-na qədər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən beynəlxalq festival keçirildi. Bu müddət ərzində Mədəniyyət Turizm Nazirliyinin rəhbərliyi təşəbbüsü ilə silsilə tədbirlər düzənləndi. Müxtəlif məkanlarda həyata keçirilən bu tədbirlər mövzu, forma genişliyi, zənginliyi ilə yəqin ki, uzun zaman yaddaşlardan silinməyəcək. Sevimli bəstəkarımızın yubileyi ilə bağlı festivalda iştirak etmək üçün Sankt-Peterburqun Mariinski teatrı öz görkəmli musiqiçiləri ilə, məşhur dirijor Valeriy Qerqiyev, Rusiyanın xalq artisti, dirijor Boris Qruzin, həmçinin müxtəlif yerlərdən tanınmış incəsənət xadimləri Azərbaycana səfər etmişlər.

Sözsüz ki, dünyaşöhrətli bəstəkarımızın 75 illik yubileyi təhsil mədəniyyət ocağı olan musiqi məktəblərindən yan keçə bilməzdi. Bu baxımdan 17 yanvar 2009-cu ildə Q.Qarayev adına 8 saylı Musiqi Məktəbində böyük bəstəkarla görüş keçirildi. Kifayət qədər tamaşaçı tutumu olan zalda müəllimlər, şagirdlər, valideynlər, bir çox mədəniyyət ocaqlarının nümayəndələri digər qonaqlar görkəmli bəstəkarı alqışlarla qarşıladılar.

Məktəbin direktoru, respublikanın əməkdar müəllimi Kamal Paşazadə çıxış edərək sevimli bəstəkarımız haqqında ürək sözlərini söylədi: Biz çox şadıq ki,böyük bəstəkarımız,hamımızın sevimlisi Arif Məlikov öz müəllimi, dahi bəstəkar Qara Qarayevin adını daşıyan bizim bu musiqi ocağımıza təşrif buyurmuşdur. Arif Məlikov Azərbaycan musiqisinin dünyaşöhrətli nümayəndələrindəndir. Onun yaradıcılığı parlaq istedadı özünəməxsusluğu ilə səciyyələnir. Məlumdur ki,bəstəkarın 75 illik yubileyi böyük təntənə ilə qeyd edildi. musiqi məktəbimiz bu tədbirlərdə məmnuniyyətlə iştirak edirdi. Bizlərlə görüşə razılıq verdiyi dəyərli vaxtını bizə ayırdığı üçün bəstəkara dərin təşəkkürümüzü bildiririk.

Sonra məktəbin nəzəriyyə müəllimi Leyla Əliyevaya söz verildi. Məruzəçi L.Əliyeva bəstəkarın geniş, zəngin həyat yaradıcılığından danışdı. Onun əsərləri haqqında məlumat verdi. Eləcə , gözəl bəstəkarlıq müəllimliklə yanaşı, A.Məlikovun həm dəyərli kitablar müəllifi olduğu qeyd olundu {Ya obvinyayu üç dildə nəşr olunan Şərqin muğamlarıkitabı).

Bəstəkarın ürəkləri fəth edən musiqiləri ifa olundu. Məktəbin müəllimləri V.Hüseynova, E.Pənahova (fortepiano ansamblı), H.Məmmədzadə (klarnet), xalq çalğı alətləri ansamblı - S.Kərimova (solist), X.Şirinov (tar), E.Məmmədov (kamança), B.Şükürova (kanon), İ.Səfərəliyev (nağara) şagirdlərin - Ə.Sultanova (fortepiano), A.Abdullayeva (fortepiano), S.Nəbiyeva (fortepiano), L.Miralayeva (skripka), K.Umudlu (tar), E.Təhməzov (skripka), A.Həsənova (kanon) ifalarından ibarət konsert proqramında bəstəkarın erkən fortepiano əsərlərindən tutmuş kinofilmlərdən, yaradıcılığının yüksək zirvələrindən biri olan Məhəbbət əfsanəsi baletindən musiqi parçaları səsləndirildi.

Qarşılıqlı isti münasibət səmimiyyətlə keçən görüşə bəstəkarımızın maraqlı çıxışı xüsusi bir rəngarənglik qatdı. A.Məlikov erkən dövrdən bu günə kimi olan yaradıcılıq yolundan danışdı. Özünün musiqi sahəsinə gəlişi, müəllimi Qara Qarayevlə bağlı xatirələrini söylədi, zəhmət əməyin insan üçün əsas əhəmiyyətli olduğunu vurğulayaraq, şagirdlərə tövsiyələr verdi. Bəstəkarın geniş, maraqlı çıxışı, dəyərli söhbətləri zalda əyləşən hər kəs üçün həyati dərs mənəvi qida idi. Daha sonra bəstəkar musiqi məktəbinə özünün yazdığı 2 gözəl kitabını hədiyyə etdi (Ümummilli lider Heydər Əliyevə həsr etdiyi Səkkizinci simfoniya, Şərqin muğamları adlı kitablar). Görüşdə iştirak edən bir kəs bəstəkarla xoş bir təəssürat unudulmaz xatirə ilə ayrıldılar.

 

 

Leyla Əliyeva

 

Mədəniyyət.- 2009.- 5 fevral.- S.7.