Mövzu mədəniyyətdən olanda

 

Maddi-mənəvi irsimizə güzgü tutan Spacenin 100-cü Mədəniyyət saatına

 

Mədəni sərvətlər yaratmaq, sənət əsərləri ilə dünya meydanına çıxmaq xalqın həyatında diqqətəlayiq hadisədirsə, mədəni sərvətləri yaşatmaq qorumaq ondan da, önəmli məsələdir. Yaradılmışların qorunması xalqın mədəni səviyyəsini, mənəvi yetkinliyini göstərir.

İndi şou-biznesə meylin artması sənətin ciddi janr sahələrinə diqqətin nisbətən azalması, mədəniyyət sahəsində çalışanların yaradıcılıq həyat fəaliyyətini çətinləşdirir. Çünki yaranan hər hansı təxəyyül məhsulu ümumilikdə bəşəriyyətə, köhnə təbircə desək, kütləyə ünvanlanır, onun malına çevrilir.

Kütləviləşmə müəyyən anlamda müsbət hal olsa da, digər tərəfdən bu, professionallığın ona güzəştə getməsinə, getdikcə yerini ona verməsinə səbəb olur. Təbii ki, bu öz-özlüyündə təhlükəli hədd olduğundan, son istinad yeri mental xüsusiyyətlər mədəniyyətdir.

Elə Azərbaycan mədəniyyətinin yalnız xəbər proqramlarının sonundakı kiçik, qeyri-peşəkar, səthi süjetlərlə təbliğinin məhdudlaşmadığını, onun dinamik inkişaf yolunu tutduğunu göstərən bir proqramın - Mədəniyyət saatının yaranması da bu zərurətdən doğmuşdur. 14 noyabr 2006-cı il. Bu tarixdə Space TV-nin efirindən Mədəniyyət saatı adlı bir veriliş ekrana çıxaraq, həyatın hər məqamında mədəniyyətin olduğunu izhar etdi.

O gündən bu günə mədəniyyətimizin tele-təəssübkeşləri bu verilişi düz 100 dəfədir ki, Azərbaycan tamaşaçısına mədəni-mənəvi qida kimi təqdim edir. Salam. Efirdə Mədəniyyət saatıdır... demək, o qədər çətin olmasa da, ən azı yüz dəfə bizə baxın demək buna tutarlı zəmin yaratmaq bir o qədər asan deyil.

Bu missiyanı daşıyan yaradıcı gənclər - proqramın rəhbəri İmran Məcidov, redaktoru Rasim İsmayılov, rejissoru Elməddin Alıyev, aparıcısı İdris Cəfərov, müxbirləri Tünzalə Məlikova Fərqanə Gülməmmədova, prodüseri Əşrəf Rzayev səhifələrimizə yansımayan digər yaradıcı qrup üzvləri bu 100 saylı 3 yaşlının sevincini yaşayırlar.

Mədəniyyət saatı ölkə kanallarında yayımlanmağa başlayan mədəniyyət proqramlarının qaranquşu, böyük qardaşı hesab edən İmran Məcidov (proqramın rəhbəri) iki ili başa vurmalarının sevincini yaşadıqlarını deyir: Mədəniyyət Turizm Nazirliyi ilə Space TV-nin birgə layihəsi olan veriliş iki il ərzində Azərbaycan xalqının böyük, zəngin qədim mədəniyyətini, onun yaddaşını yenidən vərəqləyib. Bu sahədə baş verən, demək olar ki, bütün yenilikləri, mədəni hadisələri ekrana daşıyıb. Qarşıladığımız əcnəbi teatrlar, kino yenilikləri, bizə qonaq olan bizim qonağı olduğumuz ölkələrdə mədəniyyətimizin nümayişi, musiqimizin təbliği, yazarlarımızın dünyaya çıxmaq cəhdini, dünya ədəbi mühiti ilə qarşılıqlı əməkdaşlığı, sənətkarların yubiley mərasimlərini, unudulan sənət birincilərini xatırlamaq da bu zaman kəsiyinə təsadüf edib. Niyyətimiz təkcə bütün bunları çəkib göstərmək olmadı, həm mədəniyyətimizin təbliğatı idi. Təvazökarlıqdan kənar olsa da, deməliyik ki, bunu bacardıq. Hələ göstərdiyimiz xidmətin mükafatını da aldıq. Qəzetinizin elan etdiyi Mədəniyyət mövzusunda ən yaxşı jurnalist işi müsabiqəsində ötən il qalib olduq. Deməli, zamanı boşuna xərcləməmişik.

Bu yerdə pərdənin görünməyən tərəfindən danışmaq istərdim. Ciddi proqramın olduqca zarafatcıl, kiçik, lakin çox mehriban bir heyəti var. Qocaman zəngin mədəniyyətimiz haqqında bu heyət olaraq nəsə etmək bizi çox sevindirir.

Sonra Rasim redaktordu, məncə, o, daha yaxşı danışa bilər- deyən proqram rəhbəri estafeti Rasim İsmayılova verdi. Birincisi, mədəniyyətdə baş verirsə, o ekrana yansımalıdır. Xəbərdən qaçmaq olmaz. Həftə ərzində baş verən hadisələri çevik tematik xəbər olaraq qruplaşdırıb tamaşaçılara təqdim edirik. Bizdə tematik xəbər üstünlük təşkil etdiyindən təqdimata da üstünlük veririk. Tamaşaçı bu ya digər hadisə, proses haqqında müfəssəl məlumata malik olmalıdır.

Bundan başqa, tamaşaçımızı təəccübləndirməyi, bilgiləndirməyi qarşıya məqsəd kimi qoymuş buna nail olmuşuq. Məsələn, elə musiqi alətləri, unudulmuş sənət adamlarını ekrana çıxarırıq ki, tamaşaçı onları gördükdə məmnun olur. Digər tərəfdən isə bu vəziyyət həmin sənət adamına stimul verir, həm cəmiyyətin yaddaşını vərəqləyir. Onsuz mümkün deyil. Çünki hər şeyin özülü var biz bunları nəzərə alırıq. Bu gün gündəmdə olmayan mədəniyyət incəsənət insanlarını kütləvi tamaşaçıya çatdırmaq lazımdır.

Jurnalist olaraq cəmiyyətə bunu ötürüb, həm vətəndaşlıq borcundan çıxırsan.

İki il öncə, Azərbaycan teleməkanında eybəcər bir şou-biznes bumu yaşandığı əcaib dönəmdə efirə Mədəniyyət saatı çıxdı bu boşluğu az da olsa doldurdu. Amma bu rəyə, yəni ilkliyə arxayınlaşıb yol almağı da düzgün saymaq olmaz. Çünki az qala bütün kanallarımızda mədəniyyətlə bağlı verilişlər açılıb. Deməli, rəqabət hissi yaranmalıdır. Bu, həm inkişafa çağırış olduğundan Mədəniyyət saatı quranlar bu detalı unutmurlar.

Ciddi, akademik bir mədəniyyət saatı verilişinin azad, yenilikçi iddialı heyət tərəfindən ərsəyə gəlməsi alqışa, təbrikə layiqdir. Elə mədəniyyətimizin təəssübünü çəkən Mədəniyyətçilər olaraq, biz həmkarlarımız haqqında bir-iki söz demək istədik.

 

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2009.- 7 fevral.- S. 3.