Qara Qarayev: Biblioqrafiyakitabının təqdimatı oldu

 

   Bəstəkarın əsərlərindən ibarət CD-lər buraxılıb

 

Fevralın 5-də M.F.Axundov adına Milli KitabxanadaQara Qarayev: Biblioqrafiyakitabının təqdimatı keçirildi. Bu kitab Qara Qarayevin doğum günü ilə əlaqədar kitabxananın əməkdaşları tərəfindən hazırlanıb. Tədbirdə həmçinin bəstəkarınYeddi gözəl” “Leyli MəcnunDon Kixotəsərlərindən ibarət CD-lər iştirakçılara təqdim olundu.  

Tədbiri açan kitabxananın direktoru Kərim Tahirov bəstəkarın həyat yaradıcılığının bütün dövrlərini özündə əks etdirənQara Qarayev: Biblioqrafiyakitabının əhəmiyyətindən danışdı. Sonra söz Mədəniyyət Turizm Nazirinin müavini Sevda Məmmədəliyevaya verildi. O, bəstəkarın yaradıcılığina dünya musiqi korifeyləri tərəfindən çox yüksək qiymət verildiyini diqqətə çatdırdı. Nazir müavini ötən il Q.Qarayevin YUNESKO tərəfindən Parisdə keçirilən yubileyini onun klassik musiqimizin inkişafında əvəzsiz xidmətlərini qeyd etdi.

Sonra söz kitaba ön söz yazmış AMEA-nın müxbir üzvü, professor Zemfira Səfərovaya verildi. O, bəstəkarı XX əsrin bəşəriyyətə bəxş etdiyi böyük şəxsiyyətlərdən biri kimi dəyərləndirdi: “Qara Qarayev musiqimizdə gələcəyə yeni yollar açan novator sənətkar idi. Onun musiqisi Azərbaycan bütün sovet musiqisinin inkişafına təsir göstərmişdir. Q. Qarayevin əsərləri üçün seçdiyi əbədi mövzular da yalnız milli ədəbiyyatımızla məhdudlaşmayıb. O, yaradıcılığında Nizami Gəncəvi, Səməd Vurğun, Rəsul Rza poeziyasıyla bərabər, Şekspir, Servantes, Puşkin , Ömər Xəyyam Lope de Veqanın əsərlərinə müraciət etmişdir”.

Daha sonra Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə, Milli Məclisin Mədəniyyət Komissiyasının sədri, professor Nizami Cəfərov, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının professoru Fərhad Bədəlbəyli və BDU-nun kitabxanaçılıq informasiya fakültəsinin biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılıov dahi bəstəkarın həyat və yaradıçılığı barədə çıxış etdilər.

Qeyd edək ki. “Qara Qarayev: Biblioqrafiyakitabı bəstəkarın əsərlərindən ibarət CD-lər musiqişünaslar, tədqiqatçılar ümumiyyətlə, musiqi ilə maraqlananlar üçün çox dəyərli bir töhfədir.

 

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2009.- 7 fevral.- S. 3.