Oskarmükafatları təqdim olundu

 

Hollivuddakı “Kodak” kino zalında Amerika Kino Akademiyasının ali mükafatı olan “Oskar”ın 81-ci təqdimetmə mərasimi keçirilib. “Associated Press” agentliyinin məlumatına görə, bu ilin əsas triumfatoruSlumdog Millionaire” (“Gecəqondudan olan milyonçu”) olub. Film 8 nominasiyada, o cümlədənƏn yaxşı film” nominasiyasında qalib gəlib.

Harvi Milk” filmindəki roluna görəƏn yaxşı kişi aktyorseçilən Şon Penn çıxışı zamanı ABŞ prezidenti Barak Obamaya təşəkkür edib: “Fəxr edirəm ki, belə zərif bir insanın rəhbərlik etdiyi ölkədə yaşayıram”.

The Reader” (“Oxucu”) filmindəki roluna görə isə, aktrisa Keyt Uinslet ən yaxşı sayılıb. O, çıxışındamənimlə birlikdə bu nominasiyaya namizəd göstərilən aktrisalara təşəkkür edirəm, mükafatı mən aldığım üçün isə Meril Stripdən üzr istəyirəm”, - deyib.

İkinci planda ən yaxşı kişi rolu”na görə mükafat ötən ilin fevralında vəfat edən aktyor Hit Lecerə (“Qara cəngavər”) verilib. Maraqlıdır ki, Lecerin mükafatını onun 3 yaşlı qızı alıb. Aktrisa Penelopa Kruz isəViki Kristina Barselonafilmindəki roluna görəİkinci plandakı ən yaxşı qadın oyunçumükafatına sahib olub.

Ən yaxşı rejissorüçün təsis edilən “Oskar” Deanny Boyla (“Gecəqondudan olan milyonçu”) verilib. Ən yaxşı ssenariüzrə mükafatı Dastin Lens Blek (“Harvi Milk”), “Adaptasiya edilmiş ən yaxşı ssenarimükafatını Saymon Bofoy (“Gecəqondudan olan milyonçu”) alıb.

Ən yaxşı tammetrajlı animasiya filmi” “VALL-İ”, “Xarici dildə ən yaxşı film” “Ayrılma” (Yaponiya), “Ən yaxşı sənədli film” “Kəndirbaz”, “Ən yaxşı qısametrajlı animasiya filmi” “Balaca kubiklərdən olan ev”, “Ən yaxşı qısametrajlı bədii film” “Oyuncaqlar ölkəsi”, “Ən yaxşı qısametrajlı sənədli film” “Gülümsə, Pinkiseçilib.

Digər mükafatlar aşağıdakı kimi bölünüb: “Ən yaxşı operator işi” - Entoni Ded Mentli (“Gecəqondudan olan milyonçu”), “Ən yaxşı montaj” - “Gecəqondudan olan milyonçu”, “Ən yaxşı quruluşçu rəssam işi” - “Bencamin Battonun sirli hekayəsi”, kostyum dizaynı - “Hersoginya”, “Film üçün ən yaxşı musiqi” - “Gecəqondudan olan milyonçu”, “Ən yaxşı mahnı” - Jai Ho (“Gecəqondudan olan milyonçu”), “Qrim” - “Bencamin Battonun sirli hekayəsi”, “Səs” - “Gecəqondudan olan milyonçu”, “Səs rejissoru işi” - “Qara cəngavər”, “Xüsusi effektlər” - “Bencamin Battonun sirli hekayəsi”.

 

 

Mədəniyyət.- 2009.- 25 fevral.- S. 11.