Yaxı improvizələrinin romantikası

 

Rəssam Əbülfəz Fərəcoğlunun yaradıcılığı barəsində qeydlər...

 

Bu gün rəngkarlıq qrafika əsərləri ilə Azərbaycan rəssamlığını qardaş Türkiyədə ləyaqətlə təmsil edən Əbülfəz Fərəcoğlu (Cabbarov) ilə qədim İstanbulda görüşlərimiz onun yaradıcılığının özünəməxsus məziyyətlərini görüb, dəyərləndirməyə imkan verdi. Tanışlıq üçün deyək ki, 27 illik yaradıcılıq yolu Naxçıvan, Bakı İstanbul kimi üç qədim şəhərdən keçib. Birinci onu dünyaya bəxş edib, ikincisində təhsil alıb, sonuncu isə yaradıcılıq arzularını qanadlandırmağa imkan verib. Çox vaxt yaradıcılıq üçün məkanın fərqliliyi təsirli məqam sayılmasa da, hər halda, doğma torpaq amilinin bu məsələdə önəm kəsb etməsi etiraf olunandır.

 

Əbülfəz Fərəcoğlunun 1997-ci ildən ürəyində Bakı Naxçıvan sevgisi yaşatmaqla nağıllar şəhəri İstanbulda dünyasını həsrətini sərgiləməsini bunun təzahürü hesab etmək olar. O, bu tarixi şəhərə üz tutmamışdan əvvəl onun akvarellə poetik portretini yaradan şair dostu Adil Mirseyid rəssamın alın yazısını oxuyurmuş kimi:

 

...sən bir gözəl ulduzdan

yer üzünə yenəndə

peşman olmamısansa

yenə peşman olma

Tanrı sənin dostundu

kimsəyə düşmən olma.

 

misraları ilə ona xeyir-dua vermişdi. Başqa sözlə desək, şair ona bu xaotik dünyamızdakılardan yüksəkdə durmağı arzulamışdı. Çünki o da rənglər dünyasına tapınan rəssamın potensialına bələd idi onun reallaşmasını arzulayırdı. Onunla dostluğa çevrilmiş çoxillik tanışlığımızın nəticəsi kimi əminliklə deyə bilərəm ki, o, öz missiyasını dəqiq dərk edənlərdəndir. Bu səbəbdən onun üçün bəlkə Naxçıvanda Bakıda yox, bilavasitə İstanbulda yaşamaq bir o qədər çətin deyil. Bəlkəni ona görə deyirəm ki, onun gözəl ailəsi -xanımı balaları Bakıdadır. Bu fiziki ayrılığın yaşantıları asan olmasa da, məlum başadüşüləndir. Ancaq müstəqillik dövründə Türkiyəyə üz tutan əksər rəssamlarımızdan fərqli olaraq, Əbülfəz Fərəcoğlunu orada qalmağa məhkum edən yalnız maddi amil deyıl. Belə olsaydı o, çoxdan geri dönmüş olardı. Apardığım müşahidələrə əsasən deyə bilərəm ki, Ə.Fərəcoğlu Türkiyədə çalışan elə azsaylı azərbaycanlı sənətkarlardandır ki, yaradıcılığı ilə aldadıcı cəlbedici sənət bazarına yox, əslində çox sərt amansız olan sənət yarışması meydanına köklənib.Özü özünün on iki illik Türkiyə həyatında o, bu köklənməni elə bir ritmə yüksəldə bilib ki, onun dayanması yaxud buna cəhdlər xoşagəlməz nəticələr verə bilər. Etiraf edək ki, onun yaradıcılığının Türkiyə dövründə milli təsviri sənətimizi zənginləşdirə bıləcək çox maraqlı rəngkarlıq qrafika əsərləri yaranmışdır. Bunu həmin nümunələrin daşıdığı tutumlu bədii-estetik dəyərlər təsdiqləyir...

Ondan başlayaq ki, Əbülfəz Fərəcoğlu yaradıcılığının əvvəlindən bu günə kimi iki sahədə - rəngkarlıq qrafikada eyni uğurla çalışan rəssamlardandır. Akvarellə işləməyi çox vaxt rəssamlar yaradıcılığının ancaq ilkin mərhələsi üçün vacib sayırlarsa da, Əbülfəz Fərəcoğlu bu sahəyə vurğunluğunu davamlı olaraq yaratdığı gözəl əsərlərlə sərgiləməkdədir. Xüsusi vurğulamaq lazımdır ki, rəssamın lövhələrində bu iki fərqli sahənin sintezi, uğurlu vəhdəti duyulmaqdadır. Akvarelin yaxı improvizələrinə geniş imkan verən texnika olduğunu nəzərə alsaq, deməliyik ki, bu bədii-texniki vasitənin imkanlarını yağlı boya texnikasına tətbiq edən Əbülfəz Fərəcoğlu çox effektli duyğulandırıcı nəticə, görüntü almağa nail olmuşdur.

Bəri başdan deyək ki, təsviri sənətə hələ ki yeni mövzu gətirilməyib. Bir-iki məqamı çıxsaq, bu sahənin, ümumiyyətlə, incəsənətin mövzuları demək olar ki, dəyişilməzdir. Tamaşaçıları hər dəfə heyrətləndirən məhz rəssamların bu əbədi mövzulara yeni yanaşması, fərqli rakurs, baxış nöqtəsi tapa bilməsidir. Bilavasitə yaradıcı rəssamlara yönəli Hamı baxır, amma hamı görə bilmir deyimi bu mənada Əbülfəzin hər bir əsərində cəmlənib, desək, yanılmarıq. Onun süjetli tablolarında analitik şərh kifayət qədər duyulandır. Balıq başlı insanlar,Yürüyən zaman, Dostlar, Düşüncə, Dialoq, Səyyah, Eşq, Sultan, Şahbalıq, Ehtiras s. süjetli kompozisiyalarında insanı bütün ömrü boyu izləyən psixoloji yaşantılar o dərəcədə obrazlaşıb ki, istər-istəməz tamaşaçını duyğulandırmaqla yanaşı, həm düşündürür. Rəssamın həm reallıqdan qaynaqlanan bədii ümumiləşdirmələri, stilizə deformasiyaları rəng yaxı improvizələrinə bələdçiliyindən nəticə etibarılə kifayət qədər fəlsəfi məzmunlu, romantik ovqatlıdırlar. Yox, bu lövhələrdə dünyamız yalnız ilk baxışda, özü zahirən bir qədər irreal görünür, mahiyyətcə isə çox real, məna-mıəzmunca isə daha sərt, bəzi hallarda isə ifşaedici, qınayıcıdır. Məhz rəssam bu irreallıqla tamaşaçını inandırır ki, dünyamız çoxqatlı, sirli-soraqlı, yəni görünən qədər görünməyəndir. Onların bəsirət gözünü açmağı bir sənətkar borcu hesab edən rəssamın bu mənada özündən bir vətəndaş kimi razı qalmağa haqqı da çatır. O, demək istədiyini təsvirə çevirməklə nəticə çıxarmağı bizlərin üzərinə qoyur. Nəticə çıxarılıbmı yaxud çıxarılacaqmı? Bu önəmli sualın gündəlıyə gətirilməsini müəllifin uğuru hesab etmək olar...

Rəssamın yağlı boya texnikasında işlədiyi portret, mənzərə natürmortları da məna-məzmun yükünə görə yaddaqalandır. Süjetli tablolarda olduğu kimi digər janrlarda çəkdiyi əsərlərdə semantikaya meylliliyi duyulandır. Bu da ilk növbədə onun dərin fikir ifadəçisi olmasından irəli gəlir. Həyat hadisələrindən davamlı olaraq heyrətlənməyi bacaran Ə.Fərəcoğlu təqdim etdiyi bədii görüntülərə tamaşaçını seyrçi kimi dəvət etmir, onları hər gün tuş gəldiyi reallıqdakı həqiqətlərə bu günə kimi göz yummasına özünü qınamağa güc tapdırır. Onun öz yaşantılarına zamanın psixoloji çətirinin kölgəsini salmağa nail olmağındandır ki, hələ bizimlə qoşa addımlamaqda olan problemlər bir qədər üryan görünür, tamaşaçının fikirlərini cəmləyir, duyğularını qanadlandırır.

Ötən qısa zaman kəsiyində vahid estetik konsepsiya çərçivəsində Əbülfəz Fərəcoğlunun yaradıcılıq üslubunun xüsusiyyətləri yaranmışdır. Onun əsərlərində rəngin plastik formanın obraza çevrilməklə qoşalaşması ən səciyyəvi bədii şərh vasitəsidir.Bütün bunlarsa onun əsərlərini sənətsevərlər üçün arzulanan etmiş, tabloları bədii-estetik dəyərinə görə soraqlanan yaradıcılıq nümunələrinə çevrilmişlər. Elə əsərlərinin müxtəlif muzey şəxsi kolleksiyaları bəzəməsi bunun göstəricisidir. Bu da rəssamın seçdiyi yolun düzgünlüyünü təsdiqləyir.

1997-ci ildən İstanbulda yaşayan Ə.Fərəcoğlu burada yaradıcılıqla yanaşı, həm pedaqoji fəaliyyətlə məşğuldur. O, vaxtaşırı tələbələri ilə birgə sənətsevərlər qarşısında hesabat verir. Onun hər il yeni əsərlərini fərdi sərgidə göstərməsi artıq ənənə şəklini alıb. Bu vaxta qədər Türkiyə ilə bərabər, onun İran, Rusiya, Ukrayna, Almaniya digər ölkələrdə əsərləri uğurla nümayiş olunmuşdur. Bu ,günlərdə İstanbulda növbəti sərgisi keçiriləcəkdir. Əbülfəz Fərəcoğlunun sənətsevərlərlə yeni görüşünün yaddaqalan olacağına əminliyik...

 

 

Ziyadxan ƏLİYEV

 

Mədəniyyət.- 2009.- 3 iyul.- S. 9.