Rusiyada Azərbaycan Mədəniyyəti Günləri keçirilir

 

Moskvada Azərbaycan Mədəniyyət Günlərinin açılış mərasimi olub. İlk olaraq Kremlin Sütunlu Zalının foyesində azərbaycanlı fotoqrafların əsərlərindən ibarət sərgi açılıb. Sərgidən sonra keçirilən mərasimdə Rusiya mədəniyyət nazirinin müavini Aleksandr Qolutva Azərbaycanın mədəniyyət turizm naziri Əbülfəs Qarayev çıxış edərək Rusiyada Azərbaycan Mədəniyyəti Günlərinin başlaması münasibətilə iştirakçıları təbrik ediblər.

 

Rusiyanın mədəniyyət nazirinin müavini A.Qolutva iki ölkə arasında ildən-ilə bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin inkişafında böyük nailiyyətlərin əldə edildiyini vurğulayıb:

Biz Azərbaycan mədəniyyəti incəsənətini çox sevirik. Ölkələrimiz arasında aktiv mədəniyyət mübadiləsini ləngidən yeganə amil odur ki, mədəni əlaqələri inkişaf etdirmək arzusu bəzən maliyyə imkanları ilə üst-üstə düşmür. Lakin bu amil bizləri münasibətlərimizi daha da möhkəmlətmək hissindən çəkindirmir. Bu tədbir əməkdaşlığa yeni imkanlar acır”.

Azərbaycanın mədəniyyət və turizm naziri Ə.Qarayev çıxışında qeyd edib ki, iki ölkə arasında mədəni əlaqələr Azərbaycan və Rusiyanın siyasi, iqtisadi-ticari, humanitar və digər sferalarında ikitərəfli əməkdaşlıq münasibətləri ilə harmonik olaraq inkişaf edir: “Azərbaycan və Rusiya arasında bugünkü mədəniyyətlər mübadiləsi Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycana səfərindən sonra gerçəkləşməsi həm də simvolik məna daşıyır. Hər iki prezidentin imzaladığı sənədlər ölkələrimizi qarşılıqlı şəkildə maraqlandıran iqtisadi proqramların, siyasi münasibətlərin daha da inkişafı üçün gözəl əsas yaradıb”.

Ə.Qarayev bu dəfə Azərbaycan mədəniyyətinin bir qədər qeyri-adi rakursda təmsil olunacağını deyib. Onun sözlərinə görə, iki il əvvəl maestro Mstislav Rostropoviçin təşəbbüsü ilə Azərbaycanda uşaq simfonik orkestri yaradılıb: Bu orkestr il yarım ərzində Avropa dünyanın bir çox şəhərlərində uğurla çıxış edib indi həmin orkestr Moskva auditoriyası qarşısında çıxış etmək şərəfinə nail olub”. Əbülfəs Qarayev Azərbaycan nümayəndə heyətinin Moskvadan sonra Tatarıstanda da çıxış edəcəyini qeyd edib: Bugünkü mədəniyyət günlərinin başlıca özəlliyi Moskvaya gənc sənətçilərin gəlməsidir. İnşallah, iki gün sonra Tatarıstana səfər edəcəyik. İlin sonuna qədər Azərbaycanla bağlı mədəniyyət tədbirləri davam edəcək. Bu tədbirlər sərgilər, konsertlər s. formada olacaq".

Konsert dahi bəstəkar Üzeyir Hacıbəyovun “Koroğlu” üvertürası ilə başlayıb.

Azərbaycan Dövlət Uşaq-Gənclər Simfonik Orkestri dirijor Teymur Göyçayevin rəhbərliyi altında çıxış edərək Qara Qarayev, Fikrət Əmirov, Vaqif Mustafazadə, Cahangir Cahangirov və Niyazinin əsərlərini səsləndiriblər.

Ümumrespublika muğam müsabiqəsinin laureatı Elməddin İbrahimovun ifa etdiyi “Qarabağ şikəstəsi”, Bakı Xoreoqrafiya Məktəbinin tələbələrinin ifasında “Arşın mal alan” komediyasından üvertüra və “Mənim Azərbaycanım” süitası tamaşaçıların gurultulu alqışlarına səbəb olub. Proqramda vokalçı İsmayıl Yunusov da italyan mahnısı “Camayka” və Azərbaycan xalq mahnısı “Qalalıyam”ı alqışlar altında ifa edib.

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Rusiyanın “Vokruq Sveta” redaksiyası arasında imzalanan sənədə əsasən, Azərbaycanın mədəniyyəti və turizm potensialını əks etdirən 500 tirajlı bələdçi kitabı nəşr olunacaq.

Rusiyada keçirilən Azərbaycan Mədəniyyəti Günləri bir həftə davam edəcək. İncəsənət nümayəndələrimiz Azərbaycanı muğamdan tutmuş, fotosərgiyə qədər bir çox sahələrdə tanıdacaqlar.

Xatırladaq ki, Azərbaycanda iki il öncə Rusiya Mədəniyyət İli qeyd olunmuşdu. Bu ilin sonuna qədər isə Rusiyada Azərbaycanla bağlı mədəni tədbirlərin həyata keçirilməsi davam etdiriləcək.

 

 

Mədəniyyət.- 2009.- 3 iyul.- S. 3.