Azərbaycanla Avropa Şurasının mədəni əməkdaşlığı müzakirə olundu

 

İyulun 8-də Bakıda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Avropa Şurasının Bakıdakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Avropa Şurasının 60 illik yubileyi çərçivəsində Azərbaycan-Avropa Şurası mədəni əməkdaşlığı: İmkanlar və perspektivlər mövzusunda mərasim keçirildi.

Əvvəlcə Avropa Şurasının tarixindən bəhs edən film nümayiş etdirildi.

Mərasimdə açılış çıxışı edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan ilə Avropa Şurasının birgə həyata keçirdiyi layihələrdən söz açdı.

Nazir Avropa Şurasının 60 illiyinin Azərbaycanda qeyd olunmasını önəmli hadisə kimi qiymətləndirdi: Avropa Şurası 60 illik fəaliyyəti dövründə böyük Avropa ailəsinin yaranmasına səbəb olub. Azərbaycan səkkiz ildir Avropa Şurasının üzvüdür bu illər ərzində birgə həyata keçirilən layihələr çox olub. Ötən il Azərbaycanda Avropa Şurası ölkələri mədəniyyət nazirlərinin toplantısı keçirilib bu toplantıya ilk dəfə olaraq bir neçə islam ölkəsinin mədəniyyət nazirləri qoşulub. Bakı prosesinin davam etməsi bizim marağımızdadır. Bakı İslam Mədəniyyətinin Paytaxtı ili çərçivəsində bu dialoq davam edəcək.

Təşkilatla mədəni əlaqələrimizin hazırda yüksək səviyyədə olduğunu bildirən nazir, Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini diqqətə çatdırdı. Ölkəmizin şuranın iclasında ilk dəfə iştirak etdiyi 2001-ci ildə rəsmi nümayəndə heyətinə məhz Prezident İlham Əliyevin rəhbərlik etdiyini xatırladan Ə. Qarayev bu əlaqələrin daha geniş müstəvidə inkişaf etdiyini o vaxtdan bir sıra layihələrin icra olunduğunu diqqətə çatdırdı: Bildiyimiz kimi, mədəniyyətlərarası dialoq müxtəlif xalqlar dövlətlər arasında mövcud olan problemlər, münaqişələrin həll edilməsi, xoşbəxt gələcəyin qurulması, qarşılıqlı anlaşmanın hörmətin təşviq olunması, həmçinin mədəni müxtəlifliyin qorunmasına şərait yaratmaqla yanaşı, müasir beynəlxalq münasibətlərdə sülhün təhlükəsizliyin təmin olunmasına təkan verir. Biz bu istiqamətdə Avropa Şurasının fəaliyyətini, onun üzv dövlətlərlə əməkdaşlığını yüksək qiymətləndirir bu işə böyük önəm verdiyimizi fəaliyyətimizlə göstəririk. Biz bu dialoqun tərəfdarıyıq mədəniyyətlərarası dialoqda əlaqələndiricilik missiyamızı davam etdirəcəyik. Belə ki, ötən ilin dekabrında paytaxtımızda baş tutan konfransda Avropa ölkələri ilə yanaşı Şərq, ərəb ölkələrinin mədəniyyət təmsilçiləri iştirak etdi ki, bu da mübadilə mövzusunun müzakirəsini daha mütəşəkkil etdi.

Natiq Avropa Şurasının mədəniyyət, mədəni və təbii irs üzrə direktoru Robert Palmerin rəhbərliyi ilə nümayəndə heyətinin mərasimdə iştirakından məmnun olduğunu da dilə gətirdi.

Avropa Şurasının Baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi xanım Veronika Kotek isə ölkəmizdə son illərdə mədəniyyətlərarası və sivilizasiyalararası dialoqlara dair bir sıra mötəbər tədbirin keçirilməsini Azərbaycan dövlətinin mədəniyyət sahəsinə böyük qayğısı kimi qiymətləndirdi.

Avropa Şurasının mədəniyyət, mədəni və təbii irs üzrə direktoru Robert Palmer Bakıda onları səmimiyyətlə qarşıladıqlarına və tədbirin yüksək səviyyədə təşkilinə görə dərin minnətdarlığını bildirdi. Azərbaycanın Avropa Şurasının əsas konvensiyalarına, o cümlədən Mədəniyyət Konvensiyasına qoşulduğunu və bu sahədə fəal iştirakını qeyd edən Robert Palmer sülhün və əmin-amanlığın bərpası istiqamətində gördükləri işlərdən danışdı.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək ölkəmizdə həyata keçirilən mədəniyyət layihələrindən, Avropa Şurası ilə əlaqələrin inkişafı sahəsində görülən işlərdən söz açdı.

Görüşdə Avropa Şurasının 60 illik fəaliyyəti, Azərbaycan ilə təşkilat arasında mədəni əməkdaşlığın vəziyyəti geniş müzakirə edildi.

Azərbaycan ilə Avropa Şurasının birgə həyata keçirdiyi layihələr slaydlarla nümayiş etdirildikdən sonra, Avropa Şurasının üzvü olan ölkələrin mədəniyyət nazirlərinin Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır mövzusunda 2008-ci il dekabrın 2-3-də Bakıda keçirilən konfransından hazırlanmış film nümayiş olundu.

Nazir Əbülfəs Qarayev mərasimə yekun vuraraq gələcəkdə mədəniyyətlərarası dialoqun genişləndirilməsi istiqamətində Avropa Şurası ilə həyata keçiriləcək birgə layihələrdən danışmış, tədbirdə iştirakına görə Avropa Şurasının səlahiyyətli nümayəndələrinə, bir sıra dövlət qurumlarının və vətəndaş cəmiyyətlərinin təmsilçilərinə təşəkkürünü bildirdi.

Fasilədən sona Avropa Şurasının Sənətçilər dialoq naminə layihəsinə həsr olunan birinci ekspert görüşü baş tutdu.

Onu da qeyd edək ki, Sənətçilər dialoq naminə layihəsinin əsası Azərbaycanın təşəbbüsü ilə başlanmış Bakı prosesi çərçivəsində Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin 2008-ci il dekabrın 2-3-də keçirilən konfransında qoyulub. Layihənin məqsədi müxtəlif sivilizasiyaları, xüsusilə Avropa ona qonşu regionlarda yerləşən dövlətlərin sənət adamları vasitəsilə dialoqu təşviq etmək bu istiqamətdə layihələr həyata keçirməkdir.

 

Mədəniyyət.- 2009.- 10 iyul.- S. 3.