Təxəllüsü Mixaylo

 

   Tahir Əliyevin filmi festivallarda

  

   22-31 may Rusiyanın Lipetski şəhərində 18-ci BeynəlxalqQızıl CəngavərBeynəlxalq Kinofestivalı keçirilib. Festivalda Azərbaycan rejissor Tahir ƏliyevTəxəllüsü Mixaylofilmi ilə iştirak edirdi. Film festivalınMüharibə mövzusunun istedadlı həllidiplomuna layiq görülüb. Festivalda iştirak edən rejissor Tahir Əliyevin sözlərinə görə, 18-ci BeynəlxalqQızıl Cəngavərfestivalına 36 ölkədən 260 film təqdim olunmuşdu: “Festivalın əsas məqsədi Serbiya Rusiya dostluğuna həsr olunmuşdu. Bizim məqsədimiz isə festivalda Azərbaycanı təmsil etmək idi. İştirak edən filmlər festivalın tələb etdiyi mövzuya uyğun gəlməlidir. Təxəllüsü Mixaylofilminin mövzusu da tələb edilən mövzunu ödəmişdir”.

   Qeyd edək ki, rejissorunTəxəllüsü Mixaylofilmi 1-10 mayda Ukraynanın Sevestopol şəhərində keçirilən V Beynəlxalq Avroaziya Kinofestivalında isə 1-ci dərəcəli diploma layiq görülüb. Təxəllüsü Mixaylofilmi 2008-ci ildə Mədəniyyət Turizm Nazirliyinin sifarişi iləSalnaməsənədli filmlər studiyasında istehsal olunub. Film Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin partizan həyatından bəhs edir.

  

   Elmin

 

Mədəniyyət. - 2009.- 3 iyun.- S. 10.