Yazıçı-jurnalist Canalı Xanalı oğlu Mirzəliyev

 

5 iyun 2009-cu ildə Mədəniyyət qəzetinin kollektivi ağır itki ilə üzləşdi. Qəzetin redaktoru Canalı Xanalı oğlu Mirzəliyev dünyasını vaxtsız dəyişdi.

Tanınmış yazıçı-jurnalist, Qızıl Qələm Həsən bəy Zərdabi mükafatları laureatı, xüsusi üslubu olan publisist Canalı Mirzəliyev 1946-cı ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olub. O, Şamaxı Pedaqoji Texnikumunu, Azərbaycan Dövlət Universitetini Bakı Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirib. Moskva hərbi dairəsində əsgəri xidmətdə olarkən Rusiya Federasiyasının, Pribaltika respublikalarının, Belarus Ukraynanın mətbuatında publisistik yazıları dərc edilib.

Canalı Mirzəliyev bir neçə il doğma kəndində müəllim, iki il Ağsu Rayon Partiya Komitəsində təlimatçı işlədikdən sonra, rayonda çıxan Birlik qəzetinin baş redaktoru vəzifəsinə irəli çəkilir.

O, bu vəzifədə 19 il səmərəli fəaliyyət göstərir. Rayonda fəal ictimaiyyətçi təşkilatçı kimi tanınır. Onun gərgin, məhsuldar əməyi sayəsində qəzet Azərbaycanda SSRİ miqyasında keçirilən Ümumittifaq baxış - müsabiqələrinin qalibi olur. SSRİ Jurnalistlər İttifaqının M.Y.Ulyanova adına mükafata, Azərbaycan KP MK Mətbuat Xidmətinin xüsusi ödülünə layiq görülür. Baş redaktor işlədiyi müddətdə şəhər rayon sovetlərinin deputatı, raykomun üzvü, 10 ilə yaxın bir vaxtda isə Ağsu Rayon Partiya Komitəsinin büro üzvü olur.

Canalı Mirzəliyev 1992-ci ildə irəli çəkilərək Azər TAc-ın Şirvan İnformasiya Mərkəzinin direktoru, eyni zamanda Şirvanın səsi qəzetinin baş redaktoru təyin olunur. 1999-cu ildən isə Azərtayms qəzetinin baş redaktoru vəzifəsində çalışır.

Yazıçının Dadlı əzab, Əmi evində, Gül bir az..., İtirilmiş cənnət haqqında əfsanə, Ağsu, Mirismayıl ağa, Sözdən saray tikən şair, Rasim Balayev, Çalış, öz xalqının işinə yara, Üçüncü gözün sirri, Mən jurnalistəm, Pirhəsənli kəndi: ailələr talelər, Qara qızıl səadət rəngində, Məşhur neftçi Bəhmən Hacıyev başqa kitabları ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Jurnalist-yazıçı C.Mirzəliyev ümumilikdə yaradıcılıq fəaliyyəti dövründə 32 kitab yazıb.

Otuz ildən artıq fasiləsiz olaraq qəzet redaktoru vəzifəsində səmərəli fəaliyyət göstərib.

Elinin-obasının daim xeyir işinə yarayıb. Öz gözəl əməlləri ilə neçə-neçə qəlblərdə, könüllərdə yuva qurub. Onun əziz xatirəsi yaddaşlardan silinməyəcək.

 

 

Mədəniyyət.- 2009.- 10 iyun.- S. 10.