Böyük yazıçı anıldı

 

Mehdi Hüseynin 100 illik yubileyi qeyd edildi

 

Mədəniyyət və Turizim Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında xalq yazıçısı Mehdi Hüseynin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə ədəbiyyatımızın vicdanı adlandırılmış ədibin çoxsahəli fəaliyyəti xatirələrlə bir daha yada salındı. Tədbirin rəsmi hissəsində çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 fevral tarixli sərəncamına uyğun olaraq xalq yazıçısı Mehdi Hüseynin 100 illik yubileyinin layiqincə qeyd olunması istiqamətində ciddi işlər görülmüşdür. Bakı şəhərində bölgələrdə ədibə həsr edilmiş silsilə tədbirlər keçirildiyini xatirəsinin layiqincə yad edildiyini bildirən natiq vurğuladı ki, sərəncamda deyildiyi kimi, yeni dövr Azərbaycan ədəbiyyatının inkişafında istedadlı nasir, dramaturq tənqidçi Mehdi Hüseynin özünəməxsus yeri olmuşdur. Nazir həmçinin ədibin həyat yaradıcılığından danışdı:

 

Düz 100 il bundan əvvəl şairlər yurdu Qazağın Şıxlı kəndində, ziyalı ailəsində doğulan M.Hüseyn tarixi və müasir mövzulu bədii əsərlərin bir çox dəyərli nümunələrini yaratmaqla yanaşı, bir ədəbiyyatşünas olaraq sənətkarlıq və yaradıcılığın nəzəri məsələlərinə dair aktual mülahizələri ilə də ədəbi prosesə istiqamət vermişdir. Mehdi Hüseynin dünyaya göz açdığı kənd Vaqifin, Vidadinin neçə-neçə görkəmli şəxsiyyətlərin yurdudur. SSRİ Dövlət mükafatı laureatı M.Hüseyn Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmiş daha sonra Moskvada kinematoqrafiya üzrə təhsil almışdır. Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinin məsul katibi, Azərbaycan Sovet Yazıçılar İttifaqının Təşkilat Komitəsinin məsul katibi, Azərbaycan Yazıçılar İttifaqının 1-ci katibi, SSRİ Yazıçılar İttifaqının katibi kimi yüksək vəzifələr tutmuşdur. Yaradıcılığa yaşadığı əsrin 20-ci illərində başlayan ədib Xavər", "Qan intiqamı", "Kin", "Daşqın", Bahar suları, Tərlan kim əsərlərlə ədəbiyyatımızı zənginləşdirmiş, dövrün ictimai-siyasi mənzərəsini canlandırmışdır. Bu əsərlərdə Mehdi Hüseyn fərdi xüsusiyyətləri ilə seçilən surətlər yaratmışdır. Mehdi Hüseyn dramaturq kimi tanınmışdır. "Şöhrət" "Nizami" "Cavanşir" tarixi dramlarında Azərbaycan xalqının vətənpərvərliyi, qəhrəmanlıq ənənələri əks olunmuşdur. "Alov", "İntizar", "Şamil" "Qardaşlar" pyesləri, habelə xatirələri, yol qeydləri, gündəlikləri ədəbiyyatsevərlərin böyük marağına səbəb olmuşdur. Səhər", Vətən çiçəkləri", "Ürək", "Fəryad" əsərlərində vətənpərvərliyin qüdrəti, adamların mərdliyi qəhrəmanlığı tərənnüm olunur. "Abşeron", "Qara daşlar" "Yeraltı çaylar dənizə axır" romanları ictimai, mənəvi-əxlaqi problemlərə cəsarətli müdaxilə baxımından diqqətəlayiqdir. Əsərləri bir neçə dilə tərcümə edilmişdir.

Ədibin istər yaradıcı, istər ictimai fəaliyyətini cəmiyyətin inkişafına həsr edilmiş ömür adlandıran Ə.Qarayev onun xatirəsinin əziz tutulduğunu və bugünkü tədbirin də bu sıraya aid etdiyini bildirdi.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar ədibin ədəbiyyatımızdakı mövqeyindən, zəhmətkeş bir nasir kimi yazdığı ölməz əsərlərdən danışaraq unudulmaz xatirələrini bölüşdü:

M.Hüseynin 100 illik tədbirinin bu binada keçirilməsi təsadüfi deyil. Çünki onun bütün pyesləri bu səhnədə oynanılıb. Əvvəllər burada yerləşmiş Milli Dram Teatrının səhnəsində. Mən onun Yazıçılar İttifaqına rəhbər olduğu zamanda həmin təşkilata üzv qəbul edilmişəm. Hər bir gənc yazar onun qayğısını duya bilərdi.Mənim xatirəmdə o, böyük yazıçı, böyük insan, əsl dramaturq kimi qalıb. Onun İlyas Əfəndiyevlə birgə yazdığı Şeyx Şamil dramı sovet repressiyalarına qarşı yazdığı Yüraltı şaylar dənizə axır romanı uzun müddət qadağan olundu.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev Mehdi Hüseynin yaradıcılıq yolu mövzusunda məruzə ilə çıxış edərək ədibin yaradıcılığını hərtərəfli təhlil etdi.

Ədəbi dilimizin inkişafında yazıçının fəaliyyətinə toxunan məruzəçi qeyd etdi ki, onun əsərləri ədəbi dil normalarını ən yaxşı şəkildə təcəssüm etdirir.

Əsərlərinin dil şirinliyi, obrazlılığı öz şirəsini, dadını-tamını canlı xalq dilindən almışdır. Mehdi Hüseynin povest və romanları daim oxucular üçün müasirdir, bəşəridir.

Akademik Teymur Bünyadov isə ədibin Azərbaycan dilinin statusunu qaldırmaq yolunda Mirzə İbrahimovla birgə apardığı mübarizədən, hələ 1951-ci ildə bu fəaliyyətlə bağlı Moskvaya çağırıldığı haqda danışaraq, Mehdi Hüseynin bu təzyiqlər qarşısında ləyaqətlə dayandığını söylədi.

Tədbirin rəsmi hissəsində son sözü ədibin oğlu Əli Hüseynov söylədi.

Bu gün M.Hüseynin yaradıcılığından danışıldı. Daha çox Yeraltı çaylar dənizə axır əsəridən bəhs etdilər. Bu əsər mənim indi yaşadığım evdə yazılıb. Bəli, yeraltı çaylar bu gün dənizə qovuşur. Mən Mehdi Hüseyn ailəsi adından sizlərin hər birinizə, tədbirin təşkilatçısı olan Mədəniyyət Turizim Nazirliyinə təşəkkür edirəm.

Rəsmi hissədən sonra tədbir ədibin əsərləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiya ilə davam etdirildi.

 

 

Sabutay

 

Mədəniyyət.- 2009.- 17 iyun.- S. 12.