Yubiley təbriki ya tanış mövzuda variasiyalar

 

Əlisəftər Hüseynovun 50 illiyinə

 

Müdriklərdən biri deyib ki, ciddi işlərdə insanlar necə görünmək lazımdırsa, elə görünürlər, xırda məsələlərdə isə necə vardırlarsa, elə. Qəribədir, haqqında söhbət açacağım insan isə ciddi işlərdə , xırda məsələlərdə necə vardırsa, eləcə görünür, yəni olduğu kimi. O, bu günə kimi əqidəsindən dönüb, ətrafındakılara qarşı münasibəti dəyişib, kiməsə nədən ötrüsə minnətçi düşüb. Dəyişən yalnız onun gördüyü gərəkli əhəmiyyətli işlər, xeyirxah əməlləridir.

 

Yaxın illərin söhbətidir. 1985-ci ilin ortaları idi. Azərbaycan Dövlət Kinematoqrafiya Komitəsi Məlumat-reklam bürosuna onun nəşrlərinə-Kino qəzeti Film jurnalına rəhbərlik edirdim. Bir gün redaksiyamıza cavan bir oğlan gəlib jurnalda çap olunmaq üçün material gətirdiyini bildirdi. Məqalənin adı bu günə kimi yadımdadır: Musiqi mühüm amildir. Məqaləyə göz gəzdirib soruşdum: Sizin musiqi savadınız var? Xeyr cavabını alcaq ikinci sualımı verdim: Siz kino işçisisiz? Yenə xeyr. O, qısa pauzadan sonra dedi: Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm, fərqlənmə ilə. O, son sözləri qürurla dedi. Elə yazısından da savadlı olduğu görünürdü. Bu gənc oğlan sonralar kino nəzəriyyəsi sahəsində istedadlı alim kimi tanınacaq, kino sahəsində bir neçə kitabın müəllifi, sənətşünaslıq namizədi, ADMİU-nun müəllimi olacaq Əlisəftər Hüseynov idi. Bir neçə gündən sonra o, yenidən redaksiyaya gəldi. Yenə material gətirmişdi. Cavabım çox qısa oldu: Məqalə çox xoşumuza gəldi. Sən belə məqalələrdən yenə gətir. O, xoş bir əhval-ruhiyyə ilə xudahafizləşib getmək istərkən, özüm düşünmədən ona müraciətlə: Vaxt gələcək, sən Azərbaycan kinematoqrafiyasının istedadlı sənətşünaslarından biri kimi tanınacaqsan. Bunu sənə mən yox, kino nəzəriyyəsi ilə bağlı yazdığın elmi məqalən deyir.

Beləliklə də bu cavan oğlan uzun müddət bizimlə əməkdaşlıq etdi, dövri mətbuatda da onun bədii-publisistik və elmi-nəzəri yazıları çap olundu, ilk kitabı-Sənətdə keçən ömür 1990-cı ildə işıq üzü gördü. Kitab Azərbaycanın görkəmli sənətkarı, xalq artisti Həsən Məmmədovun həyat yaradıcılığına həsr olunmuşdu. Kitabın bir nüsxəsini mənə bağışlayanda sevincim yerə-göyə sığmadı. Axı Azərbaycan kinosunun daim axsıyan kinoşünaslıq elminə yeni nəfəs gəlmişdi. Özü kinomuzun nəzəri problemləri ilə məşğul olan mütəxəssisə böyük ehtiyac duyulurdu. Elə bu gün ehtiyac böyükdür. Onun ilk kitabını oxuyarkən bu insanda iki cəhət mənim diqqətimi cəlb etdi: Onun Azərbaycan kinosuna olan böyük məhəbbəti bu sahədə gərgin əməksevərliyi. Onunla ilk görüşdə zənnimdə yanılmadığım kimi, bu dəfə fikrim qəti idi. Döyüş havası (1996), Yuxudan reallığa (1998), Kino poeziya (2000), Tanış mövzuda variasiyalar (2009) kitabları, ekran sənətinin estetik problemlərinin tədqiqi ilə ardıcıl məşğul olması, kinonun estetikası, başqa sənət sahələri, xüsusilə poeziya ilə əlaqələri, ekran təhkiyəsinin strukturu s. mövzularda yazdığı məqalələrin Ulduz, Qobustan jurnallarında, Kino +, Bakı, Yeni fikir, Müstəqil qəzet, Ülfət qəzetlərində çap olunması, mütəxəssislər oxucular tərəfindən maraqla qarşılanması bunu bir daha təsdiq edir. Ən başlıcası Kino poeziya monoqrafiyasında Azərbaycan ədəbi-tənqidi fikrində ilk dəfə poetik mətnlərlə ekran mətnlərinin müqayisəli analizini aparıb, sintaktik semantik quruluş baxımından poeziya ilə ekran sənətinin əlaqələrini hərtərəfli şəkildə araşdırmasını, ekran dilinin zənginləşməsində, montaj təfəkkürünün formalaşmasında poeziyanın nailiyyətlərinin önəmli rol oynamasını elmi əsaslarla sübut etməsi kinoşünaslıqda əlamətdar hadisəyə çevrilmişdir. Hətta o, Azərbaycan Mədəniyyət Turizm Nazirliyinin keçirdiyi Kino sahəsində ən yaxşı tədqiqat əsəri tənqidi məqalə müsabiqəsinin qalibi olmuşdur. Eyni zamanda rumın mənşəli fransız dramaturqu E.İoneskonun Borc qurbanları pyesini, X.Kortasarın, A.Hiçkokun hekayələrini Azərbaycan dilinə tərcümə etmişdir.

Ən maraqlısı burasındadır ki, o, yaradıcılıqla məşğul olmaqla bərabər 1983-2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində zabit kimi hərbi xidmətdə olmuş, Vətən qarşısında öz borcunu ləyaqətlə yerinə yetirmiş və baş leytenant rütbəsindən polkovnik-leytenanta qədər yüksəlmişdir. Əhsən belə oğula!

Tale elə gətirdi ki, biz bir neçə il bundan əvvəl yenə də bir yerdə əməkdaşlıq etməyə başladıq. Bu dəfə Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində. Hər ikimiz bu elm ocağında dərs deyirik, mən Azərbaycan kino tarixindən, o isə kino nəzəriyyəsindən. O, öz bilik təcrübəsini tələbələrinə böyük həvəslə öyrədir, onların kino sənətini dərindən başa düşmələri üçün əlindən gələni əsirgəmir. Tələbələri müəllimlərindən çox razılıq edirlər, onun xətrini çox istəyirlər. Həmkarım elmi axtarışlarının nəticəsi olaraq 2007-ci ildə uğurla Ekran sənəti poeziyanın qarşılıqlı əlaqələri problemləri mövzusunda dissertasiya müdafiə edərək, sənətşünaslıq namizədi elmi dərəcəsini alıb. Belə bir məsəl var, deyərlər: Alim olmaq asandır, adam olmaq çətin. Bilmirəm, bu sözlərdə qədər həqiqət var, amma onu yaxşı bilirəm ki, alim olmaq da çətindir, adam olmaq da. Xoşbəxtlikdən həmkarım, dostum Əlisəftər müəllim həm alimdir, həm gözəl insan, çox sadə, yumşaq təbiətli, böyüklə böyük, kiçiklə kiçik, həm mehriban ailə başçısı.

Əlisəftər müəllimin bu günlərdə 50 yaşı tamam olur. O, həyatda qazanıbsa özü qazanıb, öz zəhməti ilə, alın təri ilə: hörməti , cəmiyyətdə tutduğu mövqeyi . Mirzə Şəfi Vazeh demişkən:

 

Sən özün qazanmasan

səadətini hərgah,

Onu sənə verəmməz

bir Allah, bir şah.

 

Doğru sözə deyəsən. Birinci yarım əsri ləyaqətlə başa vurub, ikinci yarım əsrə alnıaçıq yaxşı əhval-ruhiyyə ilə qədəm qoyan gözəl ziyalımız Əlisəftər Hüseynovun istər şəxsi həyatında, istərsə çoxşaxəli yaradıcılığında ona daha böyük uğurlar arzulayıram.

 

Aydın Kazımzadə,

Kinoşünas

 

Mədəniyyət.- 2009.- 17 iyun.- S. 11.