Maestro ilə görüş

 

Bügünlərdə G.Saroyev adına 35 saylı Uşaq Musiqi Məktəbində Bakı Musiqi Akademiyasının, Yedditəpə Universitetinin dosenti, İstanbul Gözəl Sənətlər Liseyinin Musiqi Bölümü başqanı, pianist, musiqiçi İslam Manafovla görüş oldu. Bu tədbir İ.Manafovun musiqi məktəblərində keçirilən silsilə konsertlərindən biri idi.

 

Məlumat üçün bildirək ki, İslam Manafov 1961-ci ildə Bakıda anadan olub. A.Zeynalllı adına Bakı Musiqi Məktəbini bitirdikdən sonra təhsilini Moskva Dövlət Konservatoriyasında - professorlar A.Nasedkin M.Fiyodorovanın siniflərində davam etdirib. Bakıya qayıtdıqdan sonra 1987-89-cu illərdə Rəşid Behbudovla çalışıb.

2000-ci ildən Türkiyə Respublikasında yaradıcılığını davam etdirən İ.Manafov öz təşəbbüsü ilə 2005-ci ildə Yedditəpə Universitetinə bağlı olaraq Yedditəpə Kamera Orkestrini, 2007-ci ildə Gənc Orkestr adı ilə yeni kamera orkestrini qurub.

Orkestrdə çalışan musiqiçilərin yarısı azərbaycanlıdır. Dünya klassiklərinin əsərləri ilə yanaşı, onlar həm də Azərbaycan bəstəkarlarının əsərlərini ifa edirlər.

O, bu orkestrlərin həm bədii rəhbəri, həm dirijoru, həm də solistidir.

İ. Manafov Moskvanın ən məşhur konsert salonlarında, Sank -Peterburq, Qorki və Rusiyanın digər şəhərlərində, Ukrayna və Avropanın müxtəlif ölkələrində konsert proqramı ilə çıxış edib. O, Moskva Beynəlxalq Musiqi Festivalı da daxil olmaqla, bir çox festivallara qatılıb.

Musiqi məktəbundə reallaşan konsertin repertuarının rəngarəng cəhətlərindən biri burada maraqlı transkripsiyalar və yüksək ustalıqla ifa olunması idi.

Təbii ki, bu məharətli ifanın arxasında böyük zəhmət, illərin professionallığı və öz işinə, sənətinə olan sevgi durur.

Məktəbdə keçirilən konsertdən böyük razılıqla ayrılan tamaşaçılar təəssüratlarını bölüşdülər.

 

Yusif Vəliyev,

G.Saroyev adına 35 saylı Uşaq Musiqi Məktəbinin direktoru, əməkdar müəllim

 

- Bilirsiniz ki, məktəbimizdə belə görüşlər mütəmadi olaraq keçirilir. Bu görüşlərdə məqsəd şagirdlərin musiqiyə olan marağını, biliyini artırmaqdır. İslam Manafovun musiqini dinləyicilərə aşılama məharəti danılmazdır. Bu görüşün şagirdlərimiz üçün əhəmiyyəti böyükdür.

 

Siala Sinamdzqvarişvili Vaxtanqova,

Əməkdar müəllim, Bakı Musiqi Akademiyasının dosenti, G.Şaroyev adına 35 saylı Musiqi Məktbinin müəllimi

 

- Son dərəcə gözəl bir musiqi bayramı yaşadıq. Bu bayramı heyranedici pianoçu - İslam Manafov bizə bəxş etdi. Bu insan üçün musiqi qəlbin əhvalıdır. O, zəngin daxili aləmi ilə zəkalı, lakin bununla bərabər, olduqca sadə ambisiyasız bir insandır.

Təəccübləndirici proqram seçimi ilə - az tanınmış əsərlər, yeni işləmələr, az-az ifa olunan pyeslər... Dərhal aydın olur ki, pianoçu proqramın müxtəlifliyinə cəhd edir. O, daim axtarışdadır. Çaykovskinin Yevgeni Onegin operasından, Zistin işləməsində Şubertin Valsı, Bizenin Karmen operasının mövzusuna variasiyalar bir sıra başqa maraqlı, yeni əsərlər səsləndi. Çalğı parlaqlığı, səslənməsi, inanılmaz texniki məharəti ilə adamı heyrətləndirir. Onu dinləyəndə insana elə gəlir ki, ifaçı üçün pianist kimi mümkün olmayan heç yoxdur. İ.Manafova gələcək işlərində müvəffəqiyyətlər, cansağlığı daha da məşhur olmasını arzulayıram.

 

Bikə Axundova,

Bəstəkar-pianoçu

 

- Hər bir əsərə ikinci həyatı onun ifası verir. İslam Manafov məhz hər bir əsəri böyük ustalıqla ifa edən yüksək səviyyədə tamaşaçıya, dinləyiciyə çatdıran ifaçılardandır. O, çox böyük musiqi təfəkkürünə malikdir. Belə ki, onun ifasında səslənən hər hansı bir musiqi əsəri, sanki danışır İ.Manafovun barmaqlarından klaviyə süzülən hər bir not özünü yüksək səviyyədə təsdiqdir. O, ifa etdiyi musiqi əsərini bütün varlığı ilə yaşayır. Musiqiçinin yüksək ustalığı sayəsində tembr boyalarını, əsərin obrazını, xarakterini tamaşaçıya çatdıra bilən ifaçılardandır.

İ.Manafov gözəl bəstəkar, musiqiçi olmaqla yanaşı, həm də gözəl insandır.

Mən onu bir insan kimi İstanbulda səfərdə olarkən tanıdım. Belə ki, o, mənim İstanbul Dövlət Konservatoriyasında keçirilən solo konsertimə gəldi mənə dəstək oldu. O, sözün əsl mənasında bir azərbaycanlı kimi, öz gənc həmyerlisinin uğuruna sevindi məhz İslam müəllimin sayəsində mən Memar Sinan adına Gözəl Sənətlər Konservatoriyasının bəstəkarlıq şöbəsinin müəllimləri ilə görüşdüm görüş mənə çox xoş təsir bağışladı. Eyni zamanda bu səfərdə mən İslam Manafovun Türkiyədə necə böyük bir hörmətə sahib olduğunu gördüm bu məqam məni bir azərbaycanlı kimi çox qürurlandırdı.

 

 

Mədəniyyət

 

Mədəniyyət.- 2009.- 17 iyun.- S. 3.