Turizm potensialımız əcnəbi jurnalistin gözü ilə

 

Küveytdə nəşr edilən Avan qəzetinin müxbiri Cinan Hüseyn ölkəmiz haqqında məqalə yazıb

 

Son illər ölkəmizdə turizm sahəsində sürətli artım inkişaf müşahidə edilməkdədir. Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyi fəal marketinq reklam-təbliğat siyasəti, həmçinin turizm biznesinin müvəffəqiyyətli inkişafının əsaslarından olan turizm sənayesinin inkişafını stimulə edən siyasət daxil olmaqla, bütün istiqamətlərdə daimi aparır.

 

CNN, Euronyus kimi xarici televiziya kanallarında ölkəmizin turizm potensialı haqqında hər il yenilənən reklam çarxlarının nümayiş etdirilməsi, demək olar ki, bütün beynəlxalq turizm sərgilərində Azərbaycanın təmsil olunması bir çox nüfuzlu beynəlxalq mətbuat orqanlarının diqqətini ölkəmizə yönəldib.

Bu səbəbdəndir ki, Küveytin Avan qəzetinin bugünlərdə Bakıda qonaq olan əməkdaşı Cinan Hüseyn çalışdığı mətbu orqanda Azərbaycanın zəngin mədəniyyəti, maraqlı qədim tarixi obyektləri böyük turizm imkanları haqqında ətraflı bilgi verən məqalə yazıb.

Məqalədə Azərbaycanın musiqisi, görməli yerləri, İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı, Fəvvarələr meydanı, Dənizkənarı Milli Park, çoxlu əyləncə istirahət mərkəzləri haqqında məlumat verilib.

Məqalə Azərbaycan - Qırmızı Reyhanın Vətəni adlanır. Əvvəlcə Bakı haqqında təəssüratlarını bölüşən həmkarımız şəhəri Açıq-istirahət kompleksi adlandırır: Sadəlik sakitliyi xoşlayanlar, paytaxtların şəhərlərin səs-küyündən uzaq tətilin ləzzətini hiss etmək istəyənlər üçün Azərbaycan paytaxtı ən münasib yerdir... Ümumiyyətlə, Azərbaycanın təbiətində dağların yüksəkliklərin, çayların göllərin üstünlük təşkil etməsinə baxmayaraq, Bakı öz cazibədarlığı füsunkarlığı ilə valehedici məkandır. Şəhərin sadəliyi onu açıq istirahət kompleksinə çevirib...

 

Xəzərin incisi ya Azərbaycanın tarixi panoraması...

 

Sonra müəllif zəngin qədim tariximizin canlı şahidləri olan Qız qalası Şirvanşahlar saray kompleksi haqqında geniş məlumat verir. Küveytli jurnalistə görə, köhnə yeni Bakı bu şəhərin müxtəlif dövrlərdə yaşadığı zəngin tarix şəhər qədimliyinin təsdiqi olan qədim müasir simanı özündə birləşdirir: Şəhərdə aparılan quruculuq işləri, yeni tikilən hündürmərtəbəli binalar səfərin ilk günündən diqqətimizi cəlb edir. Köhnə Bakı tarixi abidələr gözəl arxitekturaya malik binalarla zəngindir.

Köhnə Bakıda 15-ci əsrə aid olan Şirvanşahlar sarayı mövcuddur. Burada bir çox heykəllər relyeflər var. Bu əraziyə Xəzərin incisi Azərbaycanın tarixi panoraması da deyirlər...

Qız qalası olaraq tanınan tarixi Bakı qalası isə 12-ci əsrə aiddir. Bu qalanın adı bir sıra rəvayətlərlə bağlıdır. Bunlardan biri atası razı olmadığı üçün sevdiyi gəncə qovuşa bilməyən qalaya sığınan gözəl qız haqqında rəvayətdir. Bu rəvayət nəsillərdən-nəsillərə keçərək yaşadılır...

 

Neft taciri...

 

Məqalənin bu yarımbaşlıq altında nəşr edilən hissəsində Bakıda yerləşən muzeylər, onların yerləşdiyi binaların tarixi haqqında geniş məlumat verilir. Azərbaycan Milli Tarix Muzeyindən bir növ reportaj yazan müəllif bildirir ki, bu muzey 1920-ci ildə yaradılıb: Muzeyin yerləşdiyi bina 1896-cı ildə məşhur neft taciri Hacı Zeynalabdin Tağıyev tərəfindən onun şəxsi evi kimi inşa edilib, birinci həyat yoldaşının vəfatından sonra isə milyonçu tərəfindən ikinci həyat yoldaşına hədiyyə edilib. Muzey Qafqazın ən böyük muzeylərindən hesab olunur. Burada 36 zalda 2500-dən çox eksponat mühafizə olunur. Bu baxımdan da sözügedən mədəni irs ölkənin tarixi mayakı hesab olunur...

Daha sonra Cinan Hüseyn Nizami, Musiqi Ədəbiyyatı, Xalça, İstiqlal muzeyləri, Rəsm Qalereyası, Axundov adına Milli Kitabxana, Opera Balet, Muğam teatrları haqqında əhatəli məlumatı qəzet vasitəsilə oxuculara çatdırır.

 

Azərbaycan xalqı ictimai xalqdır

 

Məqaləni oxuduqda məlum olur ki, həmkarımız Azərbaycan haqqında həm bir turist kimi məlumat toplayıb. O, Bakının maraqlı turizm mərkəzi olmasından bəhs edərək yazır: Azərbaycan xalqı ictimai bir xalqdır, belə ki, dil xalq üçün nəinki heç bir çətinlik törətmir, eyni zamanda ölkəyə gələn turist əcnəbi qonaqları salamlama hərarətinin ifadəsi olaraq gülümsəyir sənin hansı ölkədən gəldiyini bilməyə çalışır. Bu xalq eyni zamanda həftəsonu restoranlara, kafelərə getməyə, parklarda gəzməyə alış-veriş məqsədilə bazara çıxmağa üstünlük verir.

Bakıda gəzməli görməli bir çox turizm obyektləri var. Məsələn, Azadlıq meydanı, idman oyunları, kafelər, restoranların olduğu Bakı Əyləncə Mərkəzi, Kukla Teatrı, özünəməxsus strateji mövqeyi ilə seçilən Yaxt klub, habelə gözəl çimərlik istirahət zonalar.

Restoranlara gəlincə, onlar çoxçeşidlidir. Belə ki, restoranlarda müxtəlif ölkələrin mətbəxinə rast gəlmək mümkündür. Bu da o deməkdir ki, səfər zamanı yalnız milli üslubda xüsusi göyərtilərlə bişirilmiş kabab yeməklə kifayətlənmirsən. Göyərtilər içərisində qırmızı reyhan öz füsunkar dadı özünəməxsus ətri ilə diqqəti cəlb edir. Azərbaycanlılar qırmızı reyhanı xüsusən günorta axşam yeməklərində əsas qida vasitələrindən hesab edirlər...

 

Regionlarımız əcnəbi həmkarımızın təsvirində

 

Müəllif məqaləsində Azərbaycanın regionlarının turizm potensialı barədə geniş söhbət açır. Onun fikrincə, Qəbələ çox qədim 2000 illik tarixə malik olmaqla, həm istirahət zonası kimi gözəl dağlıq regiondur öz şabalıd meşələri, çayları, gölləri füsunkar təbiəti ilə tanınır. İsmayıllı isə Bakıdan 185 kilometr məsafədə yerləşir Azərbaycanın ən dilbər guşələrindən biridir.

Ölkəmiz haqqında kifayət qədər bilgi toplayan müəllif daha sonra yazır: Suraxanı Bakıdan 30 kilomatr məsafədə yerləşir. Orada 12-ci əsrdə hindistanlı alimlər tərəfindən tikilən Atəşgah mövcuddur...

Balakən çayların, dağların meşələrin çoxluğu ilə seçilir. Bakıdan 394 kilometr məsafədə yerləşən bu rayon öz bitkiləri ilə məşhurdur...

Zaqatala isə Böyük Qafqazın dağlıq regionlarındandır...

Məqalədə eyni zamanda Lənkəran, Astara, Masallı, Quba, Qusar digər rayonlarımız haqqında da məlumatlar yer alıb.

 

Odlar Yurdu

 

Həmkarımızın bu başlıq altında dərc etdirdiyi fikirlərini olduğu kimi veririk: Azərbaycan sözü Odlar Yurdu mənasını ifadə edir. Bu ad onun təbii sərvətlərə, neft qaza malik olmasından qaynaqlanır. Ölkə Şərqlə Qərbi ticarət sahəsində birləşdirən İpək yolu üzərində əlverişli mövqedə yerləşib.

Azərbaycan başqa bir tərəfdən götürdükdə isə Zaqafqaziya regionunun şərq hissəsində yerləşməklə, şimaldan Rusiya, şimal-qərbdən Gürcüstan, cənub-qərbdən Ermənistan, cənubdan isə İran Turkiyə ilə həmsərhəddir.

Ölkənin rəsmi dili türk dilləri ailəsinə mənsub olan Azərbaycan dilidir. Əhalinin əksər hissəsi rus türk dillərində, bəziləri isə fars ingilis dillərində danışa bilir. Milli valyuta manatdır...

Müəllif Bakının 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı seçilməsi münasibətilə ölkəmizdə keçirilən tədbirlərdən bəhs edərək bildirir ki, Azərbaycan paytaxtının tarixi dəyəri təkcə tarixin qoruyub saxladığı qədim abidələrlə deyil, eyni zamanda onun 2009-cu ildə İslam mədəniyyəti paytaxtı elan edilməsinə səbəb olan islam abidələri ilə ölçülür.

Məqaləsinin sonunda Cinan Hüseyn Azərbaycanın ovçuluq təsərrüfatı, flora faunası, ölkəmizdə kütləviləşən idman növləri haqqında da geniş məlumat verir.

 

 

Fəxriyyə ABDULLAYEVA

 

Mədəniyyət.- 2009.- 19 iyun.- S. 9.