“Həyat, söylə, sən kiminsən

 

Cəfər Cabbarlı... Böyük sənətkarın adını daşıyan Respublika Gənclər Kitabxanasında keçirilən tədbirdən öncə poetik bir mətləb üstə kökləndim...

 

...Deyirlər, ədiblər gələcəyə məktub yazanlardır.

Onlar öz “məktub”larında həyatı insanlara anlatmağa çalışırlar. Şeir, poema, hekayə, roman s. formalarında olan bu “məktub”lar oxucu-sevgililərə şanlı həyatsevərlik, mübarizlik, əzmkarlıq aşılayırlar. Aşılayırlar ki, yaşamağı bacaraq. Ötəri səbəblərdən məyuslanmağımızın qədər mənasız olduğunu dərk edək. Görək ki, həyatımızı qədər mənasızlıqlarla çətinləşdirmiş, keçilməzliklər yaratmış bunlara qədər vaxt, enerji sərf etmişik.

Ədəbiyyat tarixinin maraqlı məqamlarından biri də ədibin öz dövründə anlaşılmamasıdır. Bu, təbii deyilmi?.. Axı sənin yazdıqların gələcəyə yazılmış “məktublardır”. Qorxma, bu məktubları gələcək oxucular anlayacaqlar. Sən öz keçmişində qalsan da, gələcəyində demək istədiyin anlaşılacaq.

İndi biz neçə-neçə illər, əsrlər öncə yazılmış “məktubları” - ədəbi əsərləri - anlamağa çalışmırıqmı? Anlamaq üçün təkrar-təkrar oxumuruqmu?

Gələcəyə “məktub” yazanlardan biri də Cəfər Cabbarlı olub. O, mürəkkəb, ziddiyyətli bir tarixi - ədəbi dövr səhnəsindən bu səhnənin həm qaranlıq, həm işıqlı cəhətlərini bizə çatdırmaq üçün gəlmişdir. Ədib “məktubları”nın birində deyir:

  

   Ey Şərq, sənin üstündə

    cahan çarpışırkən,

   Aləm səni bölməklə səadət bölüşürkən,

   Övladın əsarətdə, yazıq, can çəkişirkən,

   Hələ sükut etməkdəsən,

    ey evi bərbad!

   Kimdən, əcəba, ummadasan,

    dərdinə imdad? 

 

Bu “məktubları” oxuduqca, insan həyat yaşamının “mənəvi rənglərinin” hər zaman eyni olduğunu görəcəksən. Əgər diqqətlə oxusan, zamanın səninlə həyat birinciliyi uğrunda minimum “1:0” hesabı ilə öndə başladığı oyunun gedişini anlayacaqsan.

  

   Mən susmaz bir duyğuyam ki,

    ürəklərdə gəzərəm,

   Mən səninçin ömrüm boyu

    cəfalara dözərəm.

   Sənsiz güllər açılmasın,

    axar çaylar dayansın,

   Oxu, bülbül, bəlkə yarım oyansın!..

 

Ədəbiyyatdan az-çox xəbəri olanlar C.Cabbarlı yaradıcılığının çalarlarını görüb-duymamış olmazlar.

C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında görkəmli ədibin 110 illik yubileyinə həsr olunmuş “Oxşa məni, yeni tanrım, sevindir. Artıq fikrim, ruhum, duyğum sənindir” adlı ədəbi-bədii gecə keçirildi onun yaradıcılığına müxtəlif aspektlərdən müraciət olundu.

Tədbirdə iştirak edənlər - kitabxananın direktoru Tahir Sadıqov, cabbarlışünas Asif Rüstəmli, şair Gülhüseyn Hüseynoğlu, filologiya elmləri doktoru Rəhim Əliyev, teatrşünas Atababa İsmayılov, C.Cabbarlının qızı Gülarə Cabbarlı başqaları ədib haqqında fikirlərini bölüşdülər.

Ədəbi-bədii gecədə İ.Əbilov adına Mədəniyyət Mərkəzinin “Şəlalə” xalq çalğı alətləri ansamblı C.Cabbarlının şeirlərinə bəstələnmiş mahnıları səsləndirdi. Cəmi 35 il yaşamaq bu yaşamın 20 ilini gələcəyə müxtəlif janrlı - hekayə, şeir, dram, məqalə başqa - “məktublar” yazmaq hünər istər. Görkəmli dramaturq, yazıçı, şair, tənqidçi, mühərrir, teatr kino xadimi, ssenarist, rejissor, əməkdar incəsənət xadimi Cəfər Cabbarlı yorulmadan Azərbaycan mədəniyyətinin inkişafı üçün çalışdı. Ədəbi-bədii gecədə C.Cabbarlının həyat yaradıcılığına həsr olunmuş “Vaxtsız qırılan ömür” adlı kitab sərgisinə baxış da keçirildi. Yenə onun “gələcəyə yazdığı məktublar”ını oxuduq. Yenə nəsə öyrəndik. C.Cabbarlı həyatın nələri diqtə etdiyini bizə bir daha xatırlatdı.

  

   Axan çaylar, sən kiminsən? -

    Mənə körpü salanın!

   Doğan günəş, sən kiminsən? -

    Məndən işıq alanın!

   Sonsuz fəza, sən kiminsən? -

    Mənə qanad çalanın!

   Həyat, söylə, sən kiminsən? -

    Mən həyatı öyrənənin,

    bacaranın, alanın!

 

 

Turan

 

Mədəniyyət.- 2009.- 26 iyun.- S. 2.