Avstriyalı mütəxəssis Turizm İnstitutunda olub

 

İMC Universitetinin rektoru Hans Boyer ATİ-nin fəaliyyətindən razı qalıb

 

2007-ci ildə Mədəniyyət Turizm Nazirliyi Azərbaycan Turizm İnstitutu Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti ilə Turizm təhsili sahəsində beynəlxalq əməkdaşlıq müqaviləsi Akademik Müqavilə imzalayıb. Müqavilənin şərtlərinə əsasən İELTS 6.0 bal toplayacaq ATİ tələbələri 4 illik bakalavr təhsili müddətinin sonunda həm ATİ-nin, həm Krems Tətbiqi Elmlər Universitetinin diplomları ilə təltif olunacaqlar.

İMC Universitetinin rektoru Hans Boyer martın 4-də ATİ- olub institutun rəhbərliyi ilə görüşüb. Azərbaycan Turizm İnstitutundan qəzetimizə verilən məlumata görə, görüşün əsas məqsədi əməkdaşlıqla bağlı görülən işləri müzakirə etməkdən ibarət olub. H.Boyer ATİ-nin fəaliyyəti ilə maraqlanıb gördüklərindən razı qaldığını bildirib. Görüşdə gələcək əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparılıb. Avstriyalı mütəxəssis Turizm İnstitutunun genişlənməsinə ayrıca bir şəhərciyin salınmasına ehtiyac olduğunu bildirib. Yaxşı turizm mütəxəssisi olmaq üçün təkcə nəzəriyyənin kifayət etmədiyini deyən qonaq bildirib ki, institutun nəzdində salınan həmin şəhərcikdə müasir tələblərə cavab verən hotelin tikilməsi tələbələrin həmin hoteldə praktika keçməsi çox səmərəli olardı.

Bundan başqa, H.Boyer gələcəkdə ATİ-nin nəzdində qonaqpərvərlik menecmenti üzrə kollecin yaradılmasını da təklif edib. Çünki Azərbaycan turizm sənayesinin gələcəyi heç bakalavr təhsilli mütəxəssislərdən asılı deyil. Ölkədə turizm inkişaf etdikcə, daha aşağı təhsilli işçilərə (ofisiant, hotel xidmətçiləri s.) ehtiyac olur. Bu baxımdan da Avropa standartları səviyyəsində qurulan kollec təhsilinin olması vacibdir.

Görüşdə həmçinin ATİ-nin magistr proqramının reallaşdırılması məsələsi də müzakirə edilib.

Qeyd edək ki, İMC Universitetinin ATİ-yə verdiyi lisenziyaya əsasən ikili diplom almış tələbələr İMC Universitetinin magistrantı olmaq şansı ilə bərabər dünyanın istənilən ölkəsində işlə təmin olunmaq imkanı da əldə edirlər.

 

 

Fəxriyyə ABDULLAYEVA

 

Mədəniyyət.- 2009.- 6 mart.- S. 9.