Təbiətin «gözəl qüsuru»

 

Kütləvi kataklizmlərin çoxaldığı, dünyanı bürüyən ekoloji fəlakətlərin Yer kürəsini titrətdiyi indiki zamanda mütəxəssislər, alimlər belə bir fikir irəli sürürlər ki, artıq həyatın sonu gəlib çatıb. Bu barədə hətta əsaslı faktlar da irəli sürülür. Amma burada böyük rus yazıçısı Dostoyevskinin söylədiyi «Gözəllik dünyanı xilas edəcək» fikri yada düşür. Görəsən, bu dahigözəllikdeyəndə nəyi nəzərdə tutub? Rafaelin, Qoyyanın, onlarca rəssam heykəltəraşın yaratdığı qadın cizgiləri əks olunmuş sənət nümunələrini, yoxsa insanlar arasındakı münasibətlərin səmimiliyini? Bu siyahını uzatmaq da olar, çünki bu çox mübahisəli bir fikirdir. Amma nədənsə gözəllik haqqında danışarkən ilk əvvəl gözümüzün qabağına bütün incəlikləri özündə cəmləşdirən qadın fenomeni gəlir. Qadın kimdir?

Deyirlər ki, qadın - təbiətin yaratdığı ən gözəl qüsurdur. Bəs görəsən, təbiət bu «gözəl qüsuru» necə yaradıb?

Rəvayətə görə, Allah bu dünyanı 7 günə yaratdı. hər şey verdi bu dünyaya: torpaq, hava, su, dağ, meşə. Lakin Xudavəndi-aləm duyurdu ki, bu dünyanın nəyi isə çatmır. bu zaman Tanrı yerin ilk sakinini - Adəmi torpaqdan yaradaraq ona nəfəs verdi. Lakin yenə isə çatmırdı. bu çatışmazlıq Adəmin özünü darıxdırırdı. Elə buna görə Allah bu dəfə Adəmin sol qabırğasından yerin ilk qadını Həvvanı yaratdı. yazıqlar ki, qadın Həvva ilə kişi Adəm bir-birini başa düşmədilər. O zaman Allah özünə məxsus olan sevgidən bu iki gəncin qəlbinə saldı ki, onlar bir-birilərini sevsinlər, bir-birilərinə arxa-dayaq olsunlar, bir-birilərini bağışlamağı bacarsınlar. Elə o zamandan da bu dünyada dostluğun, məhəbbətin əsası qoyuldu. Bu dünyada kişinin ilk dostu qadın oldu. Harada ki, bu dostluq var, harada ki, bu dostluğun içində bir Allah sevgisi var, orada dünyanın bütün gözəlliyi tamlanır. Orada xoşbəxtlik var, səadət var. nəhayət, Allahın ən xoş nəzəri var. Dünya durduqca bu dostluqdan qaçmaq mümkün deyil. Lap son nəfəsdə olsa, bu dostluğa, bu nəfəsə bir ehtiyac var, bu sevgiyə bir ümid var.

Digər bir əfsanəyə görə, isə Allah-təala gülün gözəlliyini, yarpağın yüngüllüyünü, ceyranın baxışını, dovşanın qorxaqlığını, tovuz quşunun qüsurunu, tutuquşu sinəsinin yumşaqlığını, pələngin qəddarlığını, qu quşunun etibarını, arı pətəyinin yığcamlığını, balın şirinliyini, ilanın zəhərini, buludların iniltili göz yaşını, almazın sərtliyini, küləyin dəyişkənliyini, qızılın saflığını və nəhayət, Adəm babanın bir qabırğasını götürüb qarışdıraraq qadını yaradıb.

 Qadın - bizə həyat verən, canından can bağışlayan, ömürlük qulu, köləsi olduğumuz anadır. Əli öpülən və ayağının altında cənnət olan möhtəşəm ana. Onu istədiyimiz qədər incidə bilərik, ancaq o bizdən inciməyəcək. Bircə yol əlindən öpməyimiz yetər ki, bütün günahlarımızı bağışlasın, yenə bizi sevə-sevə, əzizləyə-əzizləyə isti qucağına alıb uşaqlığımızdakı kimi layla desin. Anaları bəzən mavidən mavi, təmizdən təmiz göy üzündə bir parça ağappaq buluda, övladları isə buludların tökdüyü leysanın bir damlasına bənzədirəm. Hərdən dumanda yolunu azmış uşaq kimi əlacsız, köməksiz anlarımızda hər zaman, hər birimizin möhtac olduğu bir cüt məhəbbətlə dolu ana gözlərinə, nəvaziş dolu «ana qurban» kəlməsinə hansımız ehtiyac hiss etməmişik? Anaların ürəyi sahilsizdir, məhəbbəti . İnamı da, dözümü . Göylərə sonsuzluğu, Günəşə məhəbbəti, insana inamı, dünyaya dözümü analar bəxş edib. Hər birimizin qəlbində bu sonsuzluğun, məhəbbətin, inamın, dözümün bir zərrəsi yanır. Dünyamızı köhnə sahmanında ləngərli saxlayan da, onu hər yeni gəlişilə dəyişən, təzələyən analarımızdı. Biz ömrümüzlə, taleyimizlə, beşikdən son anımızadək analara borcluyuq. Bizi yaradan, yaşadan, qayğısı ilə ovudan analara borcumuzu ödəyə biləcəyikmi? Son anımıza qədər bu qayğıya möhtacıq.

Qadın - dərdimizə, qəmimizə ortaq olan, sevincimizə şərik çıxmağı bacaran, təmənnasız qayğısı, nəvazişi ilə bizə dayaq olan bacıdır. Ailənin cəfakeşi, incə, həssas, zərif, ağıllı, mehriban, ülfətli və namuslu bacı.

Qadın - sevgilidir. Bir ingilis yumorunda deyilir: Allah öncə kainatı yaratdı, sonra istirahət elədi. Allah sonra kişini yaratdı yenə istirahət elədi. Nəhayət, Allah qadını yaratdı o vaxtdan Allah istirahət eləyib, kişi. Əlbəttə, bu bir zarafatdır. Əslində isə qadın gələcəyin yaradıcısıdır. Gələcək nəsli dünyaya gətirən , onu tərbiyə edən qadındır.

Fransızlar hamilə qadın görəndə şlyapalarını çıxarırlar, yaponlar hamilə qadınla rastlaşanda təzim edib ona yol verirlər. Çünki qadın - anadır, qarşısında da baş əyməyə dəyər. insanlar Allah-təaladan savayı, yalnız ananın qarşısında baş əyə bilərlər.

Qadın - ömür-gün dostu, qəlb sirdaşı, sevgi dünyasının şahı, ev-eşiyin bəzəyi, od-ocağın istisi, həyat yoldaşıdır. Onun bir şirin gülüşü, gözəl təbəssümü günəş şüasının hərarətinə, qaş-qabağı isə yarpaq tökümünə bənzər.

Qadın - bütün varlığı ilə bizə bağlı olan, nazımızı çəkib, könlümüzü oxşayan, bizi son mənzilə yanıqlı laylalarla yola salan övladdır.

Sonda isə bu bahar ayının bahar ətirli bayram günündə sizi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm, əziz qadınlar! Ruhunuzu heç vaxt, heç bir vəziyyətdə kədər, ümidsizlik bürüməsin. Qəlblərinizin odu heç vaxt sönməsin, mehriban çöhrənizdən gülüş, təbəssüm heç vaxt əskik olmasın! Sizlərə bahar səması qədər saf, quzey qarı qədər təmiz, ləkəsiz bir məhəbbətlə sevib-sevilməyi arzu edirəm! 

 

 

Nahidə Nəcəfova

 

Mədəniyyət.- 2009.- 6 mart.- S. 3.