Azərbaycan mədəniyyətində muğam.

 

Azərbaycan mədəniyyətində özünəməxsus yer tutan, xüsusi musiqi janrı kimi tanınan muğam əsrlərdən bəri nəsildən-nəslə ötürülən bir xəzinədir. Bu xəzinə heç zaman öz gərəklik heyranedicilik qüvvəsini itirmir.

Həm dünya musiqi mədəniyyətinin parlaq səhifəsi olan muğamı öyrənmədən, tədqiq etmədən dünya mədəniyyətinin inkişaf yollarını tam işıqlandırmaq mümkün deyil.

Muğam bir forma kimi uzun müddətli təşəkkül yolu keçmişdir.

Bir çox Şərq xalqlarının şifahi ənənələrinə əsaslanan bu musiqi janrı hər diyarda özünəməxsus xüsusiyyətlərinə görə seçilir. Lakin İranda dəstgah, özbək taciklərdə - şaşmakom, uyğurlarda ərəblərdə - makam, hindlilərdə - raqa s. adlanan bu şifahi sənət fenomeninin zirvəsində Azərbaycan muğamı durur.

Muğamların yaranması haqda müxtəlif tədqiqatçılıq versiyaları mövcuddur. Bu böyük sənət nümunələrinin ilk dəfə hansı ölkədə yarandığı hələ dəqiq müəyyənləşdirilməmişdir. Lakin belə güman etmək olar ki, əvvəllər muğam sənəti bir sıra Şərq xalqlarının musiqi mədəniyyətində tipik bir hal kimi təzahür etmiş, sonralar isə hər birində - ümumi kök üstündə müstəqil yolla inkişaf etmiş Şərqdə müstəqil dövlətlərin formalaşması dövründə özünəməxsus milli cizgilər kəsb etmişdir. Azərbaycan mədəniyyətinin qədim laylarına aid olan muğam həmişə diqqət mərkəzində olmuş, bir çox alimlərin tədqiqat obyektinə çevrilmişdir. Bəzi mənbələrə görə, muğam sözünün mənası - Muğan (Azərbaycanda yer, ərazi) adı ilə bağlı olmuş, muğ-mağ-maq-od an mənsubiyyət şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. Muğamın kökləri maq-şaman musiqisi ilə sıx bağlı olmuş bu mədəniyyətin zəngin mənbəsindən qidalanmışdır. Muğ-mağ mədəniyyətinin zənginliyinə bir çox xüsusiyyətlər - yəni maqların yaşadığı coğrafi ərazi, isti iqlimi ilə bərəbər, sürdüyü həyat tərzi, fəaliyyətləri təbii proseslər nəticəsində meydana çıxan mərasimlər təsir göstərirdi. Gerçəkliyin dərk olunmasında həyat-ölüm, yaxşı-pis, işıq-qaranlıq kimi məfhumları bir-birindən ayırmayan bütün baş verən hadisələri müxtəlif çalarları ilə qəbul etməyi bacaran muğlar üçün musiqi bilik zövq mənbəyi olmuşdur. Muğamların yaşadıqları ərazidə isti iqlimin hökm sürməsi, yalnız şüaları ilə yeri isitməsi ilə kifayətlənməyən, eləcə biliyin çatdırılmasında əvəzsiz rol oynayan Günəşin yerdə təmsilçisinə Oda sitayiş etməsi, onun şərəfinə məbədlər ucaltması, himnlər oxuması heç ele-belədən yaranmayıb.

Məlum olduğu kimi, muğamın özülündə xalq yaradıcılığı durur. Muğam bir çox məqamlarda folklor təfəkkürü qanunları ilə qurulur. Muğamdakı folklor mənbəyi xalq sənətinin dərinliklərindən gələn öz qanunlarını diktə edir.

Azərbaycan incəsənətinin bir çox sahələri ilə sıx bağlı olan muğamın folklorla əlaqələri incəsənətimizin təkrarolunmaz özünəməxsusluğunu aşkarlamağa imkan verir.

Professional muğam sənətinin digər bir aspekti xanəndə - ifaçılıq sənəti ilə bağlıdır - onu onun nəsildən-nəslə ötürüb, müasir dövrümüzə çatdıran yüksək səviyyəli peşəkar xalq ifaçıları - xanəndə sazəndələr olmuşlar. məhz onların sayəsində muğam sənəti daha da təkmilləşmiş, inkişaf etmişdir. Xanəndəlik sənətinin yaranmasında musiqi poeziyanın vəhdəti mühüm rol oynamışdır. Şairlər öz şeirlərini musiqinin müşayiəti ilə ifa edirdilər. Bu zaman şair aktyora, musiqi müşayiətçiyə çevrilir, beləliklə, xüsusi bir dramaturji məqam-məkan yaranırdı. Peşəkar poeziyada çox geniş yayılmış qəzəlin musiqililiyi onların ifası, oxunması ilə daha da artırdı. Muğamın məhz folklor qaynaqlarına müraciəti onun obraz-emosional məzmununu daha geniş aça bilir.

Muğam özündə çox şeyi assimilyasiya etmişdir. Burada lirik mahnı melodiyasının, kədərli ağı intonasiyalarının, mərasim havalarının, qəhrəmanlıq marşların sədalarını eşitmək olar. Maraqlıdır ki, folklorda da bu cür sintez vardır. Beləliklə, muğam özündə həm epik, həm lirik, həm dramatik xassələri cəmləşdirir.

Azərbaycan xalq musiqisinin özəlliyini nəzəri cəhətdən geniş hərtərəfli işıqlandıran ilk əsər Üzeyir Hacıbəyovun 1945-ci ildə yazdığı Azərbaycan xalq musiqisinin əsasları kitabı olmuşdur. Dahi bəstəkarın bu əsərinə görə Azərbaycan professional musiqisinin əsasını muğamlar təşkil edir.

Bu cəhətdən o, öz elmi əsərindən Azərbaycan muğamının quruluşunu, hissi-emossional əsaslarını, xüsusiliklərini səciyyəli cəhətdən tədqiq etmiş, muğamların səda qatarında səslərin yerləşdirilməsi üsullarını təhlil etmiş, aydınlaşdırmış, ladların quruluşu üçün tərtib qaydaları müəyyən etmişdir.

Azərbaycanda bəstəkarlıq yaradıcılığı öz inkişafına başladığı ilk gündən muğam sənəti ilə sıx bağlı olmuşdur. Azərbaycan bəstəkarlarının əsərlərinə müraciət etsək, görərik ki, onlar - mahnıdan tutmuş operaya qədər - muğamlardan bu ya başqa dərəcədə istifadə etmişlər. Onlardan bəziləri muğam melodiyasını olduğu kimi saxlamaqla (yəni sitat şəklində), bəziləri muğamların ayrı-ayrı musiqi ünsürlərindən istifadə etməklə, bir qismi isə muğamların ifadə vasitələri - məqam-intonasiya, melodiya, metro-ritm ünsürləri ilə orijinal əsərlər yaratmağı öz qarşılarına məqsəd qoymuşlar.

Muğamlar Azərbaycan operalarına daxil edilmiş bu əsərlər muğam operaları adını almışdır. Bu janrı Azərbaycan musiqisinin klassiki Üzeyir Hacıbəyov yaratmış onun ilk inkişaf yollarını müəyyənləşdirmişdir.

Üzeyir Hacıbəyov ənənəsini davam etdirən bəstəkarlardan Müslüm Maqomayev Zülfüqar Hacıbəyov Şah İsmayıl Aşıq Qərib muğam operalarını yaratmışlar. Muğamlardan bu cür istifadə - başlanğıc mərhələ kimi - ilk Azərbaycan operalarının musiqi - dramaturji fikrinə tam uyğun gəlmişdir. Sonralar Azərbaycan bəstəkarları muğam sənətinə daha yaradıcı yanaşmağa başlamışlar. Beləliklə, muğamsayağı melodiyaların mövzuların yaranması dövrü yaranmışdır.

Fikrət Əmirov 40- illərin axırlarında bu janrın bütün ifadə imkanlarının, muğam simfonizminin yaradıcısı kimi meydana çıxır. O, Azərbaycan musiqisində yeni janr olan simfonik muğam yaradır (Şur Kürd ovşarı, Gülüstani Bayatı-Şiraz). Fikrət Əmirovdan sonra Niyazi bu janra müraciət edərək özünün Rast, S.Ələsgərov isə Bayatı-Şiraz simfonik muğamlarını yaradırlar. Əhəmiyyətli təcrübə qazanan bəstəkarlıq yaradıcılığının ən müxtəlif janrları ilə təqdim olunan bu janrın yaranması Azərbaycan musiqisinin çiçəklənməşi şəraitində mümkün olmuşdur. Bu dövrdə simfonik yaradıcılıq Azərbaycan musiqisində mühüm yer tutur. Artıq Böyük Vətən müharibəsi illərində Qara Qarayevin, Cövdət Hacıyevin, Soltan Hacıbəyovun ilk milli simfoniyaları yaranır. Azərbaycan bəstəkarlarının simfonizmə dərindən yiyələnməsi məhz simfonik muğamın yaranmasının əsas şərtlərindən biri oldu.

Azərbaycan bəstəkarlarının istifadə vasitələrinə çevrilmiş muğamsayağı üslub polifonik formalara da daxil olmuşdur. Q.Qarayevin Fortepiono üçün 24 prelüd əsərinin 4-cü dəftərində olan fuqanı buna misal göstərmək olar.

Azərbaycan bəstəkarlarının muğamlardan bu cür geniş hərtərəfli istifadə etmələri bu janrın zəngin imkanlara malik olduğunu onu dərindən tədqiq etmək lazım gəldiyini bir daha göstərir.

Beləliklə, gələcəkdə müxtəlif nəslə mənsub olan bəstəkarlarımız şifahi-professional janr nümunələrinə, ələlxsus muğamlara müraciət edəcək, onların əsasında musiqi xəzinəmizi zənginləşdirərək yeni-yeni töhfələr yaradacaqlar. Biz buna inanırıq. Çünki bu gün doğma Azərbaycanımızda muğama dövlətin diqqət qayğısı göz qabağındadır. Təsadüfi deyil ki, səsi qədim dövrlərdən gələn bu möhtəşəm musiqi xəzinəsi YUNESKO tərəfindən Dünya mədəniyyətinin ən qiymətli incisi kimi bəşəriyyətin yaratdığı əvəzolunmaz abidələri siyahısına daxil edilmişdir. Muğamın son illərdə daha da şöhrət tapması Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Mehriban xanımın təşəbbüsü sayəsində keçirilən muğam konsertləri, ifaçılara diqqət, beynəlxalq aləmdə, respubikamızda muğamın təbliği ilə bağlı gördüyü işlər, eyni zamanda yenicə istifadəyə verilmiş, öz nəfis görünüşü ilə adamı heyran edən Muğam evi bu qayğının bariz nümunəsidir.

 

 

Jalə Qulamova,

sənətşünaslıq namizədi.

 

Mədəniyyət.- 2009.- 20 mart.- S. 4-5.