Gəncədə Məmməd Bürcəliyevin yubileyi qeyd edilib

 

Gəncədə Azərbaycan teatr və kino sənətinin inkişafında böyük xidmətləri olan xalq artisti Məmməd Bürcəliyevin 95 illik yubileyi qeyd olundu. Tədbirdə aktyorun həyat yaradıcılığına ətraflı nəzər salındı. Bildirildi ki, Məmməd Bürcəliyevin sənətkar kimi yetişməsində Mikayıl Müşfiq, Süleyman Rüstəm Sabit Rəhmanın təsirləri olub. Xalq artistinin nəvəsi Anar Bürcəliyev yubilyar haqda xatirələrini söylədi. 1914-cü ildə Şəki şəhərində anadan olmuş Məmməd Bürcəliyev Sabit Rəhmanın dəvəti ilə 1932-ci ildə Şəki Dövlət Dram Teatrına aktyor kimi dəvət alıb. Lakin aktyorun teatr həyatı qədim Gəncə ilə bağlı olub. O, həyatının sonuna kimi Gəncə Dövlət Dram Teatrında çalışıb, bu səhnədə 300-dən artıq maraqlı, yaddaqalan obrazlar canlandırıb. Od gəlinində Altunbay, Aydında Səlim, Nəsrəddin şahda Cavad xan, Almazda Şərif başqa bir-birindən dəyərli obrazlarla saysız-hesabsız tamaşaçı rəğbəti qazanıb. Tədbirdə çıxış edən Gəncə Şəhər Mədəniyyət Turizm İdarəsinin rəisi Mina Məlikova bildirib ki, M.Bürcəliyev mahir aktyor, gözəl insan olmaqla yanaşı , həm istedadlı rejissor idi. O, 11 pyesə quruluş verib.

Yubiley tədbiri Göygöl Mahnı və Rəqs Ansamblının bir-birindən maraqlı ifaları ilə sona yetib.

 

 

Günay Asifqızı

 

Mədəniyyət.- 2009.- 1 may.- S. 5.