Uğur

 

Elçinin Şekspir tragikomediyası Üns Yaradıcılıq Səhnəsində

 

Tamaşa başlayır. Hər birini bir ağxalatlının ağır-ağır dartdığı ikitaylı qapının hansı bir dünyaya açıldığı hələ səhnənin özü kimi qaranlıq, baş verə biləcək hadisələr isə böyük sual altındadır. İlk baxışdanca əla rejissor və rəssam işinin işartıları görünür. Tamaşaçı əvvəlcədən özünü qeyri-adi bir süjet üçün hazırlayır. Çünki əsərin adının özü də sualdır: - Şekspir. Qapılar Ruhi Xəstəliklər Klinikasına açılır. Bura balaca bir dünyadır. Bu balaca dünyada isə böyük dünyamızın, bəşəriyyətin az qala yarandığı gündən üzləşdiyi problemlərin həlli axtarılır.

 

Ruhi Xəstəliklər Klinikasında müalicə olunan (əslində burada kimin kimi müalicə etdiyi sonra məlum olacaq) insanların hər birinin öz dünyası var. İkihissəli tragikomediyada personajların sayı o qədər də çox deyil. Səkkiz nəfər aktyorun təqdim edib, yaratdıqları səhnə təəssüratı isə olduqca böyük, qoyulan problem isə bəşəri və əbədidir; İnsanın insana sevgisi və məhəbbəti, bir də onun inamı. Elə bu inamın nəticəsidir ki, özündə həm ər, həm arvad cütlüyünü gəzdirən, özünə xəyali bir ər uyduran (əməkdar artist Ayan Mirqasımova) Ər-Arvad axırda hamilə olur. Bioloji cəhətdən mümkün olmayan hadisə baş verir. Qadın heç bir əks cinslə münasibəti olmadığı halda, tamaşanın sonunda hamilə qalır. Bu, İNAMın qələbəsi idi. İNAM varsa, mümkün olmayan da mümkündür. Fəlsəfəsinin təntənəsi. İnsanlar, bir-birinizə inanın deyir, Ər-Arvad.

Əsəri xalq yazıçısı, görkəmli dramaturq Elçinin yaradıcılığa başladığı vaxtdan bu günədək təkrar olunan uğurlarının böyük davamı kimi qiymətləndirmək olar.

Müasirlik, millilik, tarixilik kimi yüksək amalların qabardıldığı Elçin yaradıcılığında bu dəfə bəşəriliyin daha da geniş şəkildə önə çəkildiyinin şahidi oluruq. Yer adlı planeti ölkələrə, şəhərlərə ayırıb, sərhədlər çəkməyin mənasız olduğunu deyən 13ün Bangerprangür planetindən gələn bəni-insanın monoloqu dəlilərin ağıllılara dərsidir. Tamaşanın ən maraqlı surəti olan 13 obrazını əməkdar artist Firdovsi Atakişiyev məharətlə yaradır. O, hər dəfə səhnədə görünəndə tamaşaçı sanki özünü yeni bir ovqata kökləyir ona diqqətlə qulaq kəsilir.

Tamaşadakı ağıllılar (tibbi personal) da bu dəlidən doğru xəbər gözləyirlər.

Veneralı (xalq artisti Raiq Əliyev) Yerə - insanlar arasına gəldiyindən sanki peşmandır. Onun bir obraz kimi alovlu monoloqu var, çılğın hərəkətləri . Gah mat-məəttəl oturub xəyallara dalır, gah da əllərini göyə qaldırıb, heykəlsayağı oraya-uzaq ulduzlara, Veneraya baxır. Hərəkətləri ilə mən sizə doğru can atıram, sizsizəm , mən bu bəni-insanlar arasına niyə düşmüşəm deyir.

Tamaşadakı obrazlar öz tale həyatlarının nəğməsini oxuyurlar. Amma hərə özünəməxsus. Stalin (əməkdar artist Cəfər Əhmədov) elə yenə həmin Stalindir. Köhnə dünyası ilə yaşayır. Onun tez-tez Yoldaş Sara Bernar! deməsi bu gözəllik sənət ilahəsini bezdirir. Mənə yoldaş deməyin deyə etiraz edir. Stalin isə insan cəngəllik qanunları ilə idarə olunur deyir. İllər, min illər keçir, insanlıq köhnədən təzəyə, xırdadan aliyə çox ləng bir sürətlə gedir. Bu problem əsərdə olduqca uğurlu qoyulub.

Səhnə tərtibatı yorucu deyil. Fonda hər bir aparıcı hadisənin öz görüntüsünün təsviri yaradılır. Stalinin xəstəxana geyimindəki şalvarı boyu uzanan qıpqırmızı lent tamaşaçıya haqsız axıdılan qan çaylarını xatırladır. Bu baxımdan əməkdar incəsənət xadimi, rəssam Nüsrət Hacıyevin verdiyi tərtibat modern bir təsir bağışlayır Azərbaycan teatr səhnəsi üçün ənənəvi deyil.

Ruhi xəstələr məhəbbətdən zövq ala bilirlər, xəyalən də olsa ülvi hisslər yaşayırlar. Ər-Arvadın heç nədən hamilə olması da bununla bağlıdır. Sara Bernar əsərin ən maraqlı, ovqat yaradan, müsbət emosiya verən, gözəlliyə, ülvililiyə, məhəbbətə səsləyən obrazıdır. Bu füsunkar səhnə sənət ilahəsi Şekspiri, onun Romeo Cülyettasını bir qu nəğməsinə çevirir. Dramaturq, Şekspirin Romeo Cülyettasını əsərin aparıcı xəttinə çox ustalıqla çıxarmaqla, sənət gözəlliyi ön xəttə çəkir. Tragikomediyanın əsas qayəsi budur: dünyanı sevgi sənət, insanın insana inamı, gözəllik məhəbbət xilas edəcək. Renessans dövrünün Şekspiri, əslində özündənəvvəlki özündənsonrakı epoxaların sənət məhəbbət, gözəllik səadət güvəncidir. Əsərin adı da məhz buna görə Şekspirdir. Stalin əməllərinin qurbanı ölüsü, Şekspir isə amallarının sənətin əbədisidir. Stalinin tövbəsinin dəlilər tərəfindən qəbul edilməməsi olduqca təbii görünür. Günahlar yuyulsa da, qanlar yuyulmur.

Sara Bernar, 13, Ər-Arvad obrazları təkcə balaca mikroaləmi lərzəyə salmır. Əslində, bu, cahanı lərzəyə gətirəcək bir diktədir.

Dəlilər ali hisslərdən, müqəddəs amallardan danışdıqları halda, ağıllılar, (onlar tamaşada tibbi personaldan ibarətdir) xırda hisslərlə yaşayır, qeybət qırır, baş həkimin üzünə gülüb, dalınca danışırlar. Həkimin, tibb işçisinin gözləri ruhi xəstələrin əllərindədir. Hətta, zavallı insanların sosiska, yumurta payından oğurlayıb evlərinə aparıb, ailələrinə yedizdirirlər.Dramaturq burda publisistik bir tonda danışır. 13-ün üsyanı belələrinə qarşıdır. Elə buna görə tragikomediya həm sosial dramdır.

Xırda hisslərlə yaşayan bu insanların başçıları - baş həkim də xırdaçılığa qapılıb tibb işçisinin gündə oğurladığı 3-4 sosiskanın hesabını aparır. Nə üçün baş həkim vəzifəsini tutduğuna cavab tapa bilməyən bu insan, bu dünyada niyə yaşadığına da cavab tapa bilmir.

Baş həkim (xalq artisti Məbud Məhərrəmov ) on yeddi ildir bu vəzifədə çalışır. Burada da tamah mənfəət beyinləri korlamaqdadır. Sıravi həkimin isə (əməkdar artist Sənubər İsgəndərova) ayrı amalı yoxdur, gözü baş həkimin yerində, bir göydəndüşmə bir məhəbbət axtarmaqdadır. Fərqi yoxdur, o necə olur-olsun. Bircə kişilik funksiyasını yerinə yetirə bilsin. Sara Bernarı isə yad planetin ülvi insanı daha çox cəlb edir.

Bir tərəfdə ali, bəşəri hisslər, gözəllik, məhəbbət və sənət, o biri qütbdə xırda məişət qayğıları, dedi-qodu, qeybət, başqasının tikəsinə göz dikmək, varlanmaq, var-dövlət hərsliyi...

Dəlilər tədricən ağıllıları dəyişdirib kamilləşdirə bilirlər. Baş həkim getdikcə saflaşır, müalicə etdiyi insanların dünyasına qovuşur. Əslində onda sağalma gedir. Buradakı dəlilər Servantesin dəliləri kimi sərsəm danışmırlar. Əgər Don Kixotdakı dəli Pərt olmayın mənim ağam, bu dəlinin sözlərinə baş qoşmayın, çünki əgər o, Yupiter olub sizə yağış yağdırmasa, mən sular allahı Neptunam, mən qədər lazım olsa vaxt istəsəm yağış yağdıraram.

Şekspirdəki dəlilər isə mehriban səmimidilər.Bir-birlərinə dərin hörmət məhəbbətləri var. Tamaşadakı ağıllılar isə, təəssüf ki, bu keyfiyyətlərdən uzaqdırlar. Buradakı dəlilər oğrudurlar, (əməkdar artist Fuad Osmanov) kimsənin payına göz dikirlər. Tibb işçisi Mən bir xəstələrin yeməklərindən oğramayacağam deyir. Durulma xarakter dəyişkənliyi baş tutur. Tamaşanın bədii rəhbəri, professor Nərgiz Paşayevanın, rejissor, əməkdar incəsənət xadimi Bəhram Osmanovun, xalq yazıçısı, görkəmli dramaturq Elçinin qarşıya qoyduqları istək uğurla öz həllini tapır. Amma bu hamısı deyil. Bəşəriyyət gözəlliyə, sevgiyə, sənətə vurğunluqla qayıtmasa, faciə ilə qarşılaşacaq deyir, bu gözəl tamaşanı Üns Yaradıcılıq Səhnəsində ərsəyə gətirənlər. Finala yaxın bütün iştirakçıların Sara, Sara, Sara Bernar! deyə səsləndikləri anın sevinci isə sonsuz əbədi bir təsir bağışlayır. Fəlsəfi-psixoloji ovqat tamaşaçını xeyli müddət düşündürür.

Sonda klinikanın açılan qapıları bağlanır. Tamaşa bitir. Amma belə bir bəşəri mövzunun uğurlu qoyuluşu problemin yüksək sənətkarlıqla həlli Şekspir üçün dünya teatr səhnəsinin açılacağı bir ümiddən xəbər verir.

 

 

Taleh Həmid

 

Mədəniyyət.- 2009.- 6 may .- S. 5.