Halay əmanəti

 

...Yetmişinci illərin sonunda Bakıda təşkil olunan böyük bir konsertdən sonra səhnə arxasına gələn respublika rəhbəri, unudulmaz böyük şəxsiyyət, ulu öndər Heydər Əliyev Masallıda fəaliyyət göstərən Halayın çıxışını təriflədi. Gənc Lətifənin isə əlini sıxaraq dedi: Bu, çox gözəl idi. Söz ver ki, sən xalq yaradıcılığına daim belə sədaqət göstərəcəksən. Halay"ı qoruyacaqsan". O vaxt Lətifə cavab verməyə utanıb. Amma bu sözlər yaddaşına elə həkk olunub ki, üstündən uzun illər keçsə də, Halaya sədaqətini, himayəsini davam etdirir.

50 ilin Halayı

Ansamblla yaxından tanışlığımız onların Masallı Rayon Mədəniyyət evindəki çıxışları zamanı baş tutur. Əvvəlcə, ansambla hərtərəfli qayğı göstərən, səhnə paltarlarını zövqlə hazırlatdıran, yeri gələndə özü başına örpək, belinə şal bağlayıb, qızlara qoşulan Lətifə Mövsümova ilə Halayın yaranma tarixi barədə söhbətləşdik. Masallı Rayon Mədəniyyət Turizm Şöbəsinin müdiri vəzifəsində çalışan həmsöhbətimiz ansamblın tarixi barədə danışdı: Bu adlı-sanlı kollektiv 1957-ci ildə vaxtilə rayonun Mahmudavar kənd klubunda işləmiş Ümbülbanu Cəbiyeva tərəfindən yaradılıb. İlk vaxtlar Halayda cəmi 3 qız olub. Elə o zaman paytaxtımızda keçirilən folklor festivalında uğurla çıxış edən Halay ilk mükafatını qazanıb. Bu təltif gənc Halayı daha da həvəsləndirib. Zəngin xalq bayatılarını, halal zəhməti vəsf edən nəğmələrimizi, mənəvi gözəlliklərimizi əks etdirən rəqslərimizi ansambl daha böyük səhnələrdə nümayiş etdirib. Unudulmaz Rəşid Behbudov, Zeynəb Xanlarova, Müslüm Maqomayev başqa korifey incəsənət ustaları ilə eyni səhnədə uğurla çıxış edən Halay 1959-cu ildə rəsmi ansambl kimi təsdiq edilib, status qazanıb.

Meksikaya dəvət Türkiyəyə səfər

30-a yaxın xarici ölkədə olmuş, qədim xalq adət-ənənələrini məharətlə nümayiş etdirən kollektivin hər çıxışı müxtəlif festivallarda yüksək qiymətləndirilmiş, hər səfərindən Vətənə yüksək mükafatlarla qayıtmışdır. Bu təltiflərə baxanda böyük bir kolleksiyanı xatırladır. Qızlar xarici ölkələrə səfərləri zamanı bölgə adət-ənənələrini özündə əks etdirən müxtəlif əşyaları da götürməyi unutmurlar. Masallıda ənənəvi üsulla hazırlanan həsir, palaz, həsir zənbil, habelə digər sənət məmulatlarımız əcnəbi tamaşaçı kütləsinə tanıdılır. Türkiyə, İraq, Macarıstan, Rusiya, Belarus, Moldova bir çox ölkələr Halayın səfər trayektoriyasına daxildir. Ansambl ötən il Dağıstanın paytaxtı Mahaçqala şəhərində keçirilən folklor kollektivlərinin 3-cü Beynəlxalq festivalında da uğurla çıxış edərək mükafata layiq görülüb. Həmin tədbir çərçivəsində təşkil olunan Xalq kostyumu poeziyası adlı 3-cü Milli libas festivalında Halay qədim ənənəvi yaradıcılığına görə xüsusi diploma layiq görülüb. Tədbirdə iştirak edən Meksikanın nümayəndə heyəti isə Halayın çıxışını Cənubi Amerikada görmək istədiyini bildirib. Məhz həmin festivalda Meksika nümayəndə heyətinin başçısı Halayın ifasından heyrətlənib milli rəqslərdən birini ona öyrətməyi xahiş edib. Hədiyyə olaraq isə ansambla Meksika tərəfi öz milli papaqlarını bağışlayıb. İndi bu papaq da Halayın kolleksiyasında saxlanılır.

Ansambl ümumilikdə Türkiyənin 15 şəhərində qastrol səfərində olub. Baharın gəldiyi, Novruzun qeyd edildiyi bir vaxtda Türkiyə səfərində olan ansambl özləri ilə bu bayramın atributu olan səməni, şəkərbura, paxlava başqa sovqatlar götürüblərmiş. Konsertlərin birində Halay üzvləri ilə görüşüb onları təbrik edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana baharın gəlişinin simvolu olan yaşıl səməni veriblər. Bu hədiyyə baş nazirdə sevinc hissləri doğurub.

Halay bizim yaşantımızdır!

Bunu ansamblın qızları deyir. Hazırda Halayın 20 üzvü var. onların ifaları, rəqsləri, hətta davranışları da qədim folklor ənənələrimizdən gəlib. Sabahımıza yol alan karvana bənzəyir. Lolo, A yordu, yordu, Ay ləli, yar, Masallı toyu, Talışo mey, Kinəli, Yallı, Səməni sair mahnı rəqs musiqiləri Halayın repertuarının əsasını təşkil edir. Lolo gəlin köçürməmişdən qabaq ifa edilən mahnıdır. Sonalar da bu qəbildəndir.

Onlar bu mahnıları talış Azərbaycan dillərində heç bir fərq qoymadan həvəslə ifa edirlər. Ay yordu, yordu bütöv bir musiqili səhnəcikdir. Bu səhnəcikdə tərəflər üzbəüz dayanıb deyişir. Özü bu deyişmə son dərəcə təbii qurulur. Kim yoruldusa, o da uduzur.

 

 

Sabutay.

 

Mədəniyyət.- 2009.- 9 may.- S. 18.