Ənənələrin nümunəsi, inkişafın təcəssümü

 

Lənkəran rayonunun sosial-iqtisadi inkişafı 1969-cu ildən başlayaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə daha sıx bağlıdır. Məhz onun diqqət qayğısı nəticəsində Lənkəran respublikanın sayılıb-seçilən bölgəsinə çevrilmişdir. Məhz bu qayğının nəticələri rayonun uğurlu dinamik surətdə inkişafında aydınca görünür. İndi H.Əliyevin adını daşıyan küçə prospektlər, parklar, məktəblər, idman sarayı lənkəranlıların hər birinin yaddaşında xoş xatirələr oyadır. Bu gün Ulu Öndərin irsini gələcək nəsillərə ötürən Heydər Əliyev Fondu Lənkəranda da geniş fəaliyyət göstərir.

 

Şəhərin mərkəzində salınmış H.Əliyev adına park lənkəranlıların və qonaqların ən sevimli istirahət məkanlarındandır. Burada insanların səmərəli istirahəti üçün hərtərəfli imkan var. Parkdakı Heydər Əliyev Muzeyi 2008-ci ildən fəaliyyətə başlayıb. Ümumi sahəsi 300 kvadratmetr olan muzeydə ulu öndərin büstü qoyulub. Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva da muzeyin açılışında iştirak ediblər. Muzeydə ulu öndərin həyat fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar qorunur. Muzeydə Heydər Əliyevin ötən əsrin 70-ci illərində Respublikaya rəhbərlik etdiyi dövrü müstəqil Azərbaycanın inkişafı istiqamətində gördüyü işləri özündə əks etdirən fotolar da saxlanır. Ulu öndərin Lənkərana səfərlərinin tarixi məqamlarını əks etdirən fotolar da diqqəti cəlb edir. Muzeydə Heydər Əliyev irsini araşdırma mərkəzi fəaliyyət göstərir. Mərkəz iki hissədən ibarətdir: Heydər Əliyev irsi elektron kitabxanası Heydər Əliyev irsinin araşdırma mərkəzi. Beynəlxalq elektron kitabxana 26 dildə fəaliyyət göstərəcək. Bu isə İnternet məkanında nadir haldır. Muzeydə dahi öndərin şəxsi arxivindən götürülən eksponatlar da nümayiş olunur. Mərkəzdə qurulan monitor vasitəsilə Heydər Əliyevin Lənkərana səfərləri əks olunan video materiallar, sənədli filmlərə baxmaq mümkündür. Muzeydə ümummilli liderin həyat fəaliyyətini əks etdirən 32 adda kitab da saxlanılır. Burada quraşdırılan kompyuterlərin hər biri İnternetə qoşulub. Muzeydə fəaliyyət göstərən H.Əliyev irsini araşdırma mərkəzinin Lənkəran bürosunun rəhbəri S.Çiçiyeva irsin təbliği yönündə müxtəlif tədbirlər keçirildiyini, gənc nəslin nümayəndələrinin bu tədbirlərə xüsusi maraq göstərdiklərini söyləyir.

 

Paytaxt məktəblərindən geri qalmayan məktəblər

 

Son 5 ildə Lənkəranın sosial iqtisadi inkişafında mühüm nailiyyətlər əldə olunub. Abadlıq-quruculuq işləri bütün rayonda geniş vüsət alıb. Bir sıra sosial obyektlər tikilib, bəzilərinin inşası isə davam edir. Bu işlərdə Lənkəranın həyatını öz müxtəlif layihələri ilə zənginləşdirən Heydər Əliyev Fondunun da xüsusi payı var. Heydər Əliyev Fondunun Yeniləşən Azərbaycana Yeni məktəb layihəsi çərçivəsində inşa etdirdiyi ən müasir məktəblər isə gənc nəslin təlim-tərbiyəsinə göstərilən qayğıdan xəbər verir. Son 3 ildə fond ölkədə 400-ə yaxın orta məktəbin tikintisini maliyyələşdirib. Layihə üzrə Lənkəranda 5 yeni məktəb tikilib. Yeni məktəb layihəsi əsasında rayonun Səpnəkəran kəndində Möhübbət Həmzəyev adına orta məktəb üçün tikilən bina imkanlarına görə şəhər məktəblərindən heç geri qalmır. Bu məktəbin köhnə binası 1923-cü ildə inşa edilib. Müasir standartlara uyğun inşa olunan yeni binanın girişində ümummilli lider H.Əliyevin həyat fəaliyyətini əks etdirən guşə yaradılıb. İkimərtəbəli yeni təhsil müəssisəsində 16 sinif otağı ilə yanaşı, yeddi əlavə otaq zəngin kitabxana fondu var. Məktəbin həyəti abadlaşdırılıb. Tənəffüs zamanı şagirdlərin səmərəli istirahəti üçün hər cür şərait yaradılıb. Burada 320 şagird təhsil alır. Onların təlim tərbiyəsi ilə 45 müəllim məşğul olur. Məktəbə H.Əliyev Fondu tərəfindən hazırlanan əyani dərs vəsaitləri hədiyyə olunub. Müasir standartlara cavab verən məktəbin kompyuter otağının İnternetə çıxışı təmin edilib. Qızlar üçün fəaliyyət göstərən tikiş otağında onlara bu sənətin sirləri öyrədilir. Oğlanlar üçün yaradılan ağac metal emalatxanaları da zəruri avadanlıqlarla təmin edilib. Ölkədə ilk dəfə məhz Lənkərandakı bu məktəbdə dəmir konstruksiyalı idman zalı yaradılıb. Zalın əsas özəlliyi onun yay aylarında açıq şəraitdə istifadə oluna bilməsidir. Qış aylarında isə idman zalını asanlıqla isitmək olur. Rayonun Daştatük kəndində fondun təşəbbüsü ilə tikilmiş 192 yerlik yeni məktəb binasını bütün kənd sakinlərinə hədiyyə saymaq olar. Rayon mərkəzindən 25 kilometr uzaqda, dağlıq ərazidə inşa edilmiş bu təhsil ocağı yeni avadanlıq dərs ləvazimatları ilə təmin edilmiş, məktəbə yeni yol çəkilmişdir. Bundan başqa daha 2 kənddə - Şağlaküçə Girdəni kənd orta məktəblərinin binası tikilib istifadəyə verilmişdir.

Rayonun Osman Mirzəyev adına qarışıqtipli Uşaq evində olduq. Uşaq evinin binası 2006- ildə Fond tərəfindən yüksək səviyyədə təmir edilməklə tam himayəyə götürülüb. Təhsil müəssisələrində valideyn himayəsindən məhrum olmuş 50-dən çox uşaq təlim-tərbiyə alır. Bölgədə yeganə olan uşaq evi birtipli layihə əsasında tikilmiş gözəl yaraşıqlı binada yerləşir. Burada uşaqların tərbiyəsi üçün hər cür şərait yaradılmışdır. Onların təlim-tərbiyəsi ilə 30 nəfər müəllim tərbiyəçi məşğul olur. Uşaq evinin direktoru Ofeliya Qəmbərova bizi müəssisə ilə tanış etməzdən əvvəl uşaq dünyasının həssaslığından danışdı.

 

Uşaqlar tək deyil

 

Uşaqlar ömrümüzün bəzəyi, qəlbimizin sevincidir. Onların varlığı saflıqdan, sadəlikdən, işıqdan yoğrulub. Ürəkləri kəpənək qanadından zərif, gözləri bulaq suyundan duru, dilləri şəkərdən şirin olur. Uşaqlar çox həssasdırlar. Öydünmü - fərəhlənəcək, xətrinə dəydinmi - gözü dolacaq, soyuq baxdınmı - üşüyəcək...Onların elə vaxtıdır ki, biz böyüklərə güvənirlər, bizi özlərinə arxa-dayaq, himayədar sayırlar.Azərbaycanda uşaqların xoşbəxt böyüməsinə dövlət səviyyəsində göstərilən qayğı, elə 2009-cu ilin Uşaq ili elan olunması hər kəsin ürəyincədir. Bizim uşaq evinə Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xüsusi qayğısı isə xeyirxah əməllərin əyani sübutudur.

Müəssisəni gəzdikcə burada uşaqların fiziki və mənəvi inkişafı üçün hər cür şəraitin yaradıldığının şahidi olursan. Yüksək səviyyəli fənn kabinələri, kompyuter salonu, qızlar üçün xalça sexi, oğlanlar üçün emalatxana, zəngin kitabxana incəsənət mərkəzi, geniş idman salonu, istirahət otaqları... Uşaq evinin həyətində isə yardımçi təsərrüfat, meyvə bağı, yay istirahət guşələri uşaqların öhdəsinə verilib. Burada uşaqların həyatını yetərincə maraqlı edən ədəbi-mədəni tədbirlərin, bayramların qeyd olunması gündəlik həyat ritminə çevrilib. Uşaqlar məhz fondun hesabına yüksək kalorili qida, keyfiyyətli yay-qış geyimləri ilə təmin edilirlər. Burada tərbiyə olunan uşaqların yüksək səviyyədə qurulan yaşanılan həyatlarından, onlara göstərilən qayğıdan çox yazmaq olardı. Amma sonda xalça sexində xalça toxumağı yenicə öyrənən 7 yaşlı Aytacın Bunu Mehriban xanım üçün toxuyuram deməsini fondun gördüyü bütün işlərə bir simvolik qiymət olduğunu qeyd etmək hələlik kifayətdir. Baxmayaraq ki, biz hələ H.Əliyev Fondunun Lənkəranda gördüyü işlərin kiçik bir hissəsindən bəhs etdik.

 

 

Səbuhi Nağı

 

Mədəniyyət.- 2009.- 9 may.- S. 14.