Rəssamların böyük dostu

 

Maraqlıdır ki, müxtəlif peşə adamları ümummilli liderimiz Heydər Əliyevi özlərinə daha yaxın hesab edirlər. Bu qahmarlıqda heç yanılmırlar. Görünür, Heydər Əliyevin Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil alması (1939-1941) rəssamlıqla məşğul olması da bu məsələyə əsas verir. Sonradan görkəmli siyasi xadim kimi tanınacaq Heydər Əliyevin gözəlliyi duymaq onu dəyərləndirmək istedadı isə yəqin ki, ona yönəli Tanrı lütfünün göstəricisi idi. 1969-cu ildən H.Əliyevin respublikaya rəhbərlik etməsi ona milli təsviri sənətimizin sosialist ideoloji çərçivəsi əhatəsində topladığı xoşagəlməz problemlərin həllinə əsaslı təsir göstərməyə imkan verdi, desək, yanılmarıq.

 

Sovet dönəmində Bakı kimi böyük bir şəhərdə bir dənə olsun müasir tələblərə cavab verən sərgi salonunun yoxluğunu qəbul edə bilməyən H.Əliyev ilk növbədə belə bir mədəniyyət mərkəzinin yaradılmasına qərar verdi. Paytaxtın lap mərkəzində Hökumət Evinin yaxınlığında əsasən tanınmış ziyalıların yaşadıqları çoxmərtəbəli yeni binanın iki mərtəbəsində yetmişinci illərin lap əvvəllərində geniş işıqlı sərgi salonu açıldı. İndi bura Azərbaycan təbiətinin nəğməkarı, ulu öndərin dostu olmuş Səttar Bəhlulzadənin adını daşıyır. Burada təşkil olunan maraqlı sərgilərin açılışında şəxsən iştirak edən Heydər Əliyev gördüklərinin qarşılığında əmin oldu ki, respublikamızın çoxsaylı rəssamlarının artıq öz yaradıcılıqlarını nümayiş etdirməyə gözəl salonları var. O, eyni zamanda rəssamların yaradıcılıq şəraitinin yaxşılaşdırılması barədə düşünürdü. Müdrik dövlət rəhbəri əllinci illərin sonunda paytaxtın İnşaatçılar prospektində tikilən Rəssamlar evindəki emalatxanaların yaradıcılara azlıq etməsindən yaxşı xəbərdar idi. Odur ki, işi genişləndirməyə sərəncam verdi. Bundan sonra 1978-ci ildə Əhmədli yaşayış massivində, 1990-cı ildə isə 4-cü mikrorayonda iki beşmərtəbəli dörd bloklu emalatxana - bina inşa olunub rəssamların ixtiyarına verildi. İndi bu binalarda 300-ə qədər rəssam heykəltəraş yaradıcılıqla məşğuldur. Müstəqillik illərində isə ölkə prezidenti H.Əliyev həmin emalatxanaların pulsuz olaraq rəssamların mülkiyyətinə verilməsi üçün sərəncam imzaladı. Bu, heç şübhəsiz, ölkə başçısının yaradıcı insanlara böyük qayğısının ifadəsi idi. Etiraf edək ki, Heydər Əliyev heç vaxt rəssamları zamanın sərt sınağa çəkməsinə imkan verməyib. Sosialist iqtisadi sisteminin dağılmasından sonra onların maddi vəziyyətinin çətinləşməsini həssaslıqla duyan dövlət başçısı rəssamların müxtəlif nəsillərinə xüsusi Prezident təqaüdü təyin etdi, əsərlərin satın alınmasına görə müəyyən olunmuş qonorarların həcmini artırdı, yaradıcılıq ezamiyyətlərinin, xarici ölkələrdə sərgilərin sayının çoxalmasına göstəriş verdi. Bir sözlə, təsviri sənət sahəsində çalışanlara yönəli imzalanan hər bir qərar sərəncamlar bütünlükdə Azərbaycan incəsənətinin yaşamasına, daha da inkişafına beynəlxalq təbliğinə köklənmişdi.

Rəssamların yeni nəslinin yetişməsi həmişə ölkə başçısının diqqət mərkəzində olan məsələlərdən idi. Bakıda Rəssamlıq Kolleci Mədəniyyət İncəsənət Universiteti mövcud olsa da o, uzun illər idi ki, paytaxtda gənclərə akademik vərdişləri aşılayan ali təhsil ocağının açılmasını arzulayırdı. Nəhayət, bu istəyini 2000-ci ildə gerçəkləşdirə bildi. Həmin ildən fəaliyyətə başlayan Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ötən bu müddətdə yetişdirdiyi istedadlı tələbələrlə yaradıcı nəsillər arasında mənəvi körpünün artıq arzulanan səviyyədə möhkəmləndirildiyini nümayiş etdirməkdədir.

Heydər Əliyev yaradıcı adamların Azərbaycan incəsənətinə verdiyi bədii töhfələri dəyərləndirməyi önəmli hesab edirdi. Onun ölkəyə rəhbərlik etdiyi uzun müddətdə yüzlərlə fırça tişə ustası fəxri adların daşıyıcısı olmuş, onlarla yaradıcı isə Dövlət mükafatına layiq görülmüşdür. Sənətkarların milli mədəniyyətimizin inkişafı naminə göstərdiyi xidmətlər Heydər Əliyevin nəzərindən qaçmamış onların xatirəsi layiqincə əbədiləşdirilmişdir. Bu gün Bakının digər yaşayış məntəqələrinin küçələri Sultan Məhəmməd, Ə.Əzimzadə, S.Bəhlulzadə, K.Kazımzadə, T.Şıxəliyev, S.Salamzadə b. sənətkarların adını daşıyır. Onların yaşadıqları binaları xatirə lövhələri bəzəyir. Paytaxtda Əmircan qəsəbəsində Ə.Əzimzadə Bəhlulzadənin abidlərinin ucaldılması ev-muzeylərinin təşkili bu görkəmli sənətkarların xatirəsinə hörmətin nümunəsidir.

Ölkə ictimaiyyəti dövlət başçısının 1994-cü ildə dünyaşöhrətli xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 85 illiyinə həsr edilmiş təntənəli yubiley yığıncağındakı çıxışını yaxşı xatırlayır. Görkəmli fırça ustasının yaradıcılıq yolunu gözəl təhlil edən H.Əliyev sonda demişdi: Biz Səttar Bəhlulzadənin yubileyini qeyd edərkən bütün incəsənət xadimlərinə, rəssamlarımıza öz hörmət ehtiramımızı göstəririk. Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, XX əsrdə Azərbaycan rəssamlıq məktəbi, Azərbaycan rəssamları dünya miqyasında görkəmli yer tutmuşlar. Bunu bütün dünya rəssamlarının işləri ilə tanış olan bir adam kimi, onlarla müqayisə edərək tam əsaslı deyə bilərəm. Biz bununla fəxr edirik. Bütün rəssamlarımızın əsərlərinə qayğı ilə yanaşmalıyıq gözəl əsərlər yaratmalarına şərait təmin etməliyik.

Bizcə, təsviri sənət ustalarımızın beynəlxalq miqyasda tanınmalarına - onların yaratdıqları gözəl sənət nümunələri ilə yanaşı, doğma Azərbaycanımıza Heydər Əliyev kimi sənətə sənətkara dəyər verən görkəmli bir şəxsiyyətin rəhbərlik etməsi zəmin yaradıb. Odur ki, onun vaxtilə gördüyü bütün xeyirxah işlər incəsənətimizin inkişafına, bütünlükdə isə Azərbaycanımızın tanınmasına təbliğinə xidmət etdiyi üçün o, zaman-zaman xatırlanacaq, heç vaxt yaddan çıxmayacaqdır. Onun milli mədəniyyət tariximizə saldığı izlər bu mənada silinməz əbədidir...

 

 

Ziyadxan Əliyev,

əməkdar incəsənət xadimi

 

Mədəniyyət.- 2009.- 9 may.- S. 6.